Zamir Erkin Agazade - Yaşın nə fərqi var ki...
25/02/2013
“Yeni yaşıma girdim,
amma sənsiz yaş\'anılmaz ki..”
***
Bu gün sənin \'adi günün\'dür,
mənim isə \'ad günüm\'dür.. (:
***
“Hər il bir \'yaş\' süzülür -
ömrümdən..”
Bu gün də belə..
Daha bir yaşı verdik yelə.
***
“Gözlərim də qocalmazdı,
sən onu yaşlı etdin..”
***
Və sən hələ:
“Yaş’ın kiçikdir deyirsən.
Yaxşı, Sənin üçün yekə-yekə ağlayaram mən. “
***
Sonra öz-özümə deyirəm:
\"Yaşından utan:
göz yaşından –
kişi ağlamaz!..\"
Avanqard.net