Xalq yazıçısı Elçinin 80 illik yubileyi münasibətilə elmi sessiya keçirilib
25.05.23

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bu elmi müəssisənin və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə görkəmli ictimai-siyasi xadim, Xalq yazıçısı Elçinin 80 illik yubileyi münasibətilə “İki əsrin görkəmli sənətkarı” mövzusunda elmi sessiya keçirilib.

Əvvəlcə Xalq yazıçısı Elçinin yaradıcılığını əks etdirən sərgiyə baxış keçirilib. Sərgi M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən təşkil edilib.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Elçin Əfəndiyevin zəngin və çoxcəhətli yaradıcılığı ilə dünya şöhrətli sənətkar zirvəsinə yüksəldiyini vurğulayıb. Akademik İsa Həbibbəyli Xalq yazıçısı Elçinlə ilk tanışlığının Ədəbiyyat İnstitutu ilə bağlı olduğunu qeyd edərək, onun bu institutda fəaliyyət göstərmiş akademiklər Məmməd Arif, Məmməd Cəfər, tanınmış alimlər Məmmədhüseyn Təhmasib, Mirzağa Quluzadə kimi böyük ədəbiyyat xadimlərimiz, ədəbiyyatşünaslarımız, tənqidçilərimizlə olan səmimi dostluq münasibətlərindən bəhs edib.  

Akademik İsa Həbibbəyli Elçinin Azərbaycan ədəbi-ictimai fikir tarixində hərtərəfli şəxsiyyət – həm yazıçı, həm ədəbiyyatşünas, həm dramaturq, həm də ictimai xadim kimi qəbul olunduğunu bildirib, onun əsl Xalq yazıçısı olmağın nümunəsini göstərdiyini diqqətə çatdırıb. AMEA rəhbəri Elçinin əsərlərinin həyatın ziddiyyətlərini, kiçik insanları, ideologiyanı, Azərbaycan gerçəkliyini ən təbii, dolğun və gözəl şəkildə əks etdirdiyini vurğulayıb. O, görkəmli yazıçının yaradıcılığında Abşeron hekayələrinin xüsusi yerə malik olduğunu qeyd edərək, Elçinin “Baladadaşın ilk məhəbbəti” əsərinin Azərbaycan hekayə janrının ən möhtəşəm nümunələrindən biri olduğunu dilə gətirib.   

AMEA prezidenti İsa Həbibbəyli Xalq yazıçısı Elçinin ədəbiyyata xidmət etməkdən heç zaman yorulmadığını, bu gün də öz nəhəng ədəbiyyat arxivi ilə ədəbiyyatşünaslığımızı zənginləşdirməyə davam etdiyini vurğulayıb, ictimai xadimə yeni yaradıcılıq uğurları arzu edib.

Daha sonra M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxış edərək 60-cı illər nəslinin görkəmli nümayəndəsi Elçin Əfəndiyevin Azərbaycan reallıqlarını olduğu kimi təqdim edən, sağlığında klassik yazıçıya çevrilən şəxsiyyətlərdən olduğunu bildirib. O, Xalq yazıçısı Elçinin mədəniyyətimizin inkişafında əvəzsiz xidmətləri ilə seçildiyini, böyük mədəniyyət təşkilatçısı olduğunu söyləyib. Yazıçının özünəməxsus yaradıcılıq yolundan söz açan direktor onun tamaşaya qoyulan hər bir əsərinin gənc nəsil üçün məktəb rolunu oynadığını qeyd edib.  

Kərim Tahirov Xalq yazıçısı Elçinin M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxananın inkişafına hər zaman böyük dəstək göstərdiyini bildirib, kitabxananın bugünkü inkişaf səviyyəsinə çatmasında görkəmli şəxsiyyətin əvəzsiz xidmətləri olduğunu vurğulayıb. O, həmçinin yazıçının dünya miqyasında tanınan şəxsiyyətlərdən olduğunu və əsərlərinin dünyanın 100-dən çox ölkəsində işıq üzü gördüyünü diqqətə çatdırıb. 

Sonra AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli və filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev çıxış edərək Xalq yazıçısı Elçinlə bağlı xatirələrini bölüşüblər.

Diqqətə çatdırılıb ki, Xalq yazıçısı, ictimai xadim və ədəbiyyat tənqidçisi Elçin ölkəmizin elmi-ədəbi və ictimai mühitində çoxcəhətli yaradıcılıq fəaliyyəti ilə özünəməxsus yeri və mövqeyi vardır. O, yeni dövr Azərbaycan bədii nəsrinin, keçid dövrü və müstəqillik mərhələsi dramaturgiyasının, eyni zamanda, son yarım əsrdən çox ədəbi tənqidin əsas yaradıcılarından biridir. Elçin yaradıcılığının xalq sevgisi qazanmasının əsas səbəbi əsərlərindəki təbiilik və səmimiyyətdir.   

Tədbirdə AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu “Elçinin hekayə poetikası”, filologiya elmləri doktoru Sara Osmanlı “Yazıçı tənqidinin özəllikləri”, professor Nizami Tağısoy “Elçinin “Baş” romanının kompozisiya-struktur polifonizmi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Ağayeva “Zamanın Elçin teatrı və Elçin teatrının zamanı” və filologiya üzrə fəlsəfə doktoru Gülnar Osmanova “Elçin nəsri mif və folklor kontekstində” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda çıxış edən Xalq yazıçısı Elçin tədbirin təşkilatçıları olan Ədəbiyyat İnstitutuna və Azərbaycan Milli Kitabxanasına təşəkkürünü bildirib və tədbirdə iştirakından məmnunluğunu ifadə edib. O, gənclik illərinin bir qisminin Ədəbiyyat İnstitutu ilə bağlı olduğunu qeyd edərək, bu elmi müəssisənin Azərbaycan ədəbi tənqidinin, Azərbaycan ədəbiyyatşünaslığının inkişafında, onun nəzəri bazasının möhkəmlənməsində, genişlənməsində böyük xidmətlər göstərmiş bir elm ocağı olduğunu vurğulayıb.

Elmi sessiyada AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinə daxil olan institut və təşkilatların baş direktorları, əməkdaşları, aidiyyəti şəxslər və KİV nümayəndələri iştirak ediblər.

Yenililklər
06.06.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında təmsil olunur
06.06.23
Günay Əfəndiyeva 21-ci Alanya Beynəlxalq Turizm və İncəsənət Festivalında iştirak edib
06.06.23
Vüqar Əhməd - Ədəbiyyatşünaslığımızın parlaq siması - Şirindil Alışanlı
01.06.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Polşadakı Səfirliyimiz Varşava Beynəlxalq Kitab Sərgisində təmsil olunub
31.05.23
XI ANAİB Kitab Sərgisi keçiriləcək
31.05.23
Günay Əfəndiyeva Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi ilə görüşüb
28.05.23
Gülşən Behbud - Sözü yaşayan və sözüylə yaşadan xanım
28.05.23
Hökumə Billuri (Həkimə İbrahim qızı Billuri) “Xalq Əmanəti” layihəsinin 23-cü nəşrində
26.05.23
Macarıstanda Xurşidbanu Natəvana həsr olunmuş “Şuşanın tək incisi” filmi nümayiş olunub
25.05.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Oşda VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalının əsas təşkilatçılarındanbiri olub
25.05.23
Xalq yazıçısı Elçinin 80 illik yubileyi münasibətilə elmi sessiya keçirilib
19.05.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Macarıstan arasında əməkdaşlıq genişlənir
18.05.23
AMEA-da Mir Cəlalın 115 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
17.05.23
Azad Qaradərəli - Avdının şairliyi
11.05.23
Özbəkistanın Mədəniyyət və turizm naziri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib
10.05.23
I Naxçıvan Kitab Sərgisinin proqramı məlum oldu
10.05.23
İçərişəhərdə Milli Kitab Sərgisi keçiriləcək
08.05.23
Günay Əfəndiyeva Qazaxıstanda TÜRKSOY-un 30 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
05.05.23
Qazaxıstanda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib
04.05.23
Məmməd Orucun "Naməlum Fikrət Qoca" adlı kitabının təqdimatı keçirilib
04.05.23
Günay Əfəndiyeva Qazaxıstanın Mədəniyyət və idman naziri Asxat Oralovla görüşüb
03.05.23
“Həsən Seyidbəyli həyatı və nəsr yaradıcılığı” kitabı işıq üzü görüb
03.05.23
Kənan Hacı - Ədəbi tənqidin ətaləti
01.05.23
Azad Qaradərəli - Yazıçı Məqsəd Nurun rəssamlığı
01.05.23
Günay Əfəndiyeva: “Şübhəsiz ki, Şuşanı geniş miqyasda tanıdarkən Türk qardaşlığının, birliyinin gücünü dünyaya bir daha sərgiləmiş oluruq”
01.05.23
“Heydər Əliyev Və Azərbaycanın Davamlı İnkişaf Strategiyası: Modernləşmədə Yeni Təmayüllər"adlı Beynəlxalq elmi simpozium keçirilib
28.04.23

"Ana tarla" nın premyerası oldu

18.04.23
ANAİB I Naxçıvan Kitab Sərgisi keçiriləcək
17.04.23
Daşkənddə Xurşidbanu Natəvanın özbək dilinə tərcümə olunmuş əsərlərinin təqdimatı baş tutub
17.04.23
“Şuşa günləri” çərçivəsində Daşkənd Dövlət Sənət və Mədəniyyət İnstitutunda konsert keçirlib
17.04.23

Yaddaşları oyadan kitab

14.04.23
Günay Əfəndiyeva Özbəkistan Respublikasının Mədəniyyət və Turizm naziri ilə görüşüb
13.04.23
"Türkoloji etüdlər" kitabının təqdimatı olub
13.04.23
 “Azərbaycan teatrı–150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumu başa çatıb
13.04.23
Bakıda tarix-memarlıq abidəsinə müdaxilə edilib
13.04.23
Özbəkistanda Şuşa Günlərinin rəsmi açılış mərasimi keçirilib
12.04.23
Anar Məcidzadə - Yaşamaq səninçün asan gəlməsin
06.04.23
Uşaq və tədris ədəbiyyatı ilə bağlı seminar keçiriləcək
06.04.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanda “Şuşa Günləri” keçirəcək
05.04.23
"Əmir Xosrov Dəhləvi” kitabı işıq üzü görüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.