Bədirxan Əhmədli: 70 yaşın işığı
15.04.25

Professor Bədirxan Əhmədlinin milli ədəbiyyatşünaslıq elminə verdiyi töhfələr danılmazdır. Ədəbiyyatşünas alimin uzun illər apardığı gərgin elmi axtarışlarının nəticəsi olaraq müvəffəqiyyətlə ərsəyə gələn kitabları, monoqrafiyaları onun zəngin, ciddi tədqiqatlarının  nəticəsidir və filoloq mütəxəssislərin yetişməsinə öz payını verməkdədir. Problem müxtəlifliyi ilə seçilən XX əsr Azərbaycan ədəbiyyatının dərin bilicisi və tədqiqatçısı Bədirxan müəllimin illərdir ölkədaxili və ölkəxaricində apardığı elmi-pedaqoji fəaliyyəti, dərin məzmunlu, elmi səviyyəsinə görə seçilən mühazirələri, metodiki səviyyəsi yüksək olan dərslikləri onun səmərəli pedaqoji fəaliyyətinin məhsuludur.    

Dəyərli alim, professor Bədirxan Əhmədli haqqında təəssüratları bölüşmək mənim üçün həm xoş, həm də  bir o qədər məsuliyyətlidir. Bədirxan müəllimin sözün həqiqi mənasında şöbə kollektivinə qayğıkeş yanaşması, mülayimliyi, müdrik zarafatları, əlamətdar günlərdə səmimi münasibəti ilə kollektivimizi hər zaman diqqqətdə saxlaması onun nəcib insani keyfiyyətlərindən xəbər verir. Bu danılmazdır ki, şöbənin hər bir əməkdaşı Bədirxan müəllimdən yalnız həssas və qayğıkeş münasibət görmüşdür. Fikrimcə, daima üzərimizdə hiss etdiyimiz bu qayğı və ehtiram onun sahib olduğu zəngin mənəviyyatdan, dərin nəzakət hissindən irəli gəlir. Bədirxan müəllimin səsindəki mülayimlik, sakit üslubu və şən-nikbin əhval-ruhiyyəsi hər zaman şöbədə xoş auranın olmasına, doğma, isti münasibətin qurulmasına şərait yaratmışdır. Mən bu doğmalığı şöbədə fəaliyyətə başladığım ilk günlərdən etibarən hiss etmişəm və Bədirxan müəllimin şəxsiyyətinə olan rəğbət və hörmətim gün-gündən dərinləşir. Bədirxan müəllimin şöbədə fikirdaşları ilə apardığı səmimi söhbətlərə, hadisələrə obyektiv münasibətinə, dərin mühakimələrinə şahid olarkən hər dəfəsində yüksək ziyalılığına olan hörmət və rəğbətim daha da artmışdır.

Professor Bədirxan Əhmədli çağdaş ədəbiyyatşünaslıq elmimizə öz imzasını qoymuş, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ədəbi-ictimai aləminə verdiyi töhfələri, görkəmli yazıçı və ədəbiyyatşünasların bədii nəsri haqqında müasir səviyyədə yazılan monoqrafik tədqiqatları öz dəyərini daima qoruyub saxlamaqdadır.  Onun Ədəbiyyat İnstitutundakı səmərəli və hərtərəfli fəaliyyətinin nəticəsidir ki, əməkdaşı olduğum Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsi yarandığı gündən bəri daima inkişafdadır. Şöbənin nüfuzunu müəyyənləşdirən Bədirxan müəllimin rəhbərliyi ilə dəfələrlə beynəlxalq səviyyədə elmi konfranslar təşkil olunmuşdur. Xarici ölkə alimlərinin, nüfuzlu universitetlərin ədəbiyyatşünas alimlərin Azərbaycan Milli Elmlər Akademiyasına dəvət olunması, təşkil olunan Beynəlxalq elmi konfrans və tədbirlərə cəlb edilməsi, iştirakı, həm də Bədirxan müəllimin böyük təşəbbüsü ilə ərsəyə gəlmişdir desək, yanılmarıq. Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin qısa zaman kəsimində onlarla dünya ölkələri (Pakistan, Çin, Monqolustan, Yaponiya, İndoneziya, Malayziya, Koreya) ədəbiyyatlarının geniş tədqiqatları əsasında, xüsusilə filologiya elmləri doktorluğu və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün baş tutan müdafiələr, şöbənin səmərəli fəaliyyəti sayəsində 2023-cü ildə çap olunan “Asiya ədəbiyyatı araşdırmaları” kitabı və s. bu uğurun, birgə və məhsuldar şöbə fəaliyyətinin  bariz nümunəsidir. Hər il Bədirxan müəllimin rəhbərliyi altında Azərbaycançılıq ənənələri əsasında dünya ədəbiyyatının öyrənilməsinə dair aparılan tədqiqat işləri Azərbaycan ədəbiyyatşünaslığına öz tövhəsini verərək yenilik gətirməkdədir.

Professor B.Əhmədlinin irihəcmli tədqiqat işi “Rabindranat Taqor: Yeni Hindistanın manifesti” kitabı haqqında müəllifi olduğum “Rabindranat Taqor müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığında” adlı geniş məqalə Rabindranat Taqorun anadan olmasının 160-cı ildönümünə həsr olunmuş Beynəlxalq elmi konfransda məruzə olunmuş və “Asiya ədəbiyyatı araşdırmaları” kitabında çap olunmuşdur. Bədirxan müəllimin bu kitabı Azərbaycan ədəbiyyatşünaslığında görkəmli dramaturqun həyat və yaradıcılığının ilk dəfə geniş və sistemli şəkildə tədqiq olunduğu monoqrafiya işidir. Kitabda dahi hind yazıçısı, nasir və dramaturqu Rabindranat Taqorun zəngin ədəbi-mədəni irsi geniş şəkildə tədqiq olunmuşdur.

Professor sözügedən tədqiqat işində Rabindranat Taqoru mühiti və həyatı ilə bərabər ictimai-siyasi proseslərin mərkəzində dəyərləndirmiş, onun dramaturq, rəssam, musiqiçi və aktyor kimi hərtərəfli fəaliyyəti şərh olunmuşdur.  B.Əhmədlinin bu geniş həcmli monoqrafiya işində Rabindranat Taqorun keçdiyi həyat yolu, qələmə aldığı uşaqlıq və məktəb xatirələri, həmçinin Taqorlar ailəsinin hind ictimai fikrində və Yeni Hindistanın formalaşmasında göstərdiyi xidmətləri vurğulanmış, müsahibələri öz əksini tapmışdır. R.Taqorun poeziya haqqında düşüncələrini, sənət və sənətkar haqqında dəyərli fikirlərini təhlil edən professor yazıçının çox erkən yaşlarından şeir yazaraq başladığı sənət yolu və poetik təcrübələrinin əks olunduğu ədəbi mühitini yaradıcılığından gətirilən nümunələrlə geniş və müfəssəl şəkildə təhlil etmişdir. R.Taqoru “kiçik hekayələrin böyük ustası” adlandıran B.Əhmədli benqal ədəbiyyatında hekayə janrının bu ən böyük nümayəndəsinin yaradıcılığını yüksək qiymətləndirərək onu həm də janrın banisi və novatoru hesab edir, ədibi hind hekayəçiliyinə dil sadəliyi, struktur yeniliyi və obrazlılıq gətirən yazıçı kimi dəyərləndirirdi.

Hörmətli Bədirxan müəllim, 70 illik Yubileyiniz münasibətilə təbrik edirəm. Böyük məmnunluqla yazdığım bu yazısı ilə Sizə, dəyərli ziyalımıza elmi-ədəbi və pedaqoji fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayır, can sağlığı diləyirəm!



Lamiyə NƏSİROVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
“Azərbaycan-Asiya ədəbi əlaqələri” şöbəsinin elmi işçisi

Yenililklər
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.