2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub.
Bildirilib ki, qalib Londonda keçirilən mükafatlandırma mərasimi zamanı məlum olub. Belə ki, alman yazıçısı Cenni Erpenbek ingilis dilində yazılmış “Kairos” romanına görə sözügedən mükafatı qazanıb.
Qalib 50 min funt-sterlinq (təxminən 63,5 min dollar) məbləğində mükafat alacaq.
Qeyd edək ki, 1969-cu ildə təsis olunan mükafat 2016-cı ildən hər il təqdim olunur. Əvvəllər isə iki ildən bir verilib. /Qafqazinfo/
|