Anar Məcidzadə - Dünya düşüb gözümdən...
24.04.25

Dünya düşüb gözümdən

Nələrdən qorxdumsa mən,
Hamısı gəldi başa.
Tanrı verən bu ömrü,
Gəl, indən belə yaşa. 

Bahar, yazın yerini,
Boran aldı, qış aldı.
Qismətə düşən dəni,
Dimdiyinə quş aldı.

Sevənlər yetişmədi, 
Heç bir vədə vüsala. 
Bu dünyanın haramı, 
Qarışıbdır halala.

Nə yazım, nə deyim mən?
Daha sözüm qalmayıb.
Dünya düşüb gözümdən, 
Onda gözüm qalmayıb.

Nələrdən qorxdumsa mən,
Hamısı gəldi başa.
Tanrı verən bu ömrü,
Gəl, indən belə yaşa.




Cahanım

Nur üzlü Cahanımsan, 
Ürəyimsən, canımsan. 
Aldığım nəfəsimsən, 
Hər dəqiqəm, anımsan. 

Ürəyi pak təmizsən,
Mənə doğma, əzizsən.
Hərdən sakit bir quzu, 
Hərdən coşan dənizsən.

Hərdən vardır küsməyin,
Ürəyimi üzməyin.
Bir cahan bağışladı, 
Bu dünyaya gəlməyin.

Solmayan baharımsan, 
Nə yaxşı ki, varımsan. 
Parlayan ulduzumsan, 
Cahan, mənim qızımsan.



Bu həyata gələndən


Həyat böyütdü bizi,
Əvvəl uşaq olmuşuq.
Bu həyata gələndən,
Ona dustaq olmuşuq.

Kim sevindi gəlişdən? 
Uzaq düşdük gülüşdən. 
Dünyaya gəlməmişdən,
Qəmdən uzaq olmuşuq.

Dünya həmin biçimdə,
Qara geyim-kecimdə,
Bu qədər dərd içində,
Nə yaxşı sağ olmuşuq.



Yaxşılıq və yamanlıq

Yaxşı olduqlarımın,
Çoxu bunu qanmadı.
Mənim yandığım qədər, 
Kimsə mənə yanmadı. 

Əl uzatdım çoxuna,
Əlimə dağ basdılar.
Qəlbimi açdıqlarım,
Ürəyimdən asdılar.

Çoxu saxta, riyakar,
Ürəyi daş oldular. 
Qarın qardaşdan qabaq,
Süfrədə baş oldular. 

Bu dünya əzəlindən, 
Yaxşıya yaman oldu.
Günakar insan oğlu, 
Nə vaxt, nə zaman oldu.



Ötən günlərin həsrəti

Deyirəm, a dostlar, bu dünyada kaş,
Geriyə dönəydi ötən ömür, yaş;
Sevincli günlərdən biri olaydı,
Dünyadan köçənlər diri olaydı.

Geriyə dönəydi uşaqlıq çağı,
Adamla dolaydı qonaq otağı;
Qohumlar yığışıb, deyib-güləydik,
Sevinci, kədəri birgə böləydik.

İlahi, bu illər nə tez ötüşdü,
Uşaqlıq illərim yadıma düşdü.
Qayıtmaq istərəm ötən günlərə,
Yaralı bəxtimdən itən günlərə.



Bu dünya düzəlməz

Neçə ariflər gələ,
Dünya düzəlməz, lələ.
Dünya belə yaranıb,
Belə gedəcək hələ.

Bu dünyanı əzəldən,
Olmayıbdır düzəldən.
Tale, baxt oğurlayıb,
Neçə-neçə gözəldən.

Yazı qışa çevirib,
Ömrü quşa çevirib.
O, insanı yaradıb,
Sonda daşa çevirib.

Bu dünyadan bezmə sən,
Ümidini üzmə sən.
Dünya belə dünyadır,
Anar, çalış küsmə sən.

Yenililklər
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.