Hər il 9 iyun gələndə...
09.06.25

Babək Qurbanov (9.06 -1939 – 28.03 - 2019) 

Qeyri-iradi olaraq bu əlamətdar gün münasibəti ilə məqalə yazmaq ehtiyacı duyuram dəyərli oxucularım. Çünki Xalq şairimiz Osman qağamızın 3-cü övladı, fəlsəfə elmləri doktoru, professor, SSRİ bəstəkarlar ittifaqının (1978) və Azərbaycan Bəstəkarlar İttifaqının İdarə heyyətinin üzvü (1990) Babək Qurbanovun anadan olan mübarək günüdür. Fəqət bir neçə ildir ki, “Vikipediya, azad ensiklopediya”da yanlış olaraq 26 iyun yazıldığını müşahidə etməkdəyəm. Bu barədə bəzi yetkililərə bilgi versəm də bu yanlışlıq hələ ki, düzəldilməyib.  Xeyirxahlıq mücəssəməsi, nəcib insan kimi bu ziyalı alimimizi tanıyanlar bu 3 özət kəlməmlə daima xatırlamaqdadırlar. 

Post sovet məkanında və müstəqillik əldə edən Azərbaycanımızın fəlsəfə və musiqişünaslıq elmini bir çox cümhuriyyətlərdə (Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkiyə) elmi məqalələri ilə tanıdan və tanınan məşhur şəxsin adıdır Babək Osmanoğlu Qurbanov. Hansı çoğrafi məkanda çalışmasından (Rusiya, Azərbaycan, Türkiyə) asılı olmayaraq hətta qatıldığı 30-dan artıq beynəlxalq simpoziumlarda aktual elmi məqalələriylə şərəflə-şanla Azərbaycan elminin qüdrətini, həmçinin təyin olunduğu moderatorluğu  ilə də layiqincə təmsil etdi bu mübarək insan.  Ömür yoluna nəzər saldıqda heyrət  edirsən bu möhtərəm zatın əməli fəaliyyətinə.  Skripka aləti üzrə təhsil aldığı illərdə Qazaxıstana taxıl yığımında iştirak etdiyi zaman ani bir qəza sonrası daha bu aləti professional çalmasının mümkün olmayacağını doktorlar o dönəmdə bildirdilər. Bu səbəblə də “Musiqişünaslıq bölümü”ndə təhsilini davam etdirərək "Azərbaycan aşıq musiqi yaradıcılığı" mövzusunda diplom işini müdafiə edib Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasından 1962-cü ildə müvəffəqiyyətlə məzun oldu.  

Yeri gəlmişkən Aqşin Əlizadə, Dadaş Dadaşov, Oqtay Kazımi, Rəşid Şəfəq kimi tələbə yoldaşları ilə birlikdə Babək Qurbanov SSRİ Xalq Artisti Cövdət Hacıyevin rektorluğu dönəmdə  xüsusi bəstəkarlıq elminin tədrisini almaq şərəfinə də nail olmuşdu. Bəstəkarlıq texnikasının sirrlərini tələbə ikən mükəmməl öyrənən Babək Qurbanovun ömrünün son illərinə yaxın dönəmdə 3 cildlik musiqi əsərlərini ("Bəstələr məcmuəsi" (2009), “Əsərlər məcmuəsi” (2017), “İ.S. Baxın xatirəsinə pianino üçün bəstələnmiş 5 fuqa” (2018)) bizim təşviqimizlə əlyazmalarını nota köçürərək yayınlatmamız səbəbi ilə də xalqımız filosof Babək Qurbanovu öncə musiqişünas kimi tanımasına rəqmən daha sonralar da mükəmməl bir bəstəkar kimi fəaliyyət göstərməsini də öyrənmiş oldular. 

Babək Qurbanov 23 yaşında yəni, 1962-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasında təhsilini davam etdirərək, 1967-ci ildə  "Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi" adlı namizədlik dissertasiyasının müdafiəsini 28 yaşında yekunlaşdırmışdır. 14 il aradan sonra yəni 42 yaşında ikən 1981-ci ildə isə Moskvada SSRİ EA-nın Fəlsəfə İnstitutunda "Proqramlı musiqinin estetik prinsipləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edən gənc alilimiz  keçən 4 il ərzində, yəni  46 yaşında ikən SSRİ Ali Attestasiya qurumundan 1985-ci ildə professorluq ünvanını almağa layiq görülmüşdür.   

Gənclik illərindən filosof,  musiqişünas həm də bəstəkarlıq elminə vaqif olan Babək Qurbanovu geniş yaradıcılığı sahəsindəki fəaliyyətləri elmi-nəzəri əsərləri ilə də bu elm xadimini daha sonra etika-estetika fənninin uzmanı, kültüroloq, ədəbiyyatcı, tarixçi, rəssamşünas, heykəltəraşşünas, kinoşünas kimi müxtəlif illərdə yazdığı mükəmməl içərikli əsərləri ilə də bu fərqli elm sahələrinin mütəxəssisi olduğunu mübarək imzasıyla isbatladı. 

Bir ömürdə 33 aspirant yetişdirən 100-lərlə elmi rəylər verməklə gənc nəsil alimlərimizə təmənnasız  yardım edən, 700 məqalənin və yayınlanmış 53 elmi kitabın müəllifi  Osman Sarıvəlli yadigarımız olan Babək Qurbanovun geniş kapsamlı  yaradıcılıq xəzinəsini bir araya toplamq üçün muzeyin yaradılmasını təmənna edirəm. Ən qısa zamanda Osman Sarıvəlli kimi şairimizin, uzun illər Moskva Lomonosov Universitetində çalışmış, “Moskvada “Şəhriyar Mədəniyyət Mərkəzi”nə rəhbərlik etmiş Professor Rafiq Qurbanov kimi nəhəng fizikçi-filosofun və Babək Osmanoğlu adlı musiqiçi-filosof alimimizin əlyazmalarından ibarət yaradıcılığını əks etdirən bəlgələrin sərgilənməsi üçün əlaqədar təşkilatlarımızın xoşməramlı xeyir-duaları sayəsində Qazax elinin II Şıxlı kəndində açılması, elm xadimlərimizə verilən layiqli dəyər kimi qiymətləndirirəm. 

                                                                                
İlqar İmamverdiyev                                                 
Sənətşünaslıq Elmləri Doktoru,
Qaziantep Universiteti Türk Musiqisi 
Dövlət Konservatoriyasının professoru.
Türk Xalq Musiqisinə Xidmət mükafatcısı
   


Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.