Günay Əfəndiyeva Qoşulmama Hərəkatının Nazirlər görüşündə çıxış edib
08.07.23

Beynəlxalq Türk  Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva 5-6 iyul 2023-cü il tarixində Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda Nazirlər görüşündə çıxış edib.  

“Azərbaycanın uğurlu sədrliyi ilə son dörd ildə Qoşulmama Hərəkatının fəaliyyətinə mühüm töhfələr verildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə böyük humanitar missiyalar həyata keçirildi, həmrəyliyi təşviq edən və davamlı sülhə aparan mühüm addımlar atıldı”.
Bu sözləri  Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Bakıda Azərbaycan Respublikasının sədrliyi ilə keçirilən Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Nazirlər İclasındakı çıxışı zamanı söyləyib.
Günay Əfəndiyeva keçən müddət ərzində baş verən dəyişiklikləri, pandemiya dövrünün təsirlərini qeyd edərək, bildirib: “Bu sınaq bizlərə bir-birimizə əhəmiyyət, qiymət verməyi öyrətdi. Dəyərlərimizin yenidən nəzərdən keçirilməsinin şahidi olduq”.
Fondun prezidenti Qoşulmama Hərəkatının yarandığı gündən etibarən birlik, müstəqillik və tərəfsizliyin simvolu olduğunu nəzərə çatdıraraq, bildirib: “Hərəkat öz suverenliyini qoruyub saxlamağa və böyük güc bloklarının təsirindən azad olaraq, öz istiqamətlərini təyin etməyə çalışan xalqların səslərini birləşdirdi. Yer üzündəki hər bir xalqın səsi önəmlidir”.
Günay Əfəndiyeva müasir dövrdə tolerant dəyərlərlə birgə yaşamağa, mədəniyyətlərarası dialoqu daha da genişləndirməyə ehtiyacın artmasına diqqəti çəkib. Fondun prezidenti mədəniyyətlərin dialoqunu xalqlar, ölkələr, insanlar arasında ünsiyyət kimi qiymətləndirib. O, bildirib ki, rəhbərlik etdiyi, türk xalqlarının zəngin mədəniyyətini öyrənən və təbliğ edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əsas missiyası sırasında müxtəlif sivilizasiyaları bir araya gətirmək və xalqlar arasında mədəni körpü rolunu oynamaq yer alır.
“Fond türk və digər dünya ölkələri arasında mədəni mübadilələrin intensivləşdirilməsi məqsədilə xarici ölkələrlə əməkdaşlıq edərək müxtəlif qitələrdə layihələr həyata keçirir. Məqsədimiz ölkələrin milli, maddi və mənəvi dəyərlərinə həssas münasibəti aşılamaq, ümumbəşəri sərvətləri qoruyub saxlamaqdır. Fərqliliklərimizə bələd olmaqla, oxşar cəhətlərimizi kəşf etməklə, tanımaqla və tanıtmaqla daha da yaxınlaşmaqdır” - deyə, Fondun prezidenti vurğulayıb.
Günay Əfəndiyeva bəşəriyyətin üzləşdiyi qlobal təhdidlərə, qeyri-insani davranışlara və vandalizm aktlarına toxunub. Fondun prezidenti Azərbaycanın işğaldan azad olunmuş Qarabağ ərazisindəki dəhşətli faktları, tarixi incilərin kütləvi şəkildə məhv edilməsini, dini abidələrin, qəbiristanlıqların təhqir edilməsini, kitabxanaların, qiymətli arxivlərin, əlyazmaların yandırılmasını qınayıb.
Günay Əfəndiyeva: “Vəhşiliklər qarşısında susduqca belə halların sayı daha da artır. Biz bu təhlükə, bu çağırış qarşısında birliyimizi, dəyanətimizi ifadə etməliyik. Gələcəkdə belə halların qarşısını almaq üçün ədalətli mövqeyimizi açıq şəkildə nümayiş etdirməli, həmrəyliyimizi gücləndirməliyik” - deyə, tədbir iştirakçılarına müraciət edib.
Sonda Fondun prezidenti bildirib ki, rəhbərlik etdiyi təşkilat Qoşulmama Hərəkatına üzv dövlətlər arasında daha güclü əlaqələrin qurulmasına, qarşılıqlı anlaşmanın və mədəni dialoqun təşviqinə töhfə verə bilər.
“Bu potensialdan birlikdə istifadə etməklə biz ümumi inkişafa və tərəqqiyə nail ola bilərik”, - deyə Günay Əfəndiyeva qeyd edib.

Yenililklər
29.09.23
Günay Əfəndiyeva Qırğız Respublikası Prezidentinin müşaviri Arslan Koiçiyev ilə görüşüb
29.09.23
Bakıda “Türkiyə-Azərbaycan Qardaşlığı: Anadoludan əsintilər” adlı sərgi açılacaq
29.09.23
Qənirə Paşayevanın vəfatı ilə bağlı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun başsağlığı verib
27.09.23
Türk xalqları tərəfindən latın əlifbasının qəbulu vahid türk dilinin inkişafı üçün olduqca vacibdir
26.09.23
Səxavət Sahil - Ölüm nəğmələri - Şeirlər
26.09.23
Mahir Qarayev: “Yesenin, Axmatova bu imiş? Bəs deyirlər, Svetayeva...” - MÜSAHİBƏ
26.09.23
“DokuBaku” VII Beynəlxalq Sənədli Filmlər Festivalı başlayıb
26.09.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qırğızıstan Milli Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
24.09.23
Azad Qaradərəlinin əsərlərinin III cildliyinin təqdimat və müzakirəsi olub
23.09.23
Zərdüşt Əlizadə - Mütləq kamillik həsrəti
21.09.23
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
21.09.23
“Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa” kitabı çap olunub
21.09.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Polşa ilə əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib
19.09.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Amsterdamda qədim türk yazılarına dair yeni sərgi açıb
29.08.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qazaxıstanda beynəlxalq sərgi keçirib
13.08.23
Azad Qaradərəli - Vay-vayımız, Türkmənçayımız
13.08.23
Azad Qaradrəlinin əsərlərinin cildlər üzrə nəşrinə başlanıb
04.08.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla işbirliyi əlaqələrini daha da gücləndirir
30.07.23
Azad Qaradərli - Dekadansmı, renessansmı?
22.07.23
“Ədəbi Proses – 10 il” elmi-yaradıcılıq müşavirəsinin yubiley tədbiri keçirilib
18.07.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Vaqif Poeziya Günləri çərçivəsində yeni kitabını təqdim edib
12.07.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni nəşri Molla Pənah Vaqifə həsr olunub
08.07.23
Günay Əfəndiyeva Qoşulmama Hərəkatının Nazirlər görüşündə çıxış edib
05.07.23
Günay Əfəndiyeva Türkiyənin İseveçrədəki səfiri ilə görüşüb
03.07.23
 “Kitabqurdu” I Yay Oxu Marafonuna start verilib
03.07.23
Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə İsveçrə Konfederasiyasında konsert təşkil olunub
25.06.23
Diplomatik korpusun səfir və nümayəndələri Laçına səfər edib
19.06.23
“Qədim Türk yazı mədəniyyəti” adlı beynəlxalq konfrans keçirilib
19.06.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun mükafatlandırılma mərasimi keçirilib
16.06.23
“Mikloş Radnoti və macar poeziyası” adlı tədbir keçirildi
16.06.23
Türkiyədə “Elçinə ərməğan” adlı kitab nəşr edildi
16.06.23
I Yay Oxu Marafonu keçiriləcək
14.06.23
Süleyman Çələbinin “Mövlud” kitabınınm təqdimat mərasimi keçirilib
14.06.23
“Hüseyn Cavid və Azərbaycan ədəbiyyatşünaslığı” kitabı işıq üzü görüb
06.06.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında təmsil olunur
06.06.23
Günay Əfəndiyeva 21-ci Alanya Beynəlxalq Turizm və İncəsənət Festivalında iştirak edib
06.06.23
Vüqar Əhməd - Ədəbiyyatşünaslığımızın parlaq siması - Şirindil Alışanlı
01.06.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Polşadakı Səfirliyimiz Varşava Beynəlxalq Kitab Sərgisində təmsil olunub
31.05.23
XI ANAİB Kitab Sərgisi keçiriləcək
31.05.23
Günay Əfəndiyeva Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi ilə görüşüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.