Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
04.04.24

Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib.

Layihənin kuratorluğu Azərbaycan Respublikası Kino Agentliyinin rəhbəri Orxan Fikrətoğlunun əmri ilə ARKA-nın əməkdaşı tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərova həvalə edilib. 

Aprelin 3-də “Nizami” kinoteatrında Alternativ Kino Akademiyasının ilk tədbiri baş tutub. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən ARKA-ya təqdim olunan 16 tələbənin layihəsindən 7-nin təqdimatı olub. 
Elxan Cəfərovun və ARKA-nın əməkdaşlarının iştirakı ilə keçirilən təqdimatda Xəyal Rzanın  “Allaha Salam”, Şirin Əhmədovun “Sürəyyanın 32 ci günü”, Mirhafiz Həsənovun “Çağrılmamış qonaq”, Məhəmməd Məmmədovun “Qayıtdım”, Elmar Fərzəliyevin “Düşmüş Mələk”, Araz Quliyevin “İkinci Nəfəs” və Mirzahid Ağayevin “İnam” layihələri nümayiş etdirildi.

Xəyal Rzanın “Allaha salam” qısametrajlı bədii filmi I Qarabağ müharibəsində hər iki ayağını itirən qazidən bəhs edir. Xalq artisti Məmməd Səfanın canlandırdığı qazi II Qarabağ müharibəsində şanlı zəfər xəbərindən sonra qəbirstanlığa basdırılmış ayaqlarını ziyarət edir və uzanıb özünü “ayaqlarıyla” birləşdirirək bütünləşir. Lahiyə rəhbərinin sözlərinə görə, artıq çəkilişlərə başlanılıb.
Ssenari müəllifi və quruluşçu rejissoru Şirin Əhmədov olan “Sürəyyanın 32 ci günü” layihəsi də bəddi filmdir. Film insanların gördükləri və yaxud görmədikləri cisimlərə inamından bəhs edir. Belə ki, İkinci Qarabağ müharibəsi Sürəyyanı yenidən öz uşaqlığına, unutduğunu zənn etdiyi yaralara aparır,. Onu ən çox narahat edən uşaq vaxtlarında qapılarında olan atlarıdır. Atın sonrakı taleyi haqqında düşünmək ona rahatlıq vermir. Film irəlilədikcə isə həm Sürəyyanın özünə, həm də onu tək qoymayan dostlarına aydın olur ki, at sadəcə böyük Vətən həsrətini öz üzərində cəmləyərək balaca qıza əgər atına qovuşsa bütün travmalarını geridə qoymaqla bağlı xoş təsəllidir. 
Mirhafiz Həsənovun “Çağrılmamış qonaq” qısametrajlı bədii filminin qısa məzmunu belədir ki, kafelərin birində ad günü qeyd edən 4 dostun masasına 3 arzu yerinə yetirən, sehrli və qızarmış qızıl balıq gəlir... Hadisələr bundan sonra gülməli məcrada davam eidr. Filmin ideyası, insanların çətin vəziyyətdə olan zaman, gözlərin korlaşması, dəyərlərin itməsi və yalnız özlərini düşünməsidir.
Məhəmməd Məmmədovun “Qayıtdım” layihəsi qısametrajlı bədii dramdır. Filmin məzmunu belədir ki, ucqar dağ kəndində yaşayan ana müharibəyə yollanmış oğlunun yolunu həsrətlə gözləyir. 
Günlərin birində onun qarşısına kimsəsiz bir uşaq çıxır. Ana uşağı himayəsinə alır və öz oğlu kimi ona baxmağa başlayır. 
Qadın yuxusunda oğlundan geri qayıdacağının müjdəsini alır, lakin yuxusunun əksinə sabahısı gün anaya bəd xəbər gətirilir və oğlunun şəhid olduğu deyilir. 
Bundan sonra qadına təsəlli yalnız himayəsinə götürdüyü uşaq qalır.
Nəhayətində 30 il sonra qadının böyütdüyü uşaq, himayadarı anasının və qardaşının qisasını almaq üçün müharibəyə yollanır.
Filmdə ana rolunu tanınmış aktrisa Gülcahan Salamova canlandıracaq.
Elmar Fərzəliyevin “Düşmüş Mələk” qısametrajlı filmi metal içki qabları yığıb sataraq yaşamını davam etdirən insandan bəhs edir.
Araz Quliyevin “İkinci Nəfəs” layihəsi sənədli filmdi. (8+) tamaşaçılar üçün nəzərdə tutulan sənədli filmdə ekoloji təhlükəsizliyimizi təmin edən məişət tullantılarının yenidən emal olunmasından bəhs edilir. 
Gündən-günə dəyişən dünyamızda, insanların sayının artması, qidaya olan ehtiyaclarımız və digər şeylərə olan ehtiyacımızı artırır.  Lakin bu ehtiyaclar bizim öz əllərimizlə fərqinə varmadan fəlakətə çevrilir. İstifadə etdiyimiz məhsulları dənizlərə, çaylara və havaya tullantı kimi buraxırıq. İnsanların tullantıları ətraf mühitə atması insan sağlamlığına və iqtisadiyyatmıza öz mənfi təsirini göstərir. Bu bizim dünyamızı cəhənnəmə çevirir. Dənizlərə atılan tullantılardan balıqlar ölür, havaya buraxılan tullantılara görə isə azon qatı deşilir. Hər zaman bir çıxış yolu var. 
Filmdə “Emal zamanı hansı məhsullar istehlak prosesinə yararlıdır?” “Yenidən emal olunan məhsullar hansı qaydalarla hazırlanır?” və bu kimi suallara cavab axtarılır.
Mirzahid Ağayevin “İnam” layihəsi də dram janrında bədii filmdir. 
Belə ki, on iki yaşına qədər uşaq evində böyümüş Taleh illər sonra öz doğma ailəsini tapmaq üçün ögey atasının maeələrinə baxmayaraq mübarizələr aparır və buna nail olacağına inanır. Bu inam ona məqsədinə çatmağa yardım edir.

Qeyd edək ki, Alternativ Kino Akademiyasının yaradılmasında əsas məqsəd tələbə kinematoqrafçıların yaradıcılıq fəaliyyətinə təşviqi,  kinoda yeni məzmunun yaradılması, kino vasitəsilə xaricdə milli-mənəvi dəyərlərin çatdırılması üçün işlərin görülməsidir. Həmçinin qarşıya qoyulmuş hədəflərə çatmaq üçün ARKA tərəfindən inzibati, yaradıcı məsələlərin təkmilləşdirilməsi, yerli və beynəlxalq festivallarda iştirakın təşviqi, məzmun keyfiyyətinin artırılması, qlobal kino cərəyanlarının təhlili, müasir yerli kino cərəyanlarının yaradılması, sənədləşmə proseslərində operativliyin tətbiqi nəzərdə tutulur.

Yenililklər
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.