Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Gəl ağlama, sil gözünün yaşını Dağlar kimi məğrur saxla başını Hünərinlə qandırginan naşını Sən bizimsən, biz də sənin, Qarabağ! Ürəyisən sən Vətənin, Qarabağ!
Əcdadımız at oynadıb o yerdə Qazan asıb, mağar qurub o yerdə Məhəbbətlə şeir yazıb o yerdə Sən bizimsən, biz də sənin, Qarabağ! Ürəyisən sən Vətənin, Qarabağ!
Göz dikmədik biz kimsənin varına Daş atmadıq, bağçasına, barına And içmişik, yetəcəyik karına Sən bizimsən, biz də sənin, Qarabağ! Ürəyisən sən Vətənin, Qarabağ!
Çox doğma, yad bu yerlərə gəlibdi Yurdumuzu müqəddəs yer bilibdi Bütün dünya "Azərbaycan" deyibdi Sən bizimsən, biz də sənin, Qarabağ! Ürəyisən sən Vətənin, Qarabağ!
Abbasəli Xankişiyev, Biləsuvar rayonu
|