Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
20.04.25

Aşıq Mikayıl Azaflı -100

Böyük ustadımız Mikayıl Azaflının Allah tərəfindən bəxş edilmiş möhtəşəm sənətini xarakterizə etmiş olsaq önümüzə şairlik, bəstəkarlıq, ifaçılıq ən başda isə insaniyyət fövqündə dayanmış Dədə adı nəzərimizdə görünür, xəyalımızda mübarək siması canlanır. Məhz bu məziyyətlərə görə də Mikayıl Azaflını əhatə edən istedad təqdim etdiyimiz dəyərlərlə özünü biruzə verir.

Mikayıl Azaflı şairdir.
Mikayıl Azaflı bəstəkardır.
Mikayıl Azaflı musiqi xadimidir.
Mikayıl Azaflı professional ifaçıdır.
Mikayıl Azaflının  ifaçılıq xüsusiyyətləri bunlardır:
Diksiya ilə şeir söyləməkdə peşəkar ustaddır. 
Saz çalqığısında professionallıq zirvəsini fəth etmiş sənətkardır.

Klassik saz havalarını özünəməxsus avazı və səs tembri ilə melodiyanın bütün nüansları və incəlikləri ilə tam şəkildə, əhatəli halda, anlaşılan üslubla mükəmməl oxumağı bacaran vokal ustadıdır.

İcad etdiyi şeirləri ifa məqamında misraları və ya məsləhət bildiyi kəlmələri irticalən birini digəri ilə dəyişib əvəz edəbilmək qabiliyyəti bu ifaçılıq məziyyətlərini səciyyələndirən önəmli cəhətlərdən biridır.

Hər hansı bir dastanın nəsr hissəsini yerli-yataqlı söyləmək də ifaçılıq sahəsinə daxil olmasını qəbul etmək də gərəklidir.

İfaçılıq, sazı rövnəqləndirə bilən önəmli faktor olmaqla aşıq sənətinin canlı xasiyyətini göstərə bilmək yöntəmidir. Aşıq sənətini hansı səviyyədə olmasını təyin etmək istədikdə hər hansı bir sənətkarın, saz-söz yaşadıcısı olan aşıqların mütləq ifaçılığına, ifaçılıqdakı rəftarına, münasibətinə diqqət etmək gərəkdir. Bu zaman həmin musiqiçinin sənətinin hansı səviyyədə olması dinləyicilər tərəfindən o andaca qiymət verilir. Ya kafi, ya yaxşı ya da əla qiymətlə yüksək dəyərlə qiymətləndirilir. Çünki el gözü tərəzidir demişlər. Məhz yaxşını-pisdən ayrıran, musiqi zövqü, melodiyanı duyabilmək qabiliyyəti yüksək səviyyəyə malik olan xalqımızın mükəmməl dinləyici adlı bir nümayəndəsidir. Canlı müşahidələrinə əsaslanaraq da dəqiq  qiymət verməyi bacaran münsiflər heyyətinin adıdır. Bu səbəblə də  saz-söz təmsilçiləri bu cəhətləri diqqətə alıb daima öz repertuarını yenilətmiş, zənginləştirmiş, hər daim yaradıcılıq axtarışında olmaqla dinləyici kütləsinin diqqətini özünə çəkə bilmiş, bu sahədə uğur qazanmaqla el gözündə hörmət-ehtiram sahibi olmuşlar. Bu baxımdan böyük ustadlar hər zaman özünə qarşı hər zaman tələblkar olması ilə fərqlənmişlər. Sənətindəki ifaçılıq zamanı qazandığı nailiyyətlərlə əsla qane olmamışlar. Daha da uğur qazanmaq güzərgahında yeni-yeni kəşflər axtarışında bu sənətə; imkanı və istedadı sayəsində Dədə Qorqud sənətinə bir çox yeniliklər bəxş etmişlər. Bu mövqedə yer alanları novator sənətkar adlandırmaq məqbuldur. Çünki onların bu sənətin ayrı-ayrı sahələri üzrə gətirdiyi yeniliklər aşıq sənətinin zənginliyini yeni töhvələrlə süsləmiş, repertuarına yeni-yeni bəxşişlər əta etmişdir.

Bu ustadlarıdan birisi də 100 illiyini bu yaxınlarda qeyd etdiyimiz Mikayıl Zeynalov adlı saz-söz ustadımız Azaflıdır. Allahın bəxş etdiyi sənətə aid ən incə, ən qiymətli dəyərlər məhz Mikayıl Azaflı şəxsiyyətinə nəsib olmuş keyfiyyətlərdir. Bu keyfiyyətin adı ilhamdır. Mikayıl Azaflının ilhamı hər yönüylə özünü əhatəli bir şəkildə ətraflıca əhatə edərək dörd bir yanını potensiyal yaradıcılıq ərmağanlarıyla sarmışdır. İlhamının qüdrəti şeriyyətində özünü biruzə verir. Çox məzmunlu şeirlərinin bir-birindən fərqli mənaları, obrazlı misralarda təcəlli etmişdir. Bu zənginlik ustadın ilham qaynağının məhsuludur. Gəraylısında, divanisində, qoşmalarında, bayatılarında, heyrətamiz cinaslarla bəzənmiş təcnislərində bu ilhamın zühur etdiyini beytlərində, kəlimələrində sezmək olur. Əhsən olsun bu istedada. Bu möhtəşəm qabiliyyətə. İlhamı nəyi diktə etdisə eləcədə ürəyində canlanıb mənəvi dünyasından xaricə ixrac edib bu fani dünyamızda bizləri, onun sənətini sevənləri heyrətləndirdi. Bəzən coşdurdu, bəzən qəmə-dərdə düçar edib kədərləndirdi. Bəzən də fövqəladə dərəcədəki ekstaz anında ruhu nə dedisə onu bariz şəkildə tərəf-müqbilinə bütün səmimiyyəti ilə izhar edərək çatdıra bildi. Və bununlada uğurlarına yeni-yeni uğur qazandırdı azman ifası ilə, çalıb-çağırmasıyla, səsi, sözü, orijinal tembrə malik avazı, ətgiləyici, heyrətləndirici yanıqlı-nisgilli, bəzəndə coşğulu sədalı  nərəsi ilə.

Yenilik mücəssəməsinin adıdır Mikayıl Azaflı. Hər bir şeində duyumaqdadır bu yenilik. Bəndində, beytində, poetik misrasında, müdrik kəlamında. Bu əlamətlər Mikayıl qağamızın özündən asılı olmayan haqq tərəfindən lütf edilmiş ilhamıdr. Necə dedilərsə elə diktə etdi. Necə rəva görüldüsə eləcə də munisliyini pozmadan, ona xələl gətirmədən, təhrif edilmədən məftunu olduğu qəhrəman xalqına yüzdə-yüz olduğu kimi çatdırıldı. Çünki Mikayıl Azaflının böyük sənətində yaratdığı xarüqələr bu cəhəti ilə seçilirdi digər bir çox aşıqlardan. Ayrıca bir dəst-xətti, çalğı stili vardı Mikayıl qağamın bu ecazkar sinkretik mahiyyətli çoxşaxəli sənətdə. Azərbaycan aşıq sənətində öz sözünü demiş, öz möhrünü sazıyla-sözüylə, bəzən emosional duyğulu, bəzən də çoşğulu ifasıyla vurmuş sənətkarın, böyük ustadın, Dədə təxəllüslü Azaflımızın Mikayıl adındakı harmonik ahəngdar işbirliyində. Sazı, sözü, səsi, ifası, şeiriyyəti ilə bir aləmin Ozan sənətinin bütövlüyünün obrazıdır Mikayıl qağamız. Biri-birini qanunauyğun əvəz edib tamamladığı üçün tam sənətdir, bitkin sənətdir, yetkin, bütövlük sənətinin mücəssəməsinin adıdır Mikayıl Azaflı sənəti. Bu məziyyətlərinə görədə qüdrətli sənətdir Mikayılın saz, söz, səs, ifaçılıq sənəti. Bir məcrada qovuşub gül tək güllənib açılmış buket dəstəsinin adıdır Mikayıl Azaflı sənəti. Bir bütün dünyanın adıdır Mikayıl Azaflı sənəti gələcək nəsil sazlı-sözlü nümayəndələrimiz üçün. Çünki bir ekoldur bu sənət. Haqdan gəlib bu fani dünyada haqqı  tərənnüm edən azman sənətdir Mikayıl Azaflı sənəti. Müdhişdir ona görə ki əsilliyini, nəsilliyini qorudu, ulu dədə Qorqudluğunu daima hifs edib yaşatdı sazın güllərində, haşiyələrində ilmələlərində, əsrarəngiz naxışla boyanmış minbir çeşit  heyrətamiz əlvan zəngulələrində. Xidmətində durdu ləyaqətlə kişi kimi, mərdi-mərdanə sərvaxt dayandı bu möcüzəvi sənət abidəsinin önündə bir əsgər kimi, şax, şux, məğrur dayandı, şəstlə dayandı qeyrətli, ismətli, abır-həyalı simasıyla bir ömür boyu yaşayıb gələcək nəsillərimiz, saz-söz əhlimizin xiridarları üçün örnək oldu, tütyə  oldu, əlçatmaz, ünyetməz oldu bu sənət asimanının ənginliklərində. Bu məziyyətlər təbii ki Azaflı Mikayılın yaranışından proqramlaşdırılmışdı. Bu proqramdan heç kənara çıxmaq olarmı? Bu sənətin qayda qanunlarına riayyət edən əsilliyini, nəsilliyini, doğru-dürüstlüyünü qoruyan insanın, böyük şəxsiyyətin adıdır Mikayıl Azaflı sənəti. Bu xüsusyyətləri özündə ehtiva edtiyi üçün də müqtədir sənətdir Mikayıl Azaflı sənəti. Məhz qüdrət boyuna, ilham posuna ölçülmüş ecazkar ifadakı çalğısına sirayət etmişdir bütün vicuduna. Canı, qanı, cismi-canı idi Azaflının saz-söz sənəti. Varlığı, ruhu, dini-imanı idi qara birçəkli tellərlə əhatələnmiş sədəfli sazı. Çünki deyə bilmədiyini sazıyla türk təbiri ilə “kolayca” deyə bilirdi. Anlada bilmədiyi dərin mənalı fəlsəfi fikriləri sazıyla bağrı-badaş olduğu zəmində söyləyə bilirdi, şeyda bülbül kimi ötməklə hər olayı asanca izhar edərək mənalandıra bilirdi. Saz bir stimul idi Mikayıl qağamız üçün. Saz bir mənəvi dayaq, dayanacaq, duraq, təməl, əsas idi. Ustadın çalğısında, oxumasında, möhtəşəm səsində, gur nəfəsində bütün bu məziyyətlər sezilirdi, duyulurdu, hiss olunurdu. Əhsən olsun Mikayıl qağamızın sazına, bərəkallah Dədəmizin sözünə, nurlu çöhrəsinə, mübarək cöhrəsinə. Otaylı-butaylı Azərbaycanımızın Aşıqlıq sənətinin, Türk dünyasının ozan sənətinin görkəmli siması idi Mikayıl Azaflı. Doğru-dürüstlüyü ilə əsilliyi ilə, zadəganlığı, əxlaqıyla, namusuyla, şərəfiylə, iffətiylə ülvi dünyasında bərq vuran bu kimi insaniyyət timsallı dəyərləri ilə. Aşıqlıq sənəti üçün nələr gərəkirdisə ilahi Tanrıdan bəxş olunmuşdu ruhuna, sirayət etmişdi iliyinə, canına, qanına, nurlu camalına, səsinə-sözünə saf məhəbbətinə, vətən sevdalı ülvi eşqinə, Koroğlu, Nəbi timsallı qeyrətli xalqı üçün.

Hər bəstəsi bir simfoniya dəyərində idi. “Azaflı Himni” məhz bu simfoniyanın sazın tellərində yankılanan heyrətamizlik sədasının hayqırış motifli coşğusu idi. “Qoca qartal” adlı əsəri də xalqımızın xəritəsinin, bin-bərəkətli vətən torpaqlarının sərhədlərinin bəlirlənmiş halı idi.

Dənəvər-dənəvər salğarlı çalğısında bir məna, hikmət, müdriklik var idi. Həsrət, nisgil, qəm, kədər çuğlaşmışdı “Gözlərin” rədifli şeirini huş-guşla, ana-ana, qana-qana oxuduğu “Azaflı gözəlləməsi”ndə. Bu səbrlə tək-tək rəvan vurulan təzənənin tellə öpüşməsi, Urmiyanın ustad ozanı Məhəmməd Hüseyn Dehqanın “Taciri” adlı klassik saz havasındakı çalğı ilə əkiz qardaş olub, ayrı-ayrı vücudda səslənən bir ruhun qovuşması idi ki, sənətin birliyinin inikası idi bu xüsusiyyəti ilə. Sanki bir ustaddan dərs almış, vahid ustadın çıraqları olmuşdular hər iki mübarək camallı aşıq adında sənətinin aşiqi insan. Təbii ki, ruhunun ovqat-halı bu xarakter çalğının birliyinin göstərgəsi idi. Məkanından asılı olmayaraq ruhun qəmli, kədərli, sevincli halı çalğıda da zühur etməklə, melodiyanın ab-havasında birlik-dirlik, bərabərlik nəğməsinin nümunəsi idi. Coşğulu çalğı isə ruh halının coşğunluğunun yansımasıydı melodiyalarının əsrarəngiz naxışlarında, bər-bəzəyində. Çünki bütün tellərə toxunan mizrab məhz bu coşğunluğun əzəmətli görsənən simgəsi idi ki, sazın ecazkar səsində şimşık kimi çaxırdı, dağ seli kimi coşub-daşıb axar-baxarıyla axardı. Döyşkənliyin simvolu idi ki, Qoç Koroğluya aid qəhəmanlıq havalarında sazın tellərinə bir-bir təzənə əsla toxuna bilməzdi. Bu səbəblə də coşğun halını ifadə edə bilmək vasitəsi bütün tellərə “Misri qılınc” kimi toxunan gümüşü rəngli simlərdə yankılanırdı əzəmətiylə, qüruruyla, qələbə naminə qalibiyyətə səsləyən zəfər nəğmısi kimi.

Nə doymaq olurdu, nə usanmaq. Çünki Azafllı sənəti yarım-yamalaq deyil mükəmməllik timsalı idi ki, aşıq cildinə girərək, aşıq xislətində yansımışdı bütün varlığıyla cismi-canıyla saz dünyasına. Qopuz dünyasına rəvan olan müqtədir sənətkarımızın adı idi Mikayı Azaflı. Bir fəlsəfi aləm idi ki, nə mənasını aça bilmək olurdu, nə də mətləbini. Çünki müqəddəsliyi ilə birlikdə həm də tilsimli sənətdir Mikayıl Azaflı ifasında. Bu sirri aça bilən Dədə ozanımızın adıdır Mikayıl Azaflı. Hər fikri, hər kəlməsi, hər düşüncəsi, hər cümləsi, hər bir hərəkəti, rəftarı bir yenilik bir novatorluq nümunəsi idi. Hər görüşdüyümüz zaman bu yeniliyi müşahidə etmək mümkün idi. Çünki bir bulaq kimi qaynayan zəmzəm suyunun adıdır Mikayıl Azaflı sənəti. Bu dirlik suyu gah şeirində gah diksiyasında, avazında car olurdu təşnəli qəlblərə təsginlik verirdi. Ümid verirdi, inandırırdı, həyata dördəllə sarılmağını, ilahi eşqə bağlılığını yaradırdı. Çünki qüdrətli sənət sahiblərinə məxsus keyfiyyət idi ki, biri də Mikayıl Azaflı adına, şəxsiyyətnə nəsib-qismət olmuşdu. Şəyirdlərinin hər biri ustadının xeyir duasını almağa yarışırdılar sanki. Çünki Mkayıl Azafldan alınan xeyir dualar “Nobel” mükafatı dəyərində idi. Xeyir-duanı almayanların işi də fənadır. Ağzı xeyir-duayla açılmış müdirik insanın adı Azaflı Mikayıl idi. Azərbaycan xalqının iftixarı, qürur idi Mikayıl Azaflı, sənəti, sənətkarlıq məziyyətləri ilə bahəm. Ürəkdən gələn hər bir kəlmə, hər bir beyt, hər bir  misra,  hər bir bənd səxavətlə onun seyirçilərinin könül dünyasına çox asanca varid olaraq, mənəvi aləmini əsir-yesir edib gah təlatümə salıb, gah da tilsimləyə bilirdi. İmkanı geniş ifaçılıq məziyyətlərinə sahib sənətkarın adı idi Mikayıl Qağa.

Aşıq Mikayıl ustadımız. Öz fərdi yolu, öz müstəsna cığırı oldu kimsəni yamsılamadan, təqlid etmədən özünü çaldı, ruhunu səsləndirdi, sazını dilləndirdi, sözün ecazkarlığını gülləndirdi bu əsrarəngiz ifalarla. Çünki böyük ustadların yaratdığı hər bir əsər istər sazında, istər avazında, istər vokal oxunuşunda, istərsədə bir bəstəkar kimi zəngin əsrarəngiz melodiyaların timsalında, heyrətverici heyrətləndirici xislətə malik ulu sənətin təmsilçisi, ululuq rəmzi idi Mikayıl qağa.

Çox sayda hikmətlə çulğalanmış sözü tamamlanmamış yarımçıq qaldı. Qəhrəman xalqına, böyük ulusuna çatdırmağa ömrü yetmədi əfsus ki. Daha nələr ilhamı bəxş edəcəkdir sənət cameəmizə. Çünki əlində saz, könül rübabı adlı mənəvi alətlərdə neçə min əsər yaradıb xalqına miras buraxacaqdı. Sədd heyif, olmadı. Yeri də dolmadı. Boş qalıb Azaflı sənətinin közü, kül altında qeyb oldu heyif ki. Çox əsərlərindən xalqımız məhrum oldu nəyazqki...

Ruhu başımızın üstündə, fani dünyamızdan nigaran qalan nəzərləri gözlərimizdə, ilahi varlığı könül xanimanımızda hələki yaşamaqda, ömür sürməkdədir onu sevənlərin qəlbində xatirəsini əziz sanan böyük məğrur Azərbaycan millətinin ruhunda. Eşq olsun böyük sənəti qeyrətlə namusla yaşadıb sənət dünyasında öz imzasını həkk edən azman ustadlarımıza. Amin.
 

İlqar Cəmiloğlu İmamverdiyev

Sənətşünaslıq elmləri doktoru, Türk Xalq Musiqisinə Xidmət mükafatcısı 
Gaziantep universiteti  Türk Musiqisi Dövlət Konservatoriyasının professoru

Yenililklər
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.