Azad Qaradərəli - Şeirimizin Tərlanı
21.03.23

(Şair Tərlanın şeirləri üzərini təzad dolu gəzişmələr)


Şair var ki, haqqında yaza bilmirsən, amma şeirlərini həsrətlə gözləyirsən. Su içən kimi, yer şumlayan kimi, musiqi dinləyən kimi oxuyursan o şeirləri. Və hərdən sənə elə gəlir ki, bunlar şeir deyil, almadı, nardı, üzümdü... götürüb yemək istəyirsən və bir də ayılırsan ki, bunlar şeir imiş...

            Gənclik dostum, can-qan sirdaşım Rahid Ulusel mənim haqqımda yazmışdı ki, dostumun yazıları haqqında ha istəsəm də, ürəkdən gələn yazılar yaza bilmirəm... Və əlavə etmişdi ki, az qala “Hophopnamə”sini tam əzbər bilsəm də, Sabir haqqında da yaza bilmirəm...

            Yəni, sənə doğma, yaxın olan imzadan yazmaq qədər müşkül şey yox.

            Bu doğmalıq, yaxınlıq deyəndə kimlərsə kafedə araq içməyi, kimlərsə illərlə bir-birini tanımağı, kimlərsə... heç üzünü görmədiyin, salam-kalamın olmayan bir şairi yarpaqlı, çiçəkli misrasından, nasiri dən tutmuş sünbül kimi ağırlaşıb başını əyən cümləsindən...

            ...Lap bu yaxınlarda başımızın bəlası, zəmanəmizin uçar-qaçar bildirçini internetdə belə bir ədəbi qeyd  (status) yazmışdım:

            “Bir imza var, son zamanlar kəşf etmişəm özümçün. Əvvəllər yəqin ki, görmüşdüm, fəqət bu imzasızların bolluğunda imzanı kəşf etmək də zor işdir. Nə isə, Tərlan Əbilovdan danışıram. O gün bir şeiri çıxmışdı qabağıma. Bu gün də bu misraları saxladı məni yoldan: 

Pis olmaz, küləkli, qarlı havada,

sənə yanında yer saxlayan ola.

Öləsən ipisti əllərin altda,

səni özün kimi ağlayan ola.

       Şeirdə bi nöqtə var: onluqdu o! Ya ora vuracaqsan,ya da... Daha "ya dası" yox ki...

       Tərlanın bu misraları deyir ki, o, şairdir, özü də onluqda. 

Quşa dən səpdim,

Yüksəklikdən enmədi

Dəndən ötrü... 

       Yalnız bir şeyi anlamadım: şairlər daha çox emosianal, daha çox romantikaya bağlı olurlar. Yəni, Tərlan kimi adın varkən, imzanın yanında -ov,-yevə nə hacət? (Təbii, burda bir şair istəyi, tarixi, mənəvi, hər nə isə varsa və bu nəyisə həll edirsə, dərhal fikrimdən daşınıram. Sadəcə, maraq çəkdi yazdım.)

      Bu imzanı siz də yadınızda saxlayın. Ovqatınızın bəm vaxtında oxuyun - hara istəsəniz daşıyacaq sizi.” 

            Bayırda yeni gündür. Novruz gəlib. Dünənəcən yerini belə bilmədiyimiz evsiz-eşiksiz quşlar nəğmə oxuyurlar, əriklər, badamlar, alçalar aləmi bəzəyib, qarışqalar belə boy göstərib... Mən isə bir gözüm telefonda, bayram yumurtası kimi rəngli, müsiqili, paxlava-şəkərbura qoxulu mesajlara baxa-baxa Tərlan haqqında bu esseni kompüterimin klaviaturasına döyəcləyirəm... Çoxdayın istəyi idi. Qismət bu günmüş... Gün bu günmüş... Dəm bu dəmmiş...

Yanır kirpiklərim odda,

Yorulub çapdığım at da...

Qabağa qaçan saatda

geri düşən vaxtam daha...  

            Yaxşı yadımdadır. Yaradıcılıq fakültəsində tələbələrimə bir söz demişdim: ədəbiyyatda xəbər olmur, olanda da digər metaforalara baxıban o da donun dəyişir, ədəbi xəbər olur. Və bunu da demişdim: ədəbiyyatda ən qorxulu şey təzaddır. Təzadın zirvəsini yaradan Füzuli olan yerdə ya  gərək yazmayasan, yazanda da... (onda kimi misal çəmişəm, unutmuşam)... indi deyirəm: Tərlan kimi yazasan: “qabağa qaçan saatda /geri düşən vaxtam daha...

            Şairə hərdəmxəyal deyənlər var; kobud deyim olsa da, şairin, hətta əsil şairin ovqatının dünən ayrı, bu gün bir ayrı kökləndiyini görənlər belə yorumlayıb. Ədəbiyyat adamı beş il əvvəl ayrı, sonra bir ayrı cür düşünürsə və bu yazısına da yansıyırsa, bu onun naxışıdır, ədəbi dəyişimidir. Şair baxışı belədir. Heyrət edəcəyin qədər dəyişə bilər qaşla göz arasında: noyabır onunçün “əvvəllər saralmış heyva” imiş. Sonra:“Çətirim yox idi deyə, sevməzdım yağışını” deyir. (Ah bu çətirsizlik! Sən bizlərə nələr etdin, nələr?! Tərlanın ədəbi qardaşı Mövlud Mövlud da “Çətirsiz”likdən dad-fəryad etmədimi?!) Daha nəymiş noyabr? Vücudumuza qədər, sürmə olmuş sümüyümüzə qədər qəmdi, qəm:

Atamın üzündəki kədər,

yoxsulun başına gələn qəza-qədər idi,

yəni çökən ev,

pulsuzluqdan açılmayan kef idi...

 

 Anamın sümüklərindəki ağrıydı,

qardaşımın işsizlikdən ağarmış saçıydı... 

 

            Və illər sonra... Dəyşim başlayır. “...Bir küp qızıl tapıb çökən evi düzəldir, işsiz qardaşının...” Hind filmimi, qardaşım?! Bu bir boyat söhbət olardı. Bəs şair nədə görür o dəyişimi?! Baxaq...

 

Yəni illər sonra qaysaqlayıb

                            içimdəki yaralar;

varsan deyə,

musiqi kimi dinləyə bilirəm

                              yağan yağışlarını...

 

            Və şeirə yeni obraz gəli! Gəlişi ilə bütün o naxoş duyğuları, bəd xassələri, ölmüş rüşeymləri belə dirildir... “ədəbiyyat əfsanə yaratmağa qadirdir” yazmışdım bir dəfə. Demə bura üçünmüş o deyim. Və sonda:

 

Noyabrda doğulmusan deyə,

sevirəm noyabrı! 

 

            Sizə bir sirr açımmı? Bu şeirdə də, sözün geniş mənasında metaforanın rəngi qırmızıdır: fikrən təzad var burda! Zira ədəbiyyatın canı tazaddadır. Təzad inkişafın canı, qanıdır.

            Şairlik bir az da kahinlikdir. Ümumən, ədəbiyyat adamı ruhaniyyətdən, dərvişlikdən xali deyil, bəlkə halidir. Anama həsr etdiyim “Ən böyük adam” romanından sətirlər:

            “...unutma, sənin arxanda həmişə bir əl olacaq. Gözəgörünməz o əl sənə qarşı çıxanların hamısını cəzalandıracaq, səni yıxılmağa qoymayacaq, həmişə qabağa itələyəcək. Dediyim odur ki, qorxma...

            Bu həqiqətən, belə oldu. Hətta indi də belədir. Bir balaca çətinə düşdümmü, o əl işə düşür, görünməz qüvvə kimi gəlib arxamda dayanır. Yox, yanlış anlaşılmasın: mən xurafatdan-zaddan bəhs etmirəm! Mən həyatda qazandığım savadın, tərbiyənin gücünə ayaqda olmuşam; anamın dediyi ilahi güc isə mənim gendən gələn payımdır - anamdan gələn, südü ilə mənə içirən anamın... “

            Hamleti qarabaqara izləyən kölgə yadınızdadır?

            Hələ el yaddaşındakı qaraçuxa?!

            Yox, qardaşım, dünya xali deyil. Hər şeyin bir ölçü-biçisi, çəki-tərəzisi, eni-boyu, ərşi-fərşi var. Kim bu dünyanı hansı gözlə görüsrsə, odu dünya. Mən anamıngözü ilə, Hamlet atasının Kölgəsinin gözü ilə, bir başqasıQaraçuxanın gözü ilə...

            Şair Tərlanın da Kölgəsi var – onu qarabaqara izləyən Kölgə:

            

Nədir əynindəki libas,

zülməti kim biçib sənə?

Ay Allahdan düşən kölgə,

kim bu boyu ölçüb sənə? 

 

            “Allahdan düşən kölgə” sonda daha bir təzadlaçıxır qarşımıza. Bu təzadlı dünyada içi təzadlarla süslənmiş, şeiriyyəti savaşdan biçilmiş bir şair ömrünün yaşantıları boy verir Kölgənin duyğularında:

 

Əl çək, onsuz da bəs etmir,

heç kəsə yeri dünyada.

Nə qədər önə çıxsan da,

saatın geri dünyadan. 

 

            Hansısa essemdə yazmışdım ki, şeiri, poeziyanı qadın cildində görürəm. Tərlan da belə görürmüş. Mən də deyirəm, niyə üzünü görmədiyim bu adama belə isinişmişəm?! Ortaq nöqtələrimiz burda da varmış:

 

...Səndən başladı şeirə son verməm,

üzünü ağ varaqlara köçürməm

səndən başladı.

Səndən başladı hər şey,

hər şey səndən başladı -

Poeziyam -

qadınım mənim... 

 

            Məhəbbətin daimi olsun, dost! O izdivacdan doğulan “cocuqlarınız” ayaq tutub yerisin, qanad açıb uçsun, könüllərə bir mərhəmlik gətirsin, poeziyanın sevgilisi, Tərlan!

 

                                                                                                          20.03.2023.

Yenililklər
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.