İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
11.12.24

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub. İzzəddin Həsənoğlunun “Kitab-ı Siretün-nebi” kitabını  və Mirzə Ələkbər Sabirin “Hophopnamə”sini Seyfəddin Altaylı çapa hazırlayıb.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Avrasiya Yazarlar Birliyinin başqanı Ufuk Tuzman, Xalq şairi Sabir Rüstəmxanlı, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Akademiyanın müxtəlif institutlarının əməkdaşları, media mənsubları və digərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açıb. Akademik İsa Həbibbəyli Türkiyə və Azərbaycanın dostluq-qardaşlıq münasibətlərinin elm və mədəniyyət sahəsində də günü-gündən inkişaf etdiyini vurğulayıb. Ədəbi əlaqələrin nəticəsi olaraq Türkiyədə işıq üzü görən bu kitabların tarixi və elmi əhəmiyyətindən bəhs edib. İki ölkə arasındakı mədəni səviyyədə nəzərə çarpan uğurların digər türk dövlətlərində də geniş vüsət aldığını vurğulayıb. Son vaxtlar tərcümə sahəsində işlərin xeyli genişləndiyini də qeyd edib. Əlavə edib ki, Sabirin kitabını Türkiyədə 1950-ci illərdə çap ediblər. Seyfəddin Altaylının “Hophopnamə”ni orada yenidən nəşr etdirməsini “Molla Nəsrəddin” ədəbi məktəbinə böyük töhfə kimi xarakterizə edib.

Akademik İsa Həbibbəyli hər iki kitabı böyük əziyyət və şövqlə ərsəyə gətirdiyi üçün Seyfəddin Altaylıya təşəkkürlərini bildirib. Avrasiya Yazarlar Birliyininə uzun illər rəhbərlik etmiş, Türk dünyası aşiqi, Azərbaycan sevdalısı Yaqub Öməroğlunu qədirşünalıqla xatırlayıb.  Yeni başqana da işlərində uğurlar arzulayıb, əçəkdaşlıq sahəsinə təkliflər səsləndirib.

Avrasiya Yazarlar Birliyinin başqanı Ufuk Tuzman çıxışında yeni başqan olaraq ilk dəfə AMEA-nın kürsüsündə olmaqdan qürur duyduğunu bildirib. Birlik tərəfindən həyata keçirilən işlər haqqında məlumat verərək bildirib ki, rəhbərlik etdiyi qurumun 29 Cümhuriyyət və Muxtar Respublikalarla əlaqələri qurulub. “Hophopnamə”nin mahiyyətini yüksək qiymətləndirən başqan əlavə edib ki, bu kitab Yaqub Öməroğlu üçün “Bengü” yayınlarının 500-cü nəşri idi.

Natiq vurğulayıb ki, Azərbaycana səfəri zamanı Sabirin yurdu Şamaxını da gəzib, oranın çoxlu sayda ziyalı yetişdirməsindən məmnun qalıb. Bildirib ki, Avrasiya Yazarlar Birliyinin 540 kitabı çap olunub, onun da əllisi Azərbaycan ədəbiyyatına aiddir. Özünün başqanlıq etdiyi müddətdə isə 40 kitabın işıq üzü gördüyünü vurğulayıb. Eyni zamanda Birlik tərəfindən türk toplumları arasında aparılan maarifləndirmə işləri haqında da məlumat verib.

Qonaqlardan Xalq şairi Sabir Rüstəmxanlı, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxışlarında nəşrlərin milli və elmi əhəmiyyətinə xüsusi nəzər salıblar.

Ədəbiyyat İnstitutunun əməkdaşlarından Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin baş elmi işçisi, professor, Əməkdar elm xadimi Qəzənfər Paşayev, elmi katib filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı nəşrlərin əhəmiyyətindən söz açıblar.

Həmçinin Bakı Avrasiya Universitetinin müəllimi filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəddin Altaylı da nəşrlərin xarakterik xüsusiyyətləri, kitabların özəllikləri, hazırlanma prosesin incəlikləri haqqında ətraflı məlumat verib.

Sonda Bakı Avrasiya Universitetinin kafedra müdiri filologiya elmləri doktoru Elmira Məmmədova-Kekeç tədbirin təşkili üçün təşəkkürlərini bildirib, kitabların tərtibçisi Seyfəddin Altaylıya  hədiyyə tədqim edib.

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.