Türkiyənin
İzmir şəhərində keçirilən “Qızılalma” Beynəlxalq Turan Film
Festivalında Azərbaycan Respublikasının Kino Agentliyi “Kino sənətinə
töhfə” müküfata layiq görülüb.
Agentlikdən verilən məlumata görə ARKA nın Türk dünyası ilə müştərək layihələrə
başlaması, müxtəlif layihələrin dəstəklənməsində birbaşa iştirakı
Festivalın təşkilatçıları tərəfindən yüksək qiymətləndilib. Son vaxtlar
Kino Agentliyi türkdilli dövlətlərdə keçirilən müsabiqə və festivallarda
yaxından iştirak edir. Son illərdə türk dünyasında baş verən mədəniyyət
hadisələrinə ARKA öz töhfəsini verir. Hər il müxtəlif dövlətdə
keçirilən 3-cü “Qorqud Ata” Türk Dünyası Film Festivalının
təşkilatçılığından sonra ARKA türk dünyasını birləşdirən müxtəlif kino
layihələrin və festivalların təşkilinə dəstək verməkdədir.
“Qızılalma”
Beynəlxalq Turan Film Festivalı Türksoy və ARKA tərəfindən
dəstəklənməsi bu istiqamətdə növbəti festivallardan biridir. Artıq ARKA
“Qızılalma” Film Festivalının Azərbaycanda- işğaldan azad olunmuş
ərazilərdə keçirməsini planlaşdırır.
Digər
tərəfdən Türk dünyasının kino bazarı Azərbaycan film istehsalçıları
üçün də müəyyən maraq kəsb edir. Azərbaycanın bəzi şirkətləri yerli
bazarla bərabər digər türkdilli ölkələrin bazarına girməyi düşünür. Bu
istiqamətdə bir neçə filmimiz Qazaxıstan, Türkiyə bazarında nümayiş
olunsa da müəyyən problemlər ucbatından bu proses yarımçıq qaldı. Kino
Agentliyi bu problemlərin aradan qaldırılması üçün yerli filmlərin
xarici dillərə alt yazı və səsləndirməylə tərcüməsini həyata keçirməyi
planlaşdırır. Son illərin əlaqələrini gözdən keçirsək görərəik ki, artıq
ARKA üçün yeni kino bazarı təkcə Azərbaycanla məhdudlaşmır, yeni
hədəflər, yeni kino bazarı ortaq dilə mənsub olan Türk dünyasıdır.