Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Türkiyənin nüfuzlu “Ötüken” nəşriyyatında “XX. Yüzyıl Güney Azerbaycan Edebiyatının öncülleri-I” kitabı çap olunub.
Əsərin müəllifi AMEA-nın dosenti, filologiya elmləri doktoru Pərvanə Məmmədlidir. Kitabı Türkiyə türkcəsinə Meral Bahar çevirib.
Bu elmi kitabda Arazın o tayında yaşayan, az öyrənilib, araşdırılan 20 yazarın portret-oçerki təqdim edilir. Monoqrafiyada XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən, Azərbaycan ədəbiyyatına xidmət edib qiymətli ədəbi-bədii əsərlər ortaya qoyan şəxsiyyətlər müəllif tərəfindən yaxından tanıdılır. Kitabda Mirzağa Təbrizi, Həsən Rüşdiyyə, Tağı Rüfət, Həbib Sahir, Məhəmmədhüseyn Şəhriyar, Bulud Qaraçorlu Səhənd, Səməd Behrəngi, Əlirza Nabdil Oqtay, Həmid Nitqi, Məmmədəli Fərzanə, Cavad Heyət, Məmmədtağı Zehtabi, Haşim Tərlan, Kərim Məşrutəçi Sönməz, Əli Təbrizli və başqalarının həyatı, elmi, ədəbi-bədii yaradıcılığı haqqında geniş bilgi verilib, təhlil edilir. /Azərtac/
|