Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri professor Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” (3 cilddə), “Zamanın yaddaşı ədəbi diskurslar” (Seçilmiş məqalələr), “Bir ömrün missiyası” və “Rabindranat Taqor: Nobelə gedən yol” (ingilis dilində) kitablarının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açaraq professor Bədirxan Əhmədlinin həyat və yaradıcılığından, çoxşaxəli elmi fəaliyyətindən, Azərbaycan ədəbiyyatşünaslıq elminə verdiyi töhfələrdən danışıb. Bildirib ki, professor Bədirxan Əhmədli XX yüzil Azərbaycan ədəbiyyatının mərhələli və sistemli şəkildə tədqiqinə yönəlmiş sanballı əsərlərin müəllifidir. O, Azərbaycanla yanaşı, türkdilli xalqların ədəbi irsinin yüz əlli ilə yaxın dövrünü səylə araşdıran, elmi-nəzəri baxımdan mükəmməl təhlil edən, bu xalqların tarixi və ədəbiyyatı ilə bağlı apardığı tədqiqatlarla ümumtürk elmi mühitinin sərhədlərini aşmağı bacaran istedadlı elm adamıdır.
“Professor Bədirxan Əhmədlinin Azərbaycan ədəbiyyatşünaslığında özünəməxsusluğunu göstərən mühüm xüsusiyyətlərdən biri onun Azərbaycan ədəbiyyatı tarixini problemlər üzrə öyrənməsidir”, - deyə bildirən AMEA rəhbəri ədəbiyyatşünas alimin əsərlərində satira janrının inkişafı, ədəbiyyatın ideya-estetik yönləri və ictimai düşüncəyə təsiri kimi məsələlərin elmi əsaslarla araşdırıldığını söyləyib. Akademik İsa Həbibbəyli professor Bədirxan Əhmədlini satiraşünas alim kimi səciyyələndirərək, onun yaradıcılığında Azərbaycan satirik ədəbiyyatının əsas istiqamətləri və problemlərinin geniş təhlil olunduğunu bildirib. Qeyd edib ki, alim Azərbaycan satirasının həm tarixi köklərini, həm də XX əsrdəki inkişaf mərhələlərini və dövrlərini yüksək elmi-nəzəri səviyyədə dəyərləndiməyi bacarıb.  O, satira janrının tam dolğun mənzərəsini, bütöv inkişaf yolunu və əsas problemlərini öz əsərlərində əks etdirib.
AMEA prezidenti Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi məsələsi ilə də məşğul olan professor Bədirxan Əhmədlinin “XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər” adlı monoqrafiyasından da bəhs edərək, bu əsərdə yüzilin ədəbi prosesinə, mərhələ və problem təsnifatına elmi, nəzəri, konseptual baxışın ifadə olunduğu bildirib. Vurğulayıb ki, alimin yaradıcılığının özünəməxsus cəhətlərindən biri onun XX əsrin əvvəllərindəki milli məfkurəmizi, milli demokratik inkişaf tariximizi, milli ideologiyamızı, milli ədəbiyyatımızı və mətbuatımızı birlikdə öyrənməsidir. Bədirxan Əhmədlinin Asiya ədəbiyyatına dair tədqiqatlarını xüsusi qeyd edən akademik İsa Həbibbəyli onun Asiya ədəbiyyatının ən fəal tədqiqatçısı olduğunu və hazırda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələr şöbəsinə rəhbərlik etdiyini söyləyib. AMEA rəhbəri alimin rəhbərliyi ilə sözügedən şöbədə  Çin, Pakistan, Vyetnam, İndoneziya, Koreya yapon, monqol, əfqan, hind ədəbiyyatı üzrə araşdırmaların aparıldığını, Azərbaycan-Asiya ölkələri ədəbi əlaqələrinə dair kitabların hazırlandığını, dissertasiyaların yazıldığını bildirib.
Akademik İsa Həbibbəyli professor Bədirxan Əhmədlinin çoxillik böyük zəhmətinin və səmərəli axtarışlarının nəticəsi olan əsərlərinin elmi əhəmiyyətini qeyd edib, kitabların təqdimatını alimin Azərbaycan cəmiyyətinə növbəti hesabatı kimi dəyərləndirib. O, AMEA Rəyasət Heyətinin 19 mart 2025-ci il tarixli qərarı ilə professor Bədirxan Əhmədlinin məhsuldar elmi fəaliyyəti və 70 illik yubileyi münasibətilə AMEA-nın Fəxri fərmanı ilə təltif edildiyini xatırladaraq, AMEA-nın Fəxri fərmanını alimə təqdim edib.

Sonra Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri professor Asif Rüstəmli “Bədirxan Əhmədlinin ədəbiyyatşünas alim ömrünün portret cizgiləri” adlı məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, ömrünün 40 ildən çoxunu elmə və təhsilə xidmət edən görkəmli ədəbiyyatşünas, tənqidçi Bədirxan Əhmədli zəngin yaradıcılığı ilə respublikamızla xarici ölkələr arasında körpü salan alimlərimizdəndir. Professor Bədirxan Əhmədli çətin və zəngin yaradıcılıq yolu keçib. 1986-cı ildə “Sabit Rəhmanın satirası” mövzusunda namizədlik, 2005-ci ildə “Azərbaycan satirasının inkişaf problemləri (1920-1980-ci illər)” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.
Diqqətə çatdırılıb ki, problem müxtəlifliyi ilə seçilən XX əsr Azərbaycan ədəbiyyatının dərin bilicisi və tədqiqatçısı olan Bədirxan Əhmədli milli ədəbiyyatşünaslıq elminə dəyərli töhfələr verib. Ədəbiyyatşünas alimin uzun illər apardığı elmi axtarışlarının nəticəsi olaraq müvəffəqiyyətlə ərsəyə gələn kitabları və monoqrafiyaları onun ciddi tədqiqatlarının nəticəsidir. Professor Asif Rüstəmli alimin mühacirət ədəbiyyatı, orta Asiyanın əksər xalqlarının ədəbiyyatı, İstiqlal mücadiləsi, cümhuriyyət dövrü ədəbiyyatının öyrənilməsi istiqamətindəki tədqiqatlarından da bəhs edib. O, Bədirxan Əhmədlinin “Bir istiqlal yolçusu” (2003) monoqrafiyasında ilk dəfə olaraq görkəmli ədəbiyyatşünas alim, ədəbiyyat tarixçisi, şair Əmin Abidin (Gültəkin) həyat və yaradıcılığının araşdırıldığını diqqətə çatdırıb. Vurğulayıb ki, Əmin Abid və Sabit Rəhman irsinə xüsusi diqqət göstərən Bədirxan Əhmədli, bu yaradıcı simaların irsini həm tədqiq edib, həm də çağdaş oxucuya çatdırmaq üçün önəmli nəşrlərə imza atıb. Məruzəçi ədəbiyyat tariximizin, bütövlükdə ədəbi-ictimai fikrimizin İstiqlal yolçusu olan Bədirxan Əhmədliyə fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə akademik Nizami Cəfərov, millət vəkili, filologiya elmləri doktoru, Elnarə Akimova, filologiya elmləri doktorları, professorlar Məmməd Əliyev, Məhərrəm Qasımlı, Həsən Həsənov, filologiya elmləri doktoru Bəsirə Əzizəli, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli və başqaları çıxış edərək Bədirxan Əhmədlinin yaradıcılığının müxtəlif məqamlarına diqqət çəkərək onun nəcib insani keyfiyyətlərə malik ziyalı olduğunu bildirib, alimlə bağlı xoş xatirələrini bölüşüblər.
Daha sonra Özbəkistanın Fərqanə Dövlət Universitetinin alimi Əkbər Sadinov, Azərbaycan Ağsaqqallar Şurasının aparat rəhbəri Ramin Həsənli, Qars Qafqaz Universitetinin nümayəndəsi Könül Qulusoy, eləcə də Daşkənd Uluqbəy adına Milli Universitetin əməkdaşları ədəbiyyatşünas alimi 70 illik yubileyi münasibətilə təbrik edib, təmsil etdikləri müəssisələrin Fəxri fərmanlarını, “Xalq qəzeti”nin baş redaktoru, Mətbuat Şurası idarə heyətinin üzvü Əflatun Amaşov isə Şuranın diplomunu professor Bədirxan Əhmədliyə təqdim edib. Çıxışçılar, həmçinin ictimaiyyətə təqdim olunan nəşrlər barədə fikirlərini bölüşüb, əsərlərin elmə dəyərli töhfə olduğunu bildiriblər.
Tədbirdə Pakistan Ədəbiyyat Akademiyasının prezidenti, professor Nəcibə Arif, Pakistan İslam Respublikasının Müslim İnstitutunun direktoru, doktor Sahibzadə Sultan və Qırğızıstan-Türkiyə Manas Universitetinin alimi videoçarx vasitəsilə professor Bədirxan Əhmədliyə təbriklərini ünvanlayıblar.
Sonda professor Bədirxan Əhmədli çıxış edərək ona göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirib.

Yenililklər
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.