Azad Qaradərəlinin əsərlərinin III cildliyinin təqdimat və müzakirəsi olub
24.09.23
PROF. İ.KAZIMOV YAZIR: MƏXSUSİ DİL-ÜSLUB TƏZAHÜRÜ YAZAR AZAD QARADƏRƏLİNİN 3 CİLDLİYİNİN TƏQDİMATI BARƏDƏ.
Tanınmış yazıçı Azad Qaradərəlinin əsərlərinin yığcam ir ortamda təqdimatı və müzakirəsi keçirildi. I cilddə onun hekayələri, II cilddə ”Kuma-Manıç çökəkliyi” və III cilddə ”Şəhərçik” romanı yer almışdır.
Təqdimatda AMEA-nın müxbir üzvü, tanınmış ədəbiyyatşünas tənqidçi Tehran Əlişanoğlu, məşhur ədəbiyyat tənqidçisi Qurban Bayramov, dilçi İsmayıl Kazımov, yazıçı-publisist Vaqif Osmanlı, yazıçı, ,”Qızıl kəlmə,” mükafatçısı “Balıq gülüşü” məşhur hekayələr kitabının müəllifi Mübariz Örən, yazıçı, “Bizim analarımız, bizim atalarımız” məşhur hekayələr toplusunun müəllifi Ömər Xəyyam, “Kulis.az” mədəniyyət saytının baş redaktoru, şair Ulucay Akif, tarixçi alim Həsən Səfəri, yazıçının yaxını, həm də oxucusu istefada olan zabit Sərdar Şükürlü və başqaları iştirak edirdilər.
Bədii yaradıcılıq, əlbəttə, bir sirdir. Bunu demək və dərk etmək də sirr saxlamaq qədər çətindir. Ancaq fakt budur ki, Azad bu gün 20 cildlik bədii əsərlər müəllifidir, qələmindən neçə-neçə hekayələr, esselər, povestlər, romanlar çıxıb. Bu əsərlər yaddaşı çox güclü olan Azadın zəngin bədii, emosional informativ yükə sahib olduğunu nümayiş etdirir.
Müzakirə olunan cildlərdə Azad təsvir etdiyi hadisənin, canlandırdığı obrazın möhürünü vura bilmişdir. O bu əsərlərinin üzərində elə bil, əsmiş, son dərəcə qayğı ilə yanaşmışdır.
Müzakirədə vurğulandı ki, Azadın yaratdığı personajların, obrazların hər biri öz düşüncəsi, öz sözü ilə danışır, hərəkət edir. Həmin insanların nitqində hər şey görünür: ziyalıllq da, qeyri-ziyalılıq da...və s.
Etiraf edim ki, tələbə dostum Azadın uslubunu hələ tam mənimsəyə bilməmişəm. Bunun bir səbəbi də həcm etibatı ilə çox olan əsərlərin hamısının oxuya bilməməyimdir. Haqqında 4-5 yazı yazsam belə...
Amma Azadın yazı və ifadə tərzində bir tərəfdən akademik sabitlik mövcuddur (bu, hər şeydən öncə, dünya hekayəsinin, romanının tendensiyası ilə bağlı irəli gələn məsələdir), həmin keyfiyyət içində millilik də var, müasirlik də var, hələ desən, fərdilik ölçüləri də var və çoxdur. İkinçisi, Asadın üslubunun, özü dediyi kimi, vaxtdan-vaxta dəyişməsidir. Azad bir yazar kimi, bədii predmetin tarixi şəraitləri ilə ələqədar mövzudan-mövzuya dilini yeniləşdirə bilir, necə deyərlər, sanki başqalaşır, hətta özgələşir də.
Fikir vermişsinizsə, havanı çalmazdan öncə simli aləti sənətkar müvafiq biçimdə kökləməyə çalışır, hətta bəzən çaşır da. Azad da mövzusunu yazmağa başlayarkən dilini ona uyğun sistemləşdirir, qurur. Dil-üslub rəngini dəyişir. Bəzi mətnlərdə şivəçilik, pornoqrafik meyillər hiiss olunur, amma daha yaxşı anlamda dil əlvanlığı, dil möcüzələri özünü göstərir.
Bir sözlə, çıxış edənlər ədəbiyyatın bugünkü durumunu, əhəmiyyətini, insanı yaşatdığını, ona qida və ruh verdiyini Azadın bədii düşüncəsi timsallnda şərh etdilər...
Sonda müəllif öz bədii-estetik düşüncələrini qələm dostları və oxucuları ilə bölüşdü.
|