Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
15.10.24

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamdan irəli gələrək hazırlanmış tədbirlər planına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasının qərarı ilə “Məhəmməd Füzulinin həyat və yaradıcılığının ümumtəhsil məktəblərində tədrisinə dair” adlı dərs vəsaiti nəşr olunub.

Yeni nəşrin həmmüəllifləri görkəmli füzulişünas filologiya elmləri doktoru, professor Lalə Əlizadə və tanınmış ədəbiyyatşünas filologiya elmləri doktoru, dosent Əzizağa Nəcəfzadədir. Kitabın elmi redaktoru və ön söz müəllifi Azərbaycan Dövlət Pedaqoji Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Beynəlxalq Elmlər Akademiyasının, Dünya “Söz” Akademiyasının və Turan Elmlər Akademiyasının akademiki Mahirə Hüseynovadır. Rəyçiləri Beynəlxalq Elmlər Akademiyasının akademiki, fillologiya elmləri doktoru, professor Vüqar Əhməd, ADPU-nun Filologiya fakültəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həsənova və Xaçmaz şəhər A.Səlimov adına 7 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsalə Cəlilovadır.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin həyat və yaradıcılığının ümumtəhsil məktəblərində tədrisinin üsul və vasitələrinin araşdırıldığı bu kitab ali məktəblərin filologiya fakültəsində Ədəbiyyatın tədrisi metodikası fənni üzrə dərs vəsaiti və ümumtəhsil məktəblərinin VIII və X siniflərində Ədəbiyyat fənninin tədrisi zamanı müəllimlərin işini asanlaşdırmaq üçün nəzərdə tutulan metodiki vəsait kimi hazırlanmışdır.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən dərs vəsaitində Məhəmməd Füzuli irsinə müasir pedaqoji yanaşma, ümumtəhsil məktəblərində şairin əsərlərinin tədrisinə dair  metodik vəsaitlərin hazırlanması və ondan istifadə texnologiyaları, ümumtəhsil məktəblərinin aşağı siniflərində Füzuli yaradıcılığına müraciət kimi aktual məsələlər müzakirə predmetinə çevrilmişdir.

Qeyd edək ki, kitabın üz qabığındakı Füzuli portretinin müəllifi Xalq rəssamı Əzim Əzimzadədir.

Yenililklər
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.