Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
15.03.24

Ulucay Akifin “Pul axtaranlar” hekayəsi Təhkiyənin obrazlaşdırıldığı bir hekayədir. Əsər müəllifin təhkiyəsi ilə başlayır və elə də bitir. İlk baxışdan əsərin əsas qəhrəmanı kimi görünən qardaşlar da təhkiyənin kölgəsində qalırlar. Hekayə sonluğun nəticəsi ilə başlayır. 15 il görüşməyən dostların aqibəti ilk sətirlərdən ip ucu verir. Bu işdə də əsas güc təhkiyənin üzərinə düşür: “Hal-əhval tutandan sonra İbişin haralarda olduğunu, neylədiyini soruşdum. Ceyhunun üzündəki təbəssüm sındı”. Əsər boyu baş verəcək hadisələrin gedişatını da bu sınmış təbəssümdən anlamaq olur. Təhkiyənin təqdimatına əsasən hekayədə əsas obrazlar İbiş (İbrahim) və Ceyhun qardaşlarıdır. Məhəllənin ən qəribə uşaqları olan bu qardaşların aralarında iki-üç yaş fərq olduğu da vurğulanır. Böyük qardaş olan Ceyhunun xasiyyətinin görünüşünə uyğun gəlmədiyini, İbrahimin isə üzündən hiyləgər təbəssümün heç vaxt əskik olmadığını müəllif nitqindən bilirik. Ataları “alkaş Vaqif” kimi təqdim olunan bu qardaşların anaları haqqında heç nə bilmədiklərini də təhkiyədən anlayırıq. Ceyhunun təqdimatında futbol oyunu epizodu ilə onun solaxay olduğu da üzə çıxır. Ona sol ayağı ilə vurduğu zərbələrə görə Karlos adının verilməsi də ifadə olunub. Müəllifin öz dostu kimi təqdim etdiyi bu obrazların prototipinin olub-olmaması barədə kəskin fikir söyləmək çətindir. Lakin əsərdə hər şey gerçəkliyə istinadən əksini tapır. Hekayədəki hadisələrin baş verdiyi məkan da realdır. Hadisələr Azərbaycanın paytaxtı Bakıda cərəyan edir, hətta daha konkret Bayılda - “20-ci sahə”də. Müəllif məkanın bütün müasir gerçəkliklərinin təfərrüatını yazıya alır, keçmişindən də epizodlar təqdim edir. Bu təfərrüatlar hardasa nostalgiya yaratsa da, sürətli şəkildə dəyişən və dəyişdikcə daha çox cazibədarlığını nümayiş etdirən dünyamızda heyrətamizliyini qoruya bilmir. Gələcək insan (oxucu) üçün nə dərəcədə maraqlı olacağını da deyə bilmərik. Çünki onun əlində olacaq telefonla nəinki XX əsrin, lap eradan əvvəl XX əsrdə yaşmış insanların da güzəranına səyahət ediləcəyini düşünürəm. Bunlar fərziyyə olsa da, hər halda, içində yaşdığımız müasir texnologiyalar belə düşünməyi diqtə edir. Yəqin ki, gələcək insanlar üçün Əhəd əminin “Bərəkət” adlı dükanı da maraqlı olmayacaq. Bu dükanın tarixçəsi isə bizə təhkiyənin verdiyi informasiyadan bəlli olur. Müəllifin uşaqlıq xatirələri həmin dükan və sahibinin obrazı ilə təqdim olunur. Təsvir olunan uşaqlıq xatirələri ilə bütün uşaqların pullarını nəyə xərclədiyi üzə çıxır. Qardaşlara gəldikdə isə “Tapdıqları pulu nəyə xərclədiklərini bilmirdik”.

Hər halda, əsərdə nələr necədirsə, ona münasibət bildirmək önəmlidir. Müəllifin əminliklə söylədiklərinə görə “İbişlə Ceyhun hər gün pul axtarmağa çıxırdılar”. Hər gün zaman məfhumu olaraq çox da mübaliğəli görünməsə də, eyni işin təkrarlanması baxımından şişirdilmiş təsiri bağışlaya bilər. HƏR GÜN pul axtarmağa gedən “İbiş tez-tez dağa qalxırdı”. Bu cümədəki tez-tez sözü ağlabatandır.Əslində müəllif bu cümlə ilə hadisələrə düyün vurur. Düzdür, ilk baxışdan adama elə gəlir ki, İbişin oraya niyə çıxdığının təfərrüatları söylənilir, lakin həmin “söyüşlərə” gələn reaksiyalardan əsərin sonluğu arasında məntiq qurulur. Mətnə istinad etsək, “İbişin bu hərəkətinə məhəlləmizin kişiləri çox əsəbiləşirdilər. O, hər dəfə dağa qalxıb söyməyə başlayanda, Rövşən əmi deyirdi, “o qoduğ aşağı düşsün, tutub basacam dama, ağlı başına gəlsin!” Müəllif İbişin dağa çıxmağı ilə Rövşən əminin təqdimatını verir. Düşünürsən ki, bu obraz elə-belə yaradılmayıb. Onun ilkin təqdimatı yenidən ona qayıdış olacağına zəmin yaradır. Hətta dağa çıxmaq əhvalatının nəticəsindən də xəbərdar oluruq: “İbiş dağdan məhəlləyə enəndə, elə bil polis Rövşən dediklərini unudurdu. Onu tutub dama basmayacağını bilirdik, çünki İbişin atası ilə möhkəm dostuydular”. Bu fikirlər də Rövşən əmi obrazı ilə işin bitdiyini təsdiqləmir. Hekayənin davamında onun xatırlanacağına bir əminlik yaranır. Bununla belə hadisələrin mərkəzinə yenə qardaşlar gətirilir: “Qəribəydi ki, hər dəfə necəsə yerdən pul tapırdılar”. Bu qəribəlik və necəlik oxucuda bir şübhə yaradır. Sonrakı epizodda həmin şübhəndə bir az da haqlı çıxırsan. Ərik ağacı olan həyətdə baş verən hadisələr bir daha şübhələri əminliklə əvəzləyir.
Ulucayın “Pul axtaranları” son dərəcə sadə dillə yazılmış bir hekayədir. O qədər sadədir ki, əsərdə hər hansı bir bədii təsvir və ya ifadə vasitəsini axtarmağa gərək qalmır. Ənənəvi ədəbiyyatşünaslıqda buna oxunaqlı da deyirdilər. Məsələn: “Pul axtarmaq İbişlə Ceyhunun peşəsinə çevrilmişdi. Elə bil adamların əllərini harada ciblərinə saldığını, pullarını harada itirdiklərini duyurdular”. Tanıdığımız normal nəqli cümlə. Yaxud da “Qəsəbəni əlinin içi kimi tanıyırdı” - cümləsi də quruluşca da, ifadə ediciliyinə görə də sadədir. Lazım olan məqamda isə müəllifin dilində “hasar”, obrazın dilində isə “zabor” sözündən istifadə olunub. Hekayətin sonluğa doğru getməsi də adi formada nəql olunur: “Ceyhunla İbiş məhəlləmizdən nə vaxt köçdülər, hara köçdülər, bilmədim”. Bütün bu təfərrüatlardan sonra əvvəldəki “sınmış təbəssüm”ə növbə çatır. Təhkiyə Ceyhunla həmsöhbət olur:
“- İbişi tutdular da, içəridədi... - Ceyhun dedi.
- Nə danışırsan?! Niyə?!
- Oğurluğa görə.
- Nə oğurluğu? Haçan?
- Həəə, oğurluğa görə. Evlərə girirdik. İkimizi də tutdular. Papam polis Rövşənin əliylə pul verib məni çıxartdı, amma ha çalışdısa, İbişi buraxdırammadı”. Bu hissədə artıq hər şey aydın olur. Əsərin əvvəlində Ceyhunun təbəssümündəki sınıq da, Rövşən əminin dağa çıxan İbişlə bağlı obrazlaşdırılması da, məhz sonluğa hazırlıq imiş. Sonluqdakı bir cümlə isə əsərin bütün mahiyyətini üzə çıxarır: “Ceyhun İbişlə pul axtarmaqlarından başqa hər şeyi xatırladı”. Əsərdə bu “hər şeyin” incəlikləri sadalanıb, təkrara gərək yoxdur. Amma adı “Pul axtaranlar” olan bir əsərin peşəsi də pul axtarmaq olan bir qəhrəmanı niyə, məhz pul axtarıqlarını xatırlamır? Çünki xatırlanası bir şey yox, hər şey oğurluq imiş. Deməli, onlar HƏR GÜN oğurluğa gedirmişlər. Polis işləyən Rövşən əmi də bunu hələ o vaxtlardan bilirmiş. İllərlə oğurluğa göz yumandan (şərik olmaq da demək olar) sonra oğrunun birinin azadlığa (ev dustaqlığına) çıxmağına da zəmin yaradıb.

Bədii mətn kimi mükəmməl olan bu əsərdə qeyri-adi heç nə ilə qarşılaşmadım. Obrazların portreti peşəkarcasına yaradılıb. Peyzaj və ya məkanların təsviri də ustalıqdan xəbər verir. Hissə-hissə hekayənin hər bir detalı qüsursuzdur. Lakin ümumilikdə əsər çox sadədir.

Yenililklər
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.