İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
27.03.25


Haqqın rəhmətinə getdiyini bilməyənlərlə qarşılaşdığım zaman söhbət əsnasında təsadüfən səni məndən soruşduqda  nə cavab verəcəyəm deyə bir anda tutuluram, suala cavab verməkdə tərəddüd edirəm. “Nə deyim? Suala necə cavab verim?”- deyə düşüncələr aləmində xəyallara dalıram. Çarəsiz qaldığım üçün nə deyəcəyimi bilmirəm. Tərəf-müqabilimi məyus etmək istəmirəm. Çünki Sən hər kəsin könüllərndə insan kimi gözəl xatirələrlə dolu,  maraqlı hekayətlər yazmışsan ay dayı! 18 il çalışdğımız bir dönəmdə mən bunun şahidiyəm. Hər kəsin qəlbində, könül xanimanında xoş əməllərinlə, bəxş etdiyin yaxşılıqlarla anılmaqdsan ay dayı! Yerin görünür nə yaman. Möhtac qaldıq söhbətinə, müdrikanə fikirlərlə zəngin düşüncələrinin timsalında könüllər aləmini fəth edən heyrətamiz cümlələrinlə, obrazlı deyimlərinlə, özünəməxsus olan icad etdiyin neçə-neçə hikmətli kəlamlarına. 

2024-cü ilin 2 oktyabr tarixində kimyaçı alim Prof.Dr. Rövşən Xasayoğlunun vasitəsiylə Qars-Kafkas universitetini ziyarət etdiyimiz zaman, Fən-Ədəbiyyat fakultəsinin Türk dili və ədəbiyyatının bölüm başqanı  Prof.Dr. Mithət Durmuş bəylə məni tanış edərkən, Babək Qurbanov haqda elmi tədqiqat xarakterli məlumatlara ehtiyacı olduğunu bildirəndə bir anda durxdum. 
 
Daxilən öz-özümə; “Yəqin xəbəri yoxdur ki, Babək Osmanoğlu bu fani dünyada daha bizimlə deyil”- dedim. Aramızdan ayrılalı 6 sənə keçdi deyə düşüncəyə daldım bir anda. Nə halda olduğumu duyduğu zaman söhbətə Rövşən bəy müdaxilə etdi. Aciz, çarəsiz qaldığım, qarışıq fikirlər aləminə daldığım halda deyə bilmədiyim, mimiki anlarımın üzümə yansımış ifadələrimdə o məqamda şairanə baxışı ilə sezməsiylə qaraxəbəri özü açıqlamalı oldu.  Və Babək Qurbanova həsr etdiyi son şeirini qəmli-nisgili, minor tonallığında ahəstə səsiylə söyləmək ehtiyacını hiss etdi.

Allahdan bir halal ömür-gün umdu,
Gözünü hər zaman harama yumdu. 
Elmə işıq saçan çıraqdı, mumdu,
Sənət dünyamızda bir izdi Babək.

Kimsəni qırmazdı, özün qırardı,
Əzəldən fəzilət könlünə yardı.
Osman qağamıza bənzəri vardı,
Saflıqda büllurdan təmizdi Babək.

Sözə qiymət verib, dəyər bilərdi,
Müdrik kəlamlarla inci ələrdi.
Sözünün sahibi, ər oğlu ərdi, 
Dəyərli, hikmətli bir sözdü Babək.

Elmdi, sənətdi qolu-qanadı,
Bir çox alimlərin oldu ustadı.
Dostların dilindən düşərmi adı?
Hər bir dostu üçün əzizdi Babək.

Yazdığı əsərlər dövləti-varı,
Saysız tələbəsi tükənməz barı.
Qürubu baharda yağdırdı qarı,
Gedişin hər kəsi çox üzdü, Babək.

Bu acı xəbərdən sarsıyan Mithət bəy də türk təbiri ilə “üzüldü”. Nəhayət xoş məramla məqlələr yazmaq niyyətində olmasını nəzərə alıb, söhbətə müdaxilə edib dedim: “Hörmətli Mithət bəy Babək Qurbanovun yubileyi münasibətilə  Əli İmamverdi ilə ortaq yazdığımız “Babək Qurbanov–85” adlı kitabım “İksad yayınevi” tərəfindən yayınlanmaq mərhələsindədir. Çoxsayda elmi məqalələrini, tərcümələrini, ön sözlərini, giriş məqalələrini bu kitaba daxil etmişəm.  Bir çox elm adamları ilə yanaşı məmurların, keçmiş tələbələrin, Ərzurum və Gaziantep konservatoriyalarının müəllimərinin xatirələri də bu kitabda yer alır. İnşallah yayınlanandan sonra Rövşən bəyin vasitəsi ilə  Sizə çatdıraram.” Və bu əhvalatdan qısa bir vaxt ərzində həmin kitabın Mithət Bəyə çatdırılmasında Rövşən bəy, mənim vəfa borcumu yerinə gətirməkdə yardım etdi. 
 
Bu xatirəmi dəyərli oxucularımıza çatdırmaqda məramım odur ki, Babək Qurbanov onu tanıyanların qəlbində xoş anlarla heykəlləşmiş əsilzadə, əsil-nəcabətli Vətən oğlumuz, elm xadimimiz, böyük şəxsiyyət kimi mənəviyyat dünyamızda hələ də yaşamaqda olan bəxtəvər insandir. Bu cəhəti ilə də fərqlənməkdədir Babək Qurbanov. Unutmaq olmur. Necə unudasan? Hər kəsin könül dünyasının pasibanı, əziz müsafiri idi bu xoşaməl sahibi. Savab əməlləri ilə onu tanıyan, qələminə, elminə heyran qalan, zəkasına bələd olan ziyalı cameəmizdə. Nə Türkiyədə nə Azərbaycanda, nə də Sovetlər birliyində yaşamış elm xadimləri də heç unutmur. Çünki beynəlxalq aləmdə möhtəşəm elmi məqalələrilə ismini Sovetlər dönəmindən bəlli etmişdi. Musiqi estetikası üzrə Fəlsəfə Elmləri Doktoru elmi dərəcəsini almaq üçün Moskvanın məşhur elm xadimlərinin qarşısında "Proqramlı musiqinin estetik prinsipləri" adlı dissertasiyasını uğurla müdafiə etdiyi gündən mükəmməl elmi savadı ilə o dönəmin qüdrətli alimlərinin, məşhur estetiklərin, filosofların musiqişünasların diqqətini özünə çəkə bilmişdi. Bu müdafiədən sonra rus elm xadimləri Babək Qurbanovun yaradıcılığına hörmət-ehtiramla yanaşırdılar. Və özləri səviyyədəki yüksək elmin sıralarında yer alan heyyətə fəxarətlə qəbul etmişdilər. Bu səbəblər nəticəsində də rəsmi olaraq SSRİ Bəstəkarlar İttifaqının üzvü olanda (1978-ci il) hələ 39 yaşında idi. Artıq elmi məqalələri ilə Azərbaycan başda olmaqla Türkmənistan, Özbəkistan, Qazaxstan, Gürcüstan, Ermənistan və qardaş Türkiyə ölkəsində mübarək imzasını elm xadimləri də tədricən tanımağa başladılar. Zamanla Rus, Azərbaycan və Anadolunun müxtəlif hakimli dərgilərində hər mövzudakı elmi məqalələrinin yayınlanması üçün qeyd-şərtsiz qəbul edildi. Bu minvalla Babək Qurbanovun  möhtəşəm yaradıcılığı  hər kəsə qapısı bağlı olan məşhur dərgilərin qapısını asanlıqla aralayaraq yayınlatmağa yol açırdı. Hətta bir neçə dərgilərin  türk təbiri ilə desək “köşə yazarı” kimi qəbul edilmiş, silsilə yazıları məhz bu dərgilərdə mütamadi olaraq yayınlanırdı. Çünki hər məqaləsi bir yenilik olmaqla müxtəlif elm alanında aktuallıq kəsb edirdi. Bununla birlikdə fəaliyyətini geniş miqyasda göstərə bilmək üçün elmi konfranslara, simpoziumlara da qatılaraq fəlsəfə, estetika, kültüralogiya, ədəbiyyat, folklor, musiqişünaslıq, aşıq sənəti, muğam sənəti, xalq mahnıları ilə yanaşı, Azərbaycan hətta Batı bəstəkarları, rəssamları, heykəltaraşları, filosofları barədə məruzələr edirdi. Və bu məruzələr zaman içərisində yayınlanaraq Türk elm cameəsinə təqdim olunurdu. Bu  xidmətləri sayəsində də günlərin birində Babək Qurbanov yaradıcılığı haqda elmi dissertasiya, məqalələr də yazıldı. Genşi şaxəli tədqiqat prosesində Osmanoğlunun yaradıcılığın gizli aspektləri gün üzərinə çıxarıldı. Yetişdiyi mühitə dəyər verildi. Çünki mükəmməl təhsil almışdı həm musiqişünas kimi həm də  filosof elminin yetirməsi kimi. Ən əsas da bu mühitin təməlində ev, ailə, təhsi aldığı  qurum da ilk başda gələn şərtlərdən idi. Atası xalq şairi Osman Qağa kimi tələbkar, ciddi insanın tələblərinə yüksək səviyyədə cavab vermək Rafiq Qurbanovla, Babək Qurbanovun, Afər Qurbanovun, Seyran Qurbanovun və bacısı Solmaz Qurbanovanın öndərliyində qismətlərinə düşmüşdü. Səyalı anasından aldığı tərbiyəni də unutmamaq olmazdı. Çünki Osman  Sarıvəlli şəxsiyyəti ilə Səyalı ananın əsl ziyalılıq tərbiyəsi təbii ki, bütün övladlarının xarakterində fikirlərində, rəftarında, yaşam tərzində bütün Azərbaycanımızda səmimiyyəti və insani cəhətləri ilə təzahür etmişdir. Bir insan oğlu məhz Osman Sarıəlli ailəsinə kəm gözlə baxmaz, sadəcə kənardan bəxtəvərlik verməklə kifayətlənərdilər. Namusuyla, iffətiylə, xeyirxahlığı ilə bəşəri amala malik düşüncələri və ensiklopedik bilgiyə sahibliyi ilə hərkəsin, ələlxüsus ona dərs deyən müəllimlərin təqdirini qazanmış, xeyir-duasını tələbəlik illərindən almışdır. Bu xoşməramlı dualar sayəsində həyatı boyu, dünya çapında elimizi obamızı ana Vətənimi Azərbaycanımızı təmsil edən elm xadimi kimi tanıtmağa gücü, qüdrəti, şərəfi-şanı çatdı. 53 elmi kitab 700 elmi məqalələri 27 yaşından ömrünün sonuna kimi yazıb yaratmaqla əta etdi elm cameəmizə. Həm Rusiyada həm Türkiyədə, həm də qonşu xalqlar arasında. Gah bəstəkar oldu professional bəstələr yazdı, gah elmi məqalələr musiqişünaslığımızda fəlsəfə dünyasında car olundu. İfaçı kimi gah f-no, gah skripka, çalıb bu sahədə dərs dedi, çoxsayda elmi-nəzəri səviyyəli kitablar, tövsiyələr yazdı.  

Neçə-neçə elm xadimi olmaq arzusunda olanların dissertasiyalarına, avtoreferatlarına elmi rəylər yazaraq elm yolunda büdrəməməsi üçün işıq oldu, nurunu səpdi gənc aspirantlar üçün. Gah şair oldu şeirlər yazdı kimsə bilmədi. Hərdən darıxan zaman bu sətirlərin müəllifinə; İlqar Cəmiloğluna mənəvi dünyasından sızıb gələn nigarani-munis ruhunu yansıdırdı poetik misraklardakı obrazlı ifadələrlə. Hər kəsi özündən üstün tutmaq kimibir təbəti var idi. Dədə Şəmşirin Cəmil Əkbər şəxsiyyətinə yaradıcılığına verdiyi qiymət kimi: “Əllisi məndəsə yüzü səndədir”–deyrdi, pak ünsiyyəti ilə. Bu rəftarı bu düşüncəsi ilə alicənablığını yansıdırdı bütün səmimiyyətilə. Bu bir xarakter olaraq ömrünün sonuna kimi davam etdi. Könül sındırmadı. Əksinə xeyirxah əməlləri ilə qəlb sevindirməklə bəxtəvər olurdu. Belə bir təbiətə sahib idi Babək Osmanoğlu. Nə edirdisə təmənnasız edirdi. Bu əməllərindən ilham alardı, bir kimsəyə yardım etdiyi üçün. Nəcib könüllü ziyalımız idi Babək Osmanoğlu. İffətli, abır-həya ilə yaşadı, əxlaqlı ömür sürdü aramızda, tanındı, sayıldı seçildi. Onu əhatə edənlər Babək müəllimin fitri istedadına, elminin mükəmməliyi qarşısında sayqı ilə yanaşardılar. Hətta məclisin başında  mötəbər bir yer ayırıb bir böyük, ağsaqqal, yolgöstərən “kiçik yığıncağın” şahı, elan edərdilər. Çünki hər çıxışı bir elmi söhbət əsasında sanki seminar statusunda idi. Az bir müddətdə məclis dönüb olurdu elmi toplantı. Çünki təbiətində bir elmi yönləndirməlik cəhəti də var olmasıyla bahəm, moderatorluq xarakterinə də malik idi. Əslində isə bir çox beynəlxalq konqreslərdə elmi toplantını yönəltmək vəzifəsini, yəni moderatorluq vəzifəsini məmnuniyyətlə simpoziumun təşkilati qurupu, inamla Babək Qurbanova  həvalə edərdilər. Çünki bu elmi zirvəsdəki sessiyada Babək müəllimin idarəçilik qabiliyyətindəki təcrübəsinə, biliyinə, bacarığına bir daha şahid olmaq istəyərdilər. Bu dediklərimin şahidiyəm əziz oxucularım.

28 martda o qara xəbəri aldığım gün yenə yaxınlaşır unudulmaz elm yolumun yolçusu, həyatımın anlamının mənası!  Mənən birgə addımlamaqla özümə təsginlik verməkdəyəm. Nə yaxşı ki 18 il bir məkanda, bir qurumda yaxın-yaxına, çiyin-çiyinə, zamanın, vaxtın dəyərini, qiymətini bilə-bilə, eyni fikrin, eyni məfkurənin daşıyıcıları olaraq xoşməramla, təmənnasız xidmətlərin zəvvarı kimi mənalı yaşadıq məhsuldar əməyimizlə birgə. Ay qağa! önüməgələn, səni tanıyan ziyalılarımızla qarşılaşdığımız zaman, “Səni məndən soruşana nə deyim?” 


                                                                   

İlqar Cəmiloğlu İmamverdiyev,
Sənətşünaslıq Elmləri Doktoru
Qaziantep Universiteti Türk Musiqisi 
Dövlət Konservatoriyasının professoru.
Türk Xalq Musiqisinə Xidmət mükafatcısı
09.03.2025.                                        
    


Yenililklər
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.