“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25

Məndən soruşsaydılar ki şairlik nədir? Cavabım bu olardı: Şairlik Allah vergisi. Şairlik Peyğəmbərlərdən sonra gələn nadir şəxslərə verilən ənamdır. Şairlik səmimiyyətlə poetik misralar ixtira edən bəzi insanlara aid yüksək dərəcəli qabiliyyət. Şairlik obrazlı deyimlərə bələnmiş müdrikanə sözlərin  sahibi. Şairlik qarşıda ola biləcək hər cür hadisələri bir neçə il öncədən uzaqdan intuitiv hiss edəbilən, qəlbinə dolan, ruhunu çulğalayan qeyri-adi kəlamlara bələnmiş ilhamdır. Səmimiyyətlə yoğrulmuş təbii hisslərin təcəssümünü etdirə bilən şəxslərə şair deyilər. Əsl şairlik müdrik sözlərin, ruhuna zühur eməsiylə poetk misralara boyanmış obrazlı deyimlərin qeyri-adilik dərəcəsi. Şairlik saflıq nümunəsini əks etdirən bakirə qafiyələrin ahəngdarlıq içərisində silsilə növbələçməsi ilə axıcılığın dumduru şəffaf süzüntüsüdür. Şairlik şeiriyyətin diktəsi ilə vücudunu hərəkətə gətirən şəxsin rəftarında, hərəkətlərində insani münasibətlərində təcəllisidir. Şairlik oxuyub təhsil almaqla mümkün olmayan çətin olduğu qədər də şərafətli peşədir mənim nəzərimdə. Əsl şairlərin şairliyi onun poetik sözlərin timsalında icad etdiyi əsrarəngiz rədiflərdəki kəşflərin altında gizli nihan qalan sözaltı mənaların ifadəliyində öz əksini tapmasıdır. Əsl şairlik xoşbəxt bəndəlikdir Allah qatında. Peyqəmbərlik kimi şairlik də hər kəsə nəsib olmayan ilahi ilhamın zuhurudur bəzi seçilmiş insanların qəlbində. Canında, qanında hərəkət edən kəşf olunmamış elementin adıdır. Bu verginin adına ilham da deyirlər. Oxumamış alim olan şəxslərə “helmli” adamlar deyildiyi kimi, təhsil almadan şeir misralarını bədahətən səf-səf düzə bilən çox nadir şəxslərə nəsib olan qeyr-adi ixtiyarsız qüvvədir ki, bu cəhət poetik misralar şəklində ilmə-ilmə düzülərək axıb gedir könüllər diyarına. Ürəkdən gələ bilən səmimi, təbii məntiqli misraların beytlərə sirəyət etmiş halının görüntüsüdür. Belə şairlər irticalən dedikləri üçün misraların ömrü uzun olur və xalq tərəfindən əsla unudulmadığı üçün qərinələrlə yaşadılır. Çünki ürəkdən gələn olduğu üçün xalqın könül dünyasına ruhuna yol tapır çox asan. Səbəbi odur ki, ürəkdən gələn ürəyə yol acır, ruhdan axıb gələn ruha yön alıb ruhumuzu qidalandırar şair Musa Ələkbər poeziyası kimi. Könlümüzü fərəhlədər, qəlbimizdə sevinç hissləri oyadar, əsl insan kimi yaşamağı öyrədər bu  əsrarəngizliyə mübtəla olmuş ecazkar misralar.

Türk televiziyasında müxbirin müsahibə aldığı zaman bir müdrik şəxsin qeyri-adi cavabları məni heyrətləndirdi  dəyərli oxucularım. Sizə də çatdırmağın zamanı gəldiyini düşünürəm Musa Ələkbərlinin 75 illik yubiley məqaləmdə. “Dünya” kəliməsini bizlərə belə izah etdi bu mübarək nurani insan. Miskinli şair Vəli kimi heç bir təhsil görmədyi anlaşılırdı. Lakin məntiqliklə yoğrulmuş dərin anlamlı kəlamı açıqladığında sanki bildiyimiz kimi görünən fəqət bilmədiyimiz gizəmli mənanın nəhəngliyinə heyrət etməmək mümkün deyil dəyərli oxucularım.  İlk hecada “Dün”  kəlməsi Türk təbiri ilə dünən keçən ömrü xatırladır. “Qərib Şahsənəm dastanı”nı Azərbaycan TV kanalında söyləyən Aşıq Kamandar Əfəndiyevin ifasında bir misra “dün” kəlməsi ilə eyni mənanı ifadə edir: “Dün gecə, dün gecə Hələb şəhrində. Mövlam qanad verdi, uçdum da gəldim”. Yəni “dünən ötüb keçən gecə” anlamındadır bu “dün gecə” kəlməsi.  Dünya kəlməsinin ikinci hecası isə “ya”dır. Bu mübarək zat “ya” kəlməsinə belə açıqlama gətirdi. Azərbaycanda sabah sözü üzümüzə gələn gün deməkdir. Hətta xalqımız arasında “Üstümüzə xeyirli sabahlar açılsın” deyimini bəlkə də bir çox insanımız xatırlamaqdadır. İxtityar nurani çöhrəli dünyagörmüş, helmli insanın  ilk heca olaraq “ya”, “yarın” kəməsinin tamamlanmamış halı kimi dəyərləndirdi. İkinci heca “rın” isə  açıqlanmamış nihan qaldı. Bizə məlum oldu ki, üzümüzə gələn sabahı axşama kimi yaşayıb ömrümüzü  tamamlaya biləcəyimiz hələ dəqiq məlum deyil bir kimsəyə. Dəqiq məlum olmadığı üçün yarıda qalmış şəkildə tamamlanmamış haldakı  ilk heca ilə “ya” deyə müəmmalı halda yarımçıq qalmışdır.  Yəni sabahkı günü başa vurmaq bizlərə nəsib olacaqmı? Şəklində sual xarakteri ilə bizə sabahkı hadisələr içində ömrümüzü tamamlaya biləcəyikmi əcəba? Və ya yarım qalacaq ömrümüz “ya” kimi. Bu səbəblə də “Dünya” kəlməsi bu fani ömrümüzün iki hecada birləşməsinin hələ ki, yarımçıq tərzində ifadəsidir dəyərli oxucularım.  “Dünya”nın ilk hecasında ömrünmüzü şükürlər olsun ki yaşaya bildik. Görəsən “yar”ın (sabah) bu ömrümüzü yaşamaya davam edəcəyikmi və ya ömrümüz tamamlanmadan yarımçıqmı qalacaq? Deyə insanı bu dərin kəlam istər-istəməz qeyri-iradi olaraq həssas düşüncəli insanımızı düşündürməklə bu fəlsəfənin mahiyyətini bizlərə açıqlayır bir kəlmədəki iki heca ilə “Dünya” deyə.   

Unudulmaz filosof alimimiz Professor Babək Qurbanov “Qafqaz Qartalı” adını almış Şeyx Şamillə bağlı söhbətlərinin birində dediyi əhvalatı da bu məqamda xatırlamaqdayam. Böyük sərkərdə, günlərin birində qərar verir ki, “bugündən sonra kim şeir yazsa boynu vurulacaq”. Bu amansız əmrdən təşvişə düşən yaxın dostları bu yanlış qərardan vaz keçməsini xahiş etsələr də inadından döndərə bilmirlər. Axırda mətləbi özü belə bir məntiqi fikirlə yekunlaşdırdı.  Bu münasibətlə də silah arkadaşlarına üz tutub belə cavab verdi: “Mən əsl şairləri, saxta şairlərdən qorudum. Bilirəm ki, saxta şairlər bu fərmanıma uyub daha şeir yazmayacaqlar. Fəqət anadan əsl şair doğulanlar ilhamı gəldiyi zaman heç nədən qorxmayıb  yenə şeir yazmağa davam edəcəklər. Mən bu fərmanımlada əsl şairləri saxta, yalancı şairlərdən ayırmaq üçün etdim”. 

Musa Ələkbərli də bu qurupda yer alan, anadan əsl şair doğulan fitri-istedad sahibidir. Çünki Musanın yaradıcılığı qeyri-iradidir. Bu baxımdan şeir yazmamaq imkansızdır, özündən asılı deyil. Misralar daxili aləmini lərzəyə saldığı zaman onun yazmamağına inanmaq olarmı? - əsla! Çünki haqdan könlünə ələnən mübarək qət-təzə misralar vərəqlərə köçürülərək, onu yetirən Azərbaycan xalqına qısa sürədə çatdırılması gərəkdir. Hər misrasında bir yenilik olduğu üçün novatorluq təcəllisini fitrətində yaşatmaqdadır Musa müəllim. Çünki Musa müəllimin təbiətində gizlənmiş vicudundan böyük bir qüvvə məskunlaşıb. Ömrü boyu onu heç vaxt yenə bilməz. Çünki qüdrəti yetərsizdir, açizdir, zəifdir, miskindir, çarəsizdir, cılızdır. Bu nəhənk qüvvəin adı şairlik istedadıdır. Bu baxımdan da böyük qüvvəyə tabe olmaq zorundadır. Bu ilahi qüvvə nəyi diktə edirsə  ağ vərəqlərə onu da olduğu kimi köçürməsi icab etməkdədir. Əks təqdirdə qovğları çıxa bilər ikisinin arasında. Bu mübarizədə təbii ki, yenilən qüvvənin adı hər zamanki kimi körpəlikdən üzü bəri Musa Ələkbərli adında Vətən sevdalı qul adlı aşiq dayanır.

Dəyərli oxucularım Musa  Ələkbərli yaradıcılığı haqda çox mütəxəssislərimiz tədqiqat xarakteli mükəmməl yazılar yazmışlar hər zaman. Mən bu fikirlərlə tamamən şərikəm. Sadəcə bu yubiley məqaləmdə atam Cəmil Əkbərlə  Musa Ələkbərli arasında gerçəkləçmiş bir xatirəmi sizlərlə paylaşmaq istərdim. 

Sovetlərin çöküşü ərəfəsində və ondan sonrakı dönəmlərdə Musa Ələkbərli “İstəyirəm daşa basam bu kəndi”  rədifində şikayət motiflərinə bələnmiş şeir yazır. Şeirin yazılma səbəbi şairin öz kəndinə ziyarəti zamanı el-obasının kasıb olması şairimizi narahat etməsidir. Və kəndin mətahının azalmasının anonsunu bu şeir misralarıyla nigarani ruhuyla anlatmağa çalışır.

O dönəmin ictimai-sosial problemlərinin xarakterini yansıdan bu şeir atam Cəmil Əkbərə də gəlib çatır. Və Musa Ələkbərliyə 22 bənddən ibarət “Şair qardaş, daşa basma bu kəndi!” rədifində bir cavab şeiri yazır. Fəqət ömrünün son aylarına yaxın  (12 mart 2000-ci ildə haqqın rəhmətinə qovuşdu) 2000-ci il yanvar ayının 8 –də Bakıya son kəz ziyarətimizə gəldiyi zaman məndən bir övlad olaraq son vəsiyyətini dilə gətirdi. Musa Ələkbərli ilə görüşdürməsini çox arzuladı. Nəhayət qismət oldu həmin mübarək gündə iki Gədəbəyli şairimizi görüşdürmək şərəfinə nail olduğumu,  25 il aradan keçən o əziz, unudulmaz günü indi də xoş xatirə kimi qəlbimdə yaşatmaqdayam. Nəhayət Musa müəllimin Dədə Şəmşirin həyatda olduğu zaman çox hörmət bəslədiyi ustad el ağsaqqalını, mübarək qədəmləri ilə ziyarətini gerçəklədirməsi, Cəmil Əkbərin nigarani hisslərinə son qoydu. Bu görüş zamanı nəhayət istedadlı eloğlusunun şeirinə cavab yazdığını bildirdi. Onu da etiraf etməliyəm ki,  Cəmil Əkbərin son görüşdüyü sonuncu şair məhz Musa Ələkbərli oldu.

Dəyərli oxucularımızın nəzərinə çatdırmaq istərdim ki, istedadlı şairimiz Bəhmən Vətənoğlu Cəmil Əkbərin 1997-ci ildə nəşr edilən “Yaşadar səni” adlı kitabının redaktörü olduğu zaman və “Şair kimi alim, alim kimi şair” adlı giriş məqaləsində bu haqda mükəmməl təhlilinə də yer vermişdir. Cəmil Əkbərlə Bəhman Vətənoğlunun ruhularına fatihə verməklə bu mübarək yazını xalqımıza çatdırmaqla vəfa borcumu yerinə gətirmək istərdim. 

«Cəmil Əkbərin müxtəlif mövzularda olan şeirləri arasında baməzə tərzdə olanları da vardır. Gədəbəyli tanınmış şair Musa Ələkbərlinin “İstəyirəm daşa basım bu kəndi” rədifli qoşmasına Cəmil Əkbərin yazdığı cavab “Şair qardaş, daşabasma bu kəndi!” adlanır. Bu şeirlərlə iki şair sanki bir mözuda deyişirlər. Əslində isə fikir-məram tamam başqadır. Sovetlər dönəminin süqutunun son illərində kənd həyatında yaşam səviyyəsinin aşağı düşməsini, maddi imkanların məhdut olduğunu dilə gətirən Musa Ələkbərli doğma el-obasını ziyarət etdiyi zaman yerli kənd əhalisinin çalışmamasını, məhdud  bir yaşayış şəraitinin olduğunu müşahidə edir. Və artıq kənd sakinlərinin mal-qara, toyuq-cücə saxlamadığını, hətta yağını, pendirini, şorunu, qaymağını, belə şəhərdən təmin etməyə çalışması kimi acınacaqlı vəziyyəti görüb bu kimi xoşagəlməz halları poetik dillə ifadə edib xalqının nəzərinə poeziyanın imkanlarıyla çatdırmağa çalışır. Bu şeirdən təsirlənən Cəmil Əkbər də bir ustad, həm də el ağsaqqalı kimi şair Musa Ələkbərliyə müdrikanə cavab olaraq yazdığı şeirinin hər bir bəndində bu vəziyyətdən çıxış yolunu-yolağını, yöntəmini anlatmağa cəhd edir. Kəndin bu vəziyyətə düşməməsi üçün “sən nə etmisən?” - deyən Cəmil Əkbər, bu kəndin inkişafı üçün nə xidmət, nə təşəbbüs göstərdiyini sanki başa qaxınc kimi,  baməzə ruhunda üzünə söyləməkdən çəkinmir. Təbii ki, bu həqiqi dəlillər Şair Musa Ələkbərlini küsdürmür, Cəmil Əkbərin bir el ağsaqqalı kimi səmimi iradlarına, şeir dili ilə verdiyi tutarlı cavablarına hətta haqq da qazandırmışdır. 2000-ci il 8 yanvar tarixində Bakıda olan görüş zamanı iki el şairinin arasındakı dialoq şəklindəki anlaşmadan xəbərdaram. Cəmil Əkbərin tanınmış şair Musa Ələkbərliyə verdiyi müdrikanə cavabından anlaşılır ki, “kəndin kasıb olmasında əslində hərkəsin payı vardır. Hər bir kənd sakini təmbəllikdən əl çəkib kəndin inkişafı üçün, kənd təsərüfatının bol-məhsulunun artması üçün kənardan baxmamalıdır” - deyir. Əl qolunu çırmalayıb hər bir kəs işin bir qulpundan yapışmalı olduğunu da yerli əhalinin diqqətinə çatdırır. Cəmil Əkbər bütün bu önəmli tövsiyələrini verməklə, günahın hər bir kəsdə olmasını konkret dəlillərlə isbat edərək bu problem barədəki doğru fikirlərində haqlı olduğunu əsaslandırmağa çalışır. Çünki Cəmil Bəy uzun illər iqtisad elminin nəzəri sahəsində ali təhsil qurumunda (Gəncə Dövlət Aqrar Universiteti)  dərs demiş ( Cəmil Əkbər 1964-cü ildə “Əmək məhsuldarlığının artırılması” mövzusunda dissertasiya işini müdafiə etmişdir İ.İ.) zəngin bilgiyə və təcrübəyə sahib peşəkar mütəxəssis-alim idi. Hər iki şairin şeirinə diqqət etdiyimizdə səmimi etirafların, acı həqiqətlərin və iqtisadi problemlərin çözülməsi üçün əməkçi kənd sakinlərini təşviq edir.»    
  
    

İSTƏYİRƏM “DAŞA BASIM” BU KƏNDİ

Otlağında qoyun-quzu mələşmir,
Çəmənində oğul, uşaq güləşmir,
Sacı üstə kömbələri gülləşmir,
İstəyirəm “daşa basım” bu kəndi.

Qəhəd olub dələməsi, pendiri,
Qonağını sərin-sərin dindiri.
Şələlərdə üzülməyir kəndiri,
İstəyirəm “daşa basım” bu kəndi.

Harda itib görən çoban tütəyi?
Yaddan çıxıb oğru itin kötəyi.
Üstümüzə mırıldamır köpəyi,
İstəyirəm “daşa basım” bu kəndi.

Qocaları doqqazlarda görünmür,
Uşaqları yapıncıya bürünmür,
Ağılları, pəyələri kürünmür,
İstəyirəm “daşa basım” bu kəndi.

Köhlənləri həsrət qalıb yəhərə,
Cavanları qaçıb-gedir şəhərə,
Gendən baxır indi bara, bəhərə,
İstəyirəm “daşa basım” bu kəndi.

Yağsız qalıb, kökdən düşüb cəhrəsi,
Pas atıbdı kərəntəsi, dəhrəsi.
Muzeylərə veriləcək nehrəsi,
İstəyirəm “daşa basım” bu kəndi.

Dirriyində, bostanında tağ yanır,
Köhnə arxın suyu gəlmir, bağ yanır.
Bürküsündən aran yanır, dağ yanır,
İstəyirəm “daşa basım” bu kəndi.

                                Musa Ələkbərli


ŞAİR QARDAŞ, DAŞA BASMA BU KƏNDİ! 

Gəl kömək et varı-halı çoxalsın,
Şair qardaş, daşa basma bu kəndi! 
Əyər-əksik hər nə varsa yoxalsın,
Şair qardaş, daşa basma bu kəndi! 

Əzəl gündən bu yerdəndir mayamız,
Dayağımız, köməyimiz, sayəmiz,
Düşüncəmiz, əqidəmiz, qayəmiz,
Şair qardaş, daşa basma bu kəndi! 

Pay almışıq nazı-nemət əlindən,
Cana gəldik yağın, balın gölündən,
İlham aldıq çəmənindən, gülündən,
Şair qardaş, daşa basma bu kəndi! 

Adımız da, sanımız da onundur,
Cismi-canda qanımız da onundur,
Şərəf, şöhrət, şanımız da onundur,
Şair qardaş, daşa basma bu kəndi! 

El-obalar nemətilə dolanır,
Zəhmətilə, xidmətilə dolanır,
Dövlətilə, sərvətilə dolanır,
Şair qardaş, daşa basma bu kəndi! 

Onun yoxdu kimsələrə minnəti,
Bəşər üçün eyləyirlər xidməti,
Yer üzündə yaradırlar cənnəti,
Şair qardaş, daşa basma bu kəndi! 

Bu yerlərdə babaların təri var,
Əşrəfi var, incisi var, ləli var, 
Cavanı var, qocası var, piri var, 
Şair qardaş, daşa basma bu kəndi! 

Sözlərindən anaların inciyər, 
Gözəl-göyçək sonaların inciyər, 
Doğulduğun binaların inciyər, 
Şair qardaş, daşa basma bu kəndi! 

Çox deyilib babalardan, dədədən,
Nə qurumaz, nə kəsilməz dəhnədən,
Köhnə arxın suyu gələr yenidən,
Şair qardaş, daşa basma bu kəndi! 

Özgələrin çörəyini yemirlər,
Ciyərini, ürəyini yemirlər,
Sovqatını, xörəyini yemirlər,
Şair qardaş, daşa basma bu kəndi! 

Qoyun-quzu saxlamaqdı peçəsi,
Onun üçün yaranıbdı guşəsi,
Otlaqları, çəmənləri, meşəsi,
Şair qardaş, daşa basma bu kəndi! 

Örüşlərin bəzəyidir quzular,
Tövlələrdə arakəsmə, küzülər,
Kənddən ayrı şəhər özü üzülər,
Şair qardaş, daşa basma bu kəndi! 

Şəhəri də yaşadırlar bu yerlər,
Göstərirlər möcüzələr, hünərlər,
Var-dövləti qazanırlar bu ərlər,
Şair qardaş, daşa basma bu kəndi! 

Gəl gör deyir bərəlgəsi, bərəsi,
Zavodlarda bəslənilir fərəsi,
Oxumamış alim olub hərəsi,
Şair qardaş, daşa basma bu kəndi! 

Bar becərir, gecə-gündüz yatmayır, 
Abır-həya, ismətini satmayır,
Vicdanını, məsləkini atmayır,
Şair qardaş, daşa basma bu kəndi! 

Loğman təbli havası var buranın,
Hər dərdlərə dəvası var buranın,
Çox nurani babası var buranın,
Şair qardaş, daşa basma bu kəndi! 

Bu yerlərdə ərənlərin izi var,
Şirin-şəkər kəlamı var, sözü var,
Ocağının həniri var, közü var,
Şair qardaş, daşa basma bu kəndi! 

Artıq indi qaçan yoxdu şəhərə,
Gendən baxmır var-dövlətə, bəhərə,
Salan yoxdu özlərini qəhərə,
Şair qardaş, daşa basma bu kəndi! 

Kəndi qoyub gedənləri daşa bas! 
Naxələflik edənləri daşa bas!
Öz cibini güdənləri daşa bas!
Şair qardaş, daşa basma bu kəndi! 

Qədirbilən daş atarmı kəndinə?
Aldanarmı fitnəsinə, fəndinə?
Sataşarmı həndəvari həddinə?
Şair qardaş, daşa basma bu kəndi! 

Nə vermisən, alanmırsan onu de?
Şəhərlərdə qalanmırsan onu de?
Baş saxlayıb dolanmırsan onu de?
Şair qardaş, daşa basma bu kəndi! 

Layiq olsan səni şirin dindirər,
Hörmətini, izzətini bildirər,
Gecikdirməz, sovqatını göndərər,
Şair qardaş, daşa basma bu kəndi! 

                                             Cəmil Əkbər


Azərbaycanın istedadlı, poetik misralar timsalında obrazlı deyimlərin orujinal sahibi Musa Ələkbərlinin həm şair kimi, həm ictimai xadim kimi təmənnasız xidmətləri ilə tanınmış ziyalılarımızın ali səfində yer almaqdadır. Onun yaradıcılığı dissertasiyalar şəklində araştırılmasına ehtiyac duyulmaqdadır.  Çünki Azərbaycan elm cameəsində öz sözü, öz nəfəsi, öz səsi, öz sədası ilə kimsəyə bənzəməyən zəngin yaradıcılığı ilə Azərbaycan poeziyasında Musa Ələkbərli mərhələsinin fatehidir. 2000-ci ildə 50 illik yubileyində “Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertyura”nı sazda çalan musiqiçi kimi bu dəfə də 75 illik yubiley münasibətilə Musa Ələkbərlini canı-könüldən Cəmil Əkbər övladı kimi bu məqaləmlə təbrik edərək Cənabi Haqdan can sağlığı başda olmaqla yeni yaradıcılıq uğurları arzulayıram.
                                                                        
İlqar Cəmiloğlu İmamverdiyev
Sənətşünaslıq Elmləri Doktoru
Qaziantep Universiteti Türk Musiqisi 
Dövlət Konservatoriyasının professoru,
Türk Xalq Musiqisinə Xidmət mükafatcısı

Yenililklər
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.