Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb.
Astanada Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə Toplantısı çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Türk Akademiyasının prezidenti Şahin Mustafayev Qazaxıstan Respublikasının Baş nazirinin müavini, Xarici İşlər naziri Murat Nurtleu ilə görüşüblər.
Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının Türk xalqlarının tarixinin və dilinin, ədəbiyyatının və mədəniyyətinin tədqiqi və nəsillərə ötürülməsi istiqamətində gerçəkləşdirilən layihələrindən söz açılıb. Fondun və Akademiyanın fəaliyyətləri ortaq dəyərlərə söykənən Türk Dünyasında müasir dövrdə mədəni mənəvi əlaqələrin daha da gücləndirilməsinə önəmli töhfə kimi qiymətləndirilib. Türk xalqlarının ümumi irsinin təbliğinin və qardaş Türk dövlətləri arasında birgə layihələrin davamlı həyata keçirilməsinin vacibliyi vurğulanıb. Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyinin hər iki təşkilatın təşəbbüslərini hər zaman dəstəkləməyə hazır olduğu bildirilib.
|