Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24

Azərbaycan klassik ədəbiyyatı, mədəniyyəti, incəsənətinin görkəmli nümayəndəsi, istedadlı dramaturq, yazıçı, şair, əməkdar incəsənət xadimi Cəfər Cabbarlının anadan olmasının 125 illiyi münasibətilə ədibin adını daşıyan Mükafat komissiyasının növbəti iclası keçirilib. Komissiyanın sədri, C.Cabbarlının nəvəsi Qəmər Seyfəddinqızı çıxış zamanı xatırlatmışdır ki, böyük sənətkarın dövlət tərəfindən adının əbədiləşdirilməsi istiqamətində Azərbaycan Xalq Komissarları Şurasının 8 mart 1935-ci il tarixli 202 saylı qərarı ilə ilk dəfə “Ali ədəbiyyat təhsili alan gənc yazıçılar üçün 300 manat məbləğində C.Cabbarlı adına mükafat təsis edilib”.
İctimai-siyasi həyatda baş verən böyük təbəddülatlardan və fasilədən sonra Cəfər Cabbarlı Mükafatı  ədibin 100 illiyi münasibətilə 2001-ci ildə Gülara Cəfər qızı Cabbarlının rəhbərliyi ilə bərpa edilmiş, son 23 ildə Komissiyanın 10 iclası keçirilmiş, 80-dən çox elm, ədəbiyyat, mədəniyyət, incəsənət və mətbuat xadimi mükafata layiq görülmüşdür. Cəfər Cabbarlı Mükafatı  ilə xalq yazıçısı Elçin, xalq şairi Nəriman Həsənzadə, xalq artistlərindən Mikayıl Mirzə, Azər Zeynalov, Ramiz Novruz, Ramiz Məlik, Yaşar Nuri, Həmidə Ömərova, Hacı İsmayılov, Fuad Poladov, Rasim Balayev, Zərnigar Ağakişiyeva, Məleykə Əsədova, Şəfiqə Məmmədova, Mələkxanım Əyyubova, Firənfiz Mütəllimova, Nurəddin Mehdixanlı, Ağakişi Kazımov, Azərpaşa Nemətov, Oqtay Mirqasımov, Eldost Bayram, professorlardan Qəzənfər Paşayev, Asif Rüstəmli, İlham Rəhimli, Hamlet İsaxanlı, Himalay Qasımov, Tahirə Məmməd, Gülşən Əliyeva-Kəngərli, Məryəm Əlizadə, Elman Quliyev, Kərim Tahirov, Türkiyəli professorlardan Ahmet Buran, Ercan Alkaya, Süleyman Kaan Yalçın, Seda Arıkan və b. bu şərəfli fəxri adla təltif edilmişdir.

Ənənənin davamı kimi təqdim olunan müraciətlərə baxılaraq Komissiya aşağıdakı şəxslərə elm, ədəbiyyat, mədəniyyət, incəsənət və mətbuat nominasiyası üzrə “Cəfər Cabbarlı Mükafatı” verilməsi haqqında qərar qəbul edib.

Cəfər Cabbarlı Mükafatı laureatları:
1. İsa Əkbər oğlu Həbibbəyli – akademik, filologiya elmləri doktoru, professor
2. İsmayıl Oruc oğlu  Məmmədli  - filologiya elmləri doktoru, professor
3. İsrafil  Ramazan oğlu İsrafilov - əməkdar incəsənət xadimi,  sənətşünaslıq elmləri doktoru, professor
4. Mirzə Məmməd oğlu Maşov - tədqiqatçı, tərcüməçi, ədəbiyyatşünas
5. Nəriman Hacı oğlu Əbdülrəhmanlı - yazıçı-publisist
6. Kənan Hacı - yazıçı-publisist
7. Ağasəfa  Qafur oğlu Yəhyayev - şair, publisist
8. Şövqi Ərəstun oğlu Hüseynov - əməkdar artist
9. Simuzər  Nadir qızı Ağakişiyeva - Milli Gənc Tamaşaçılar Teatrının aktrisası
10. İman Əmirhüseyn oğlu Məcidov -  rejissor

Xüsusi Diplom:
1. Könül Vaqif qızı Məmmədova – GDU-nun baş müəllimi 
PS. Cəfər Cabbarlı Mükafatlarının təqdimat mərasimi 17.10.2024-cü il, saat 14.00-da AMEA Mərkəzi Elmi Kitabxanasının iclas zalında olacaqdır.

Yenililklər
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.