Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc

27.09.24

    1976-cı ildə böyük müəllimim Sabir Əhmədli ilk hekayələrimdən olan “Yazdagülün yaz günləri”ni (“Yaz günləri” kimi getmişdi qəzetdə) o zamanın etalon qəzetlərindən olan “Ədəbiyyat və incəsənət”də çap etmiş və bu sevinci tam həzm edib qurtarmamış, elə həmin zamanın görkəmli ədəbiyyatşünası Akif Hüseynov ilin hekayələrini (1976) təhlil edərkən həmin hekayə haqqında da xoş sözlər demiş və necə deyərlər, sevincimi ikiqat artırmışdı...
    Bunu niyə xatırladım? 
   AMEA-nın Ədəbiyyat İnstitutu xoş bir layihə həyata keçirir: gənc yazıçıların (təbii, hər gəncin deyil!) kitablarını müzakirəyə çıxardır, onları tənqid-təhlil edir, üstəlik, müzakirəni açıq şəkildə aparır – kim istəsə gedib iştirak edər, ədəbiyyatla məşqul olan alimlərlə “söz güləşdirə bilər”...
    Sosial şəbəkədə oxudum ki, gənc yazıçı Əli Zərbəlinin yeni çıxmış hekayələr kitabını da eyni aqibət gəzləyir. (Bu cümlənin hüznlü çıxmasından qorxmayın: oradakı tənqid də sağlam tənqiddir. Nədən ki, işin başında dayanan akademik çevrəyə mənsub olsa da, kəssən, qanı bizə tərəf axandır, bizdəndir, özümüzünküdür.)
    Nə isə, Əli Zərbəlidən danışacaqdım axı...
    Nə yazıq ki, gənc dostumuzun kitabını əldə edə bilməmişəm. Bu aralarda cəmi bircə dəfə şəhərə çıxmaq imkanım olub, o da atüstü. Yəni kitab marketlərinə yolumu sala bilməmişəm. (Ah bu qocalıq!..)
    Xüləs ki...
  Kitabı oxumasam da, bu imzanı tanıyıram axı! Hələ sosial mediada ilk müzakirələr başlayanda təxminən belə sözlər yazmışdım:” Bu müəllifin bir, ya da iki hekayəsin oxumuşam. Sözü tanıyan birisidir. Heyf ki, kitabı hələ ala bilməmişəm. Düşünürəm, düz seçim etmisiniz. Yazmağa gələndə isə... Elə bilirəm ki, təhlil elm adamları arasında gedirsə, mütləq yazılmalıdır və yayımlanmalıdır. Ən azı tarix üçün. Tehran Əlişanoğluna və onun komandasına salam olsun!”
    Hə. Əli Zərbəli, bildiyim qədəri ilə gəncdir, hətta çox gəncdir. Bəs mən niyə onun haqqında “Sözü tanıyan birisidir” kimi zəhmli cümlə işlətmişəm?
    Buna səbəb müəllifin “Ürəkbulanma” adlı hekayəsi oldu. Bu hekayə məni çox-çox uzalara, hətta 100 il əvvələ apardı. Sartr kimi bir dahinin 100 il əvvəl qələmə aldığı “Ürəkbulanma” romanına, mənim bu əsəri ilk dəfə oxuyub sarsılmağıma, illər sonra ikinci dəfə oxumağıma və Sartrı daha rahat anlamağıma səbəb olmuşdu... Və taledə mənim bu romanı üçüncü dəfə vərəqləməyim (məhz vərəqləməyim!) varmış – Əli bəyin hekayəsi, təbii ki, yadıma Sartrı və onun məşhur romanını saldı və öz-özümə dedim ki, əcəba, bu gənc adam qurd ürəyimi yeyib ki, Sartr kimi bir nəhəngdən (o qədər nəhəng olmalısan ki, Nobel mükafatından imtina edəsən!) sonra eyniadlı əsər yazır?!.
    İnanın, səmimi deyirəm, hekayəni iki dəfə oxudum və anladım ki, adam ekzistensialist cərəyana aşinadır, yazılarında bu ədəbi cərəyanın müasir ab-havasını yaşada bilir...
    Təbii, bu “Ürəkbulanma” o “Ürəkbulanma”nın yanında çox kiçik, çox zəif görünə bilər, amma məhz sönük görünmür! (Təbii ki, Sartr Sartrdır! Üstəgəl bir romanla bir hekayəni müqisə edəcək deyilik. Amma təkrar edirəm, bu cəsarəti mən təqdir edirəm! Orta səviyyəli Sovet yazıçılarımıza bənzəməkdənsə, dahi Sartrla çilingağac oynamaq daha maraqlı olardı!)
    Müəllifin ikinci bir hekayəsindən də qısaca bəhs edəcəm. Hələ bu cümlələrə baxın:” Lopa-lopa yağan qarın iliyə işləyən soyuğunun dərimə toxunub nəfəsimi kəsməsinə imkan vermədən yenidən bədənimi yorğanın altında gizlədirdim... Qar dənələri gah balacalaşıb düyü kimi yumru sərt yağır, gah da böyüyüb pambıq kimi çəkisiz və yumşaq olurdu.”
    Müəllifin dili sadə və rəvandır, sözü sözdən seçə bilir. Yuxarıdakı sətirlər adamı “üşüdə” bilir... 
    Ona görə yazmışdım ki, sözü tanıyandır...
    Hekayələri təhlil-filan etmədən bir şeyi qeyd edim: gənc yazıçının mətnlərinə bir kədər hakimdir. Cəmiyyətin, dünyanın, günün, ayın, ilin, bəşərin ovqatından içimizə ələnən kədər...
    Misal gətirdiyim hər iki mətndə insan narahatdır. Əgər avqustda yuxarıdakı qar-boran gözlənilirsə, yaxud olacaqsa, təhlükənin miqyasını anlamaq elə də çətin deyil...
    Zatən ekzistensial dəyərlər insanın, dünyanın mövcudluğunun qorxu ilə çuğlaşdığına işarə edir və bu qorxunu yazıçılar əsərlərinin mayasında bişirir... 
    Əli Zərbəlinin hekayələrinin mənə aşıladığı kədərli sevinc budur...
    (Əslində, bu fikirlər mənə çox doğmadır. Bəlkə elə bu yazını da ona görə qələmə almışam. Axı mən də bir ədəbi cərəyana – yeni ədəbu naturalizmə tapınmışam və zaman-zaman hekayələrimdə, romanlarımda, eləcə də esselərimdə - üç cildlik “Renessans həsrəti” kitablarımda – bunları ehtiva etməyə çalışmışam. Dünyamızın, bəşəriyyətin get-gedə öz ipini-sapını itirməsi, insanlığı gözləyən qorxu, həyəcan, sunami, yanğınlar, susuzluqlar Domokl qılıncı kimi bizi təhdid etmədə...) 
    Əli Zərbəlinin oxuduğum üçüncü kekayəsini xatırlaya bilmədim. İnterneti ələk-vələk eləsəm də o hekayə yoxa çıxmışdı. (Nə bilim, bəlkə gənc qələm hələ o hekayəni yazmayıb, gələcəkdə yazacaq?)Bəlkə də, bu onun ən yaxşı hekayəsi idi?..
    Kitabı isə mütləq alıb oxuyacağam. 
    Gənc dostumuza daha böyük başarılar arzulayıram!

    S.A. (Söz Ardı.)
    Əslində, dostum Tehan Əlişanoğlunun rəhbərliyi ilə təşkil olunan o müzakirəyə gəlmək, orada bu və buna bənzər bir çıxış da etmək fikrim vardı. Fəqət, yaş imkan vermədi. “Gəzmə” dediyimiz payız qripinə yoluxmağım mane oldu. Bütün tədbir iştirakçılarını salamlayıram.

23.09.2024.

Yenililklər
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.