![]() 03.07.23
Təhsilin İnkişafı Fondu (TİF) və Azərbaycan Nəşriyyatlar Assosiasiyasının (ANAİB) birgə təşkilatçılığı ilə “Kitabqurdu” I Yay Oxu Marafonuna start verilib.
ANAIB.az-a xəbər verir ki, marafonun şərtləri aşağıdakı kimidir: – marafona 12-16 yaşlı uşaqlar qoşula bilər. Daha az yaşı olan uşaqların isə valideynin tövsiyəsi və nəzarəti ilə iştirak etməsi mümkündür. Kitablar 12-16 yaşlı uşaqlar üçün nəzərdə tutulub; – iştirakçı marafonun rəsmi teleqram səhifəsinə qoşulmalıdır. Səhifədə kitablar, eləcə də imtahan mərhələsi ilə bağlı məlumatlar paylaşılacaq; – sentyabrın 26-dək təyin olunmuş 7 kitab iştirakçı tərəfindən oxunmalıdır; – qiymətləndirilmə iki mərhələdən ibarət olacaq. Suallar seçilmiş 7 kitab əsasında hazırlanacaq; – birinci mərhələ onlayn, “Kahoot” proqramı vasitəsilə həyata keçiriləcək. Bu mərhələdə iştirakçıya internetə qoşulan iki telefon, yaxud kompüter lazım olacaq. Bu mərhələdə ən yüksək göstəriciyə malik on nəfər final turuna keçəcək; – final mərhələsi təyin olunmuş studiyada on nəfər arasında baş tutacaq. Mükafat fondu I yer 1000 AZN; II yer 500 AZN; III yer 300 AZN. Final mərhələsinə keçən digər 7 nəfərə isə kitab hədiyyələri və sertifikaflar veriləcək. Seçilmiş 7 kitabın siyahısı aşağıdakı kimidir: Amin Sükut – “Tuflinlər”; Aynur Cavid, Cəmilə Məmmədli – “Səyyah Bilgə”; Əziz Sultan – “Əjdahaların sirri – Adəmin macəraları”; Əziz Yaqubzadə – “Məktubunuz var”; Mürşüd İsmayılzadə – “Əjdaha qardaşlığı. Şirvanşahların xəzinəsi”; Reyhan Yusifqızı – “Yaşıl gözlü qız”; Rövşən Abdullaoğlu – “Mən yeməli deyiləm”. Teleqram səhifəsinin linki: https://t.me/kitabqurduyayoxumarafonu Təşkilatçıların instaqram və feysbuk səhifələrinin linkləri: TİF https://instagram.com/tif.edu.az?igshid=MzRlODBiNWFlZA== https://www.facebook.com/tif.edu.az?mibextid=ZbWKwL ANAİB https://instagram.com/anaib__az?igshid=MzNlNGNkZWQ4Mg== https://www.facebook.com/profile.php?id=100068702658417&mibextid=ZbWKwL |