Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
09.10.24

Qul olmasın

Başını əyməsin zirvəli dağlar,
Kişilər namərdə qul olmasın kaş.
Kimsənin gözləri qalmasın ağlar,
Bir qadın gənc ikən dul olmasın kaş.

Çalış qədrini bil həyatın, canın,
Boş yerə getməsin zamanın, anın...
Nə qədər həyat var, Allah, insanın,
Amalı, niyyəti pul olmasın kaş.

Qoy gülsün çöhrəsi hər oğlun, qızın,
Gözəllər eyləsin işvəsin, nazın.
Xoş ətri yayılsın baharın, yazın,
Solan bağça-bağlar, gül olmasın kaş.

Anar, bu Vətənin bil ki hər zaman,
Qızı qeyrətlidir, oğlu qəhrəman.
Yurdumun başını almasın duman,
Yanar ocağımız kül olmasın kaş.


Adamlar bənzəmir bir-birinə

Adam var, adama "dədə"lik edir,
Adam var, namərddir, gədəlik edir,
Adam var, hər yükə "dəvə"lik edir;
Adamlar bənzəmir biri-birinə.

Gül gülə bənzəyir, yarpaq yarpağa,
Dağ dağa bənzəyir, torpaq torpağa.
Adam var, can atmır insan olmağa;
Adamlar bənzəmir biri-birinə.

Adam var, taxt qurur alın təriylə,
Adam var, qəlb qırır zülm, şəriylə.
Adam var, dərd yeyir adam əliylə;
Adamlar bənzəmir bir-birinə.

Dünya yaranandan bu insan oğlu -
Kimə doğru olub, kiməsə oğru.
Anar, adamlardan özünü qoru,

Adamlar bənzəmir biri-birinə.


Şair könlüm əsir oldu

Məhəbbətin göylərini qar aldı, 
Sevgi yolum zülmət oldu, qaraldı,
Ürəyimi o sevdiyim yar aldı,
Şair könlüm əsir oldu o yara.

Şeir qoşdum mən şəninə, adına,
Bir yol məni heç salmadı yadına,
Düşdüm vəfasızın əfsus, badına,
Şair könlüm əsir oldu o yara.

Taleyimlə, qismətimlə barışdım,
Mən həsrətin ocağında alışdım,
Dərd-sərimi ulduzlara danışdım,
Şair könlüm əsir oldu o yara.

Dərd çəkilər, bir kimsəyə deyilməz,
Adam sevər, Anar, eşqə əyilməz,
O yar kimi bir də kimsə sevilməz,
Şair könlüm əsir oldu o yara.


Mərd yaşa

Həyatda əyilmə, dönmə sən qula,
Əyilmə şöhrətə, satılma pula,
Nə yaltaqlıq elə, nə quyruq bula;
Kişi tək ömrünü vuraraq başa,
Dünyaya mərd gəlib, sən mər də yaşa!

Çox olacaq sənə tələ quranlar,
Yolunda sədd çəkib, işi buranlar,
Ara qarışdırıb, ara vuranlar;
Bütün olanlara edib tamaşa,
Dünyaya mərd gəlib, sən mər də yaşa!

Bu dünya beşgünlük, bu dünya yalan,
Təkcə yaxşılıqdır insana qalan.
Həyatın puç olsa, olsa da talan;
Anar, ömrün düşsə borana, qışa,
Dünyaya mərd gəlib, sən mər də yaşa!


Anar Məcidzadə
Azərbaycan Yazıçılar Birliyinin üzvü, 
Prezident təqaüdçüsü

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.