“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Çap kitablarının tədqiqi şöbəsinin müdiri dosent Cavid Cəfərovun “Əlyazma abidələri: ənənə və müasirlik” monoqrafiyası nəşr edilib.
İnstitutdan bildirilib ki, mütəxəssislər üçün nəzərdə tutulmuş kitabın əsas mövzusu və məqsədi əlyazma abidələrinin tədqiqinə, mühafizə və bərpasına, istifadəsinə ənənəvi və müasir elmi yanaşmaları öyrənib araşdırmaq, alınan nəticələri təhlil edib ümumiləşdirməkdir. Kitabda əlyazma abidələrinin mədəniyyət tarixindəki yeri və rolundan, onlara mənfi və müsbət antropogen təsirlərdən, qədim əlyazmalarla iş sahəsində müasir informasiya və kommunikasiya texnologiyalarının, süni intellektin, qamma radiasiyasının tətbiqindən və s. bəhs edilib.
Nəşrin elmi məsləhətçisi Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimlidir. /Azərtac/
|