Azərbaycanlı tələbə Beynəlxalq İstanbul Film Festivalının münsiflər heyətinə seçilib
28.03.23
Azərbaycanlı tələbə Malik Bədəlov Beynəlxalq İstanbul Film Festivalının münsiflər heyətində trəmsil olunacaq.
Türkiyənin ən böyük film fetivalı olan Beynəlxalq İstanbul Film Festivalının 42-ci Gənc Ustalar kategoriyasındakı filmləri dəyərləndirəcək münsiflər heyətinə İstanbul Universiteti İletişim fakültəsində Radio, Televiziya və Sinema ixtisası üzrə 2-ci kursda təhsil alan azərbaycanlı tələbə Malik Bədəlov da seçilmişdir.
Malik Bədəlov daha öncə də Yozgatda keçirilən Beynəlxalq Film Festivalının Gənc jüri heyətində yer almışdır.
Qeyd edək ki, 1982-ci ildən etibarən İstanbul Kültür Sanat Vakfının təşkilatçılığı ilə keçirilən ənənəvi Beynəlxalq İstanbul Film Festivalı bu il 7-18 aprel tarixlərində keçiriləcək. Festivalda yerli və xarici filmlər nümayiş olunur. Festival 1989-cu ildə Beynəlxalq Kinoprodüserlər Assosiasiyası Federasiyası tərəfindən akkreditə olunmuşdur. Beynəlxalq İstanbul Film Festivalının əsas mükafatı “Altın Lale” mükafatıdır.
|