Darıxmağın “Təcili yardımı” Kənan Hacı
03.03.25

Kəna Hacının 50 yaşına təbrik.

Kənan Hacıyla tanışlığım nə vaxt olub, düzü heç yadıma gəlmir. Yaradıcı adamlar bir-biri ilə necə, nə vaxt tanış olublar, bir-birlərini nə vaxtdan taınıyırlar, bəlkə də çoxları bunu xatırlamır. Önəmli olan bir-birini tanımaqdır. Mən Kənanı dərindən, içdən tanıyıram. Və həm də uzun müddətdir taınıyıram. Sözün açığı deyim ki, tək mən yox, başqa həmkarlarımız da darıxanda Kənanı axtarıb tapırıq. Sanki, Kənan darıxanlar üçün “Təcili yardım” rolunu oynayır. Dünyanın gərdişindən uzaq, bəzən də maddi çətinliklər içində öz ədəbi hücrəsində var-gəl edən Kənan Hacının hamının kədərinə “yetişməsi” dərdi, qəmi bütün varlığıyla hiss etməsindən, ürəyi kövrəkliyindən irəli gəlir. Dərdini danışırsan, səni dinləyir, anlayır, sənə qoşulub kövrəlir, bir sözlə sənə əsl həmdərd olur. Amma 50 yaşlı dostumuz təkcə qəmli, kədərli deyil, olduqca pozitiv və nikbindir. Problemlərin içində itib-batsa da, səhhətində narahatlıqlar olsa da həyata, yaşamağa olan ümidini itirmir, hətta o ümiddən sənə də pay verir.

Hamıya dərd ortağı olan Kənan Hacının 50 yaşı tamam olur. Rəqəmləri gözə almasam 50 yaş məsələsini heç cürə ona yaraşdıra bilmərəm. Di gəl ki, reallıq Əlisəmid Kür kimi dörd tərəfdən adamın üstünə gəlir. Fakt budur ki, 50 yaş ortadadır. Yaradıcı adam üçün, xüsusən də yazarlar üçün yaşın artamsı müdrikləşmək, daha da peşəkarlaşmaqdır. Odur ki, dostumuz 50 məsələsini təbriklər və arzular “janrında” qəbul edib öz yaradıcılq yoluna sadiq qalmaqla yazamağa davam etməlidir.

Kənan Hacını çoxsaylı ədəbi xasiyyəti var. Birini qeyd etməsm olmaz məncə. Onun kitab “xəstəliyini” yaxın dostları və ətrafı daha yaxşı bilir. Kitaba həssas olan yubiliyar harda kitab görsə əldə etməyə, oxumağa çalışır. Məsələn ona desən ki, Lökbatanda və ya Qala kəndində filan kitab satılır, alıb oxusan yaxşı olar. Cibində olan son manatlıqlarını yolpulu edər, həmin kitabı alar. Pulu olmasa da, özü demiş “nolda” olsa da, dost-tanışdan borc alıb kitabı əldə edər. Yox əgər həmin gün fələyin çərxi tərs gətirib Kənanı pulsuz qoysa, inanın ki, bütün günü narahatlıq içində vurnuxar, qanı “it qanına” dönər. Mənim tanıdığım Kənan Hacı belə Kənan Hacıdır.

Əziz Kənan!
Səni təbrik edirəm, 50 yaşın - yarım əsrlik yubileyin mübarək olsun! Həmişə sağlam olasan. Heç nəyə baxmadan yazmağa davam elə, bu həyatda bizim üçün yeganə xilas yolu YAZMAQDIR. Ayrı yol bilmirəm. Həyat belədir (((


Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.