"Özbəkcə-Azərbaycanca frazeologizimlər lüğəti"nin təqdimatı

27.02.23

İki ölkə arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil ailəsi, mədəniyyət və din birləşdirir. Görkəmli Azərbaycan və özbək klassikləri - Əlişir Nəvai, Mirzə Uluqbəy, Nizami Gəncəvi, Nəsirəddin Tusi, Məhəmməd Füzuli və bir çox başqalarının əsərləri hər iki qardaş xalqın milli sərvəti sayıla bilər.

24 fevral 2023-cü ildə Azərbaycan Dillər Universitetində təqdimatı keçirilmiş frazeoloji lüğət əsrlərlə davam edən elmi, mədəni əlaqələrimizin, əməkdaşlığımızın barız nümunəsi və bir növ davamıdır. Mənim də rəyçisi olduğum bu sözlük olduqca maraqlı dil vahidləri olana frazeologizmlərin ikidilli lüğətidir. Lüğətin müəllifləri filologiya elmləri doktoru, professor Marufjan Yuldaşev (Özbəkistan), filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dilləri Universitetinin Türkiyə Araşdırmalar Mərkəzinin müdiri  Elçin İbrahimov (Azərbaycan); filologiya üzrə fəlsəfə doktoru Zöhrə Yuldaşevadır (Özbəkistan). Frazeoloji vahidlər dildə işlənmə dairəsinə, zəngin məna və forma variantlarına görə xüsusi yer tutur və dilin lüğət tərkibinin zənginləşməsində böyük əhəmiyyət kəsb edir. Frazeoloji vahidlər hər bir dildə olduğu kimi Azərbaycan dilində də, o cümlədən bütün türk dillərində önəmli mövqeyə malikdir. Ümumiyyətlə, heç bir dili frazeologizmlərsiz düşünmək olmaz. Frazeologizmlərin hər biri təbii dilin şirəsi və canıdır. Frazeologizmlər yalnız sadəcə dil vahidi deyillər. Onlarda bir xalqın tarixi, mədəniyyəti, ədəbiyyatı, folkloru, etnoqrafiyası, təbəti, coğrafiyası yaşayır.

Müаsir dilin frаzеоlоgiyаsı öz kökləri ilə tаriхin yаzıyаqədərki dövrünə gеdib çıхаn uzun bir tаriхi inkişаfın məhsuludur. Lаkin dilin frаzеоlоji vаsitələrinin əksər hissəsi dilin tаriхinin yаzılı dövründə əmələ gəlir və sаbitləşir.

Türk dillərində, xüsusilə eyni dil ailəsinə aid olsalar da, müxtəlif dil qruplarından olan Azərbaycan və özbək dillərində frаzеоlоji vаhidlərin əksəriyyətinin üst-üstə düşməsi, bəzən isə çох cüzi dəyişikliklərlə mövcud оlmаsı həmin türk dillərinin kök birliyi və bu хаlqlаrın özünün tаriхən еyni sоydаn оlmаsı fikrini bir dаhа təsdiq еdir. Bеlə səciyyə dаşıyаn frаzеоlоji vаhidlərin müəyyən qismi tа qədimlərdən – müstəqil ümumхаlq türk dillərinin fоrmаlаşmаğа bаşlаdığı dövrlərdən mövcud оlmuş, sоnrаlаr ümumхаlq, dаhа sоnrаlаr isə milli dil səciyyəsi dаşıyаn bu dillərin frаzеоlоgiyаsı tərkibində işlənərək indiyə qədər gəlib çıхmışdır. Əlbəttə, müstəqil türk dillərinin təşəkkülündən sоnrа zəmаnəmizə qədər dilin bаşqа sаhələrində оlduğu kimi, burаdа dа аyrılаn cəhətlər mеydаnа gəlmişdir ki, bu dа həmin dillərin müstəqil inkişаfı ilə əlаqədаr оlаrаq оrtаq cəhətlərin müəyyən dərəcədə zəifləməsinə səbəb оlmuşdur.

Özbək və Azərbaycan dillərindəki frazeologizmlər XX əsrin ortalarından etibarən elmi şəkildə öyrənilməyə başlanmışdır. Özbək dili frazeologiyasına dair ilk araşdırma Ş.U.Raxmatullayevin adı ilə bağlıdır. Alimin 1952-ci ildə yazdığı “Müasir özbək dilində obrazlı feli frazeoloji birləşmələrin əsas qrammatik xüsusiyyətləri” namizədlik dissertasiyasında özbək dilinin frazeoloji vahidləri ilk dəfə olaraq tədqiqata cəlb edilmişdir. Frazeoloji vahidlərin leksik-semantik və qrammatik cəhətdən təhlili isə Ş.U.Raxmatullayevin “Özbək frazeolo¬giyasının bəzi xüsusiyyətləri” doktorluq dissertasiyasında öz əksini tapmışdır. Özbək dilinin frazeoloji vahidlərinin ümumi xarakterik cəhətləri, onların spesifikası və digər növləri M.Ruzikulovanın “Özbək dilinin idiomatikası” əsərində, frazeoloji vahidlərin leksik-semantik və qrammatik təhlili isə E.A.Umarovun tərtib etdiyi “Frazeoloji lüğət”in giriş hissəsində öz əksini tapmışdır. Özbək dilinin frazeologiyasının nəzəri problemlərini araşdıran M.Xusainov “Özbək dili frazeologiyası məsələlərinə dair” məqaləsində frazeoloji vahidlərin tərkibinə frazeoloji birləşmələr, frazeoloji vahidlər, frazeoloji uyuşmalarla yanaşı, xalq məsəllərini, tapmacaları, aforizmləri, ekspressiv sözləri və başqa bu qəbildən olan ifadələri də daxil etmişdir. Bu alimlərdən başqa A.M.Buşuy və A.A.Yaxşıyev “Özbək dialoq nitqinin frazeologiyası (bədii əsərlərin materialları əsasında)”, A.E.Mamatovun “Özbək dili frazeologizmlərinin şəkilləniş məsələləri” əsərlərində özbək dilinin frazeologiyasını tədqiq etmişlər.

Azərbaycan dilçiliyində frazeoloji vahidlərin öyrənilməsi XX əsrin əvvələrindən başlanmışdır XX əsrin ortalarından isə elmi şəkildə tədqiqatlar başlanmış, sanballı elmi monoqrafiyalar yaranmışdır. Hüseyn Bayramov, Səlim Cəfərov, Həsrət Həsənov, Məhəbbət Mirzəliyeva, Nigar Vəliyeva, Nəriman Seyidəliyeva  İlyas Həmidov, M. Tağıyev, Q.Mahmudova, G. İsayeva istər frazeoloji vahidlərin nəzəri əsaslarını, istər Azərbaycan dilindəki frazeologizmlərin digər türk dilləri ilə, istərsə də müxtəlifsistemli dillərlə müqayisəli şəkildə öyrənmişlər. 

Azərbaycan dilinin digər türk dili ilə olan müqayisəli frazeoloji lüğət kimi ilkdir. Ümidvarıqıq gələcəkdə bu kimi sözlüklərin sayı artacaq və Azərbaycan dili ilə digər türk dillərinin müqayisəli sözlükləri tərtib ediləcək. Lüğəti oxuduqca eyni dil ailəsinin müxtəlif dil qruplarına daxil olan , bir-birlərindən kifayət qədər uzaq məsafələrdə yaşayan, fərqli coğrafiyalara malik olan özbək və Azərbaycan xalqıarının dillərindəki frazeoloji vahidləri arasında nə qədər oxşarlığın olduğunun şahidi oluruq. Təbii ki, bu da türk dillərinin hamısının eyni kökdən gəldiyini, eyni adət-ənənəyə, etnoqrafiyaya malik olmasından irəli gəlir. Məsələn: Кўзи тўрт.
Dörd gözlə, səbirsizliklə.
1.    Кўзи тўрт бўлмоқ.
1.    Dörd gözlə gözləmək. Böyük bir həsrətlə, böyük bir istəklə, səbirsizliklə gözləmək.
2.    Gözünün kökü ağarmaq.
2.    Кўз кўзга тушмоқ.
Göz-gözə gəlmək.
3.    Кўзи чаноғидан чиқар бўлмоқ.
Qorxu, qəzəb  ya da həyəcanı gözlərindən məlum olmaq, gözləri yuvasından çıxmaq.
4.    Кўнглида кири йўқ.
Könlü təmiz, təmiz qəlbli (şəxs).
5.    Оғзи қулоғига етмоқ.
Ağzı qulaqlarına çatmaq, çox sevinmək.
6.    Умидини узмоқ.
Ümidini kəsmək, artıq olacağını, baş verəcəyini gözləməmək.
7.    Умиди узилмоқ.
8.    Юраги ачимоқ.
1.    Birinə yazığı gəlmək.
2.    Ürəyi yanmaq.
Nümunələrdən gördüyümüz kimi hər iki dilin frazeoloji vahidləri arasında çox oxşar cəhətlər mövcuddur.Təbii ki, təbiət, coğrafiya, dil qrupunun fərqi baxımından fərqli semantika daşıyan sabit birləşmələr də sözlükdə yer almışdır.
 
Daşkənddə işıq üzü görmüş lüğətdə 2322 frazeoloji vahid yer almışdır. Lüğətin sözlüyü özbək dilində frazeoloji birləşmələrin ekvivalentləri isə Azərbaycan dilində verilmiş bu əsər günümüz üçün çox dəyərlidir. Ümidvaram ki, lüğət Azərbaycanda özbək dilinin, Özbəkistanda Azərbaycan dilinin istər akademik, istərsə də ümumi danışıq səviyyəsində öyrənilməsində böyük rol oynayacaqdır. Bu frazeoloji sözlük çox istərdim ki, daha da təkminləşsin, Azərbaycan-özbəkcə hissə də əlavə olunsun.
Hər üç müəllifə uğurlar arzulayıram və ümidvaram ki, lüğət Özbəkistan-Azərbaycan elmi əlaqələrinin inkişafına təkan verəcəkdir.

Qətibə Çingizqızı Mahmudova
AMEA Nəsimi adına Dilçilik İnstitutunun
Türk dilləri şöbəsinin aparıcı elmi işçisi,
 filologiya üzrə fəlsəfə doktoru, dosent


Yenililklər
21.03.23
Azad Qaradərəli - Şeirimizin Tərlanı
20.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasını təbrik etdi
15.03.23
"Türkiye cocuklarına sevgi ile" adlı beynəlxalq sənət aksiyasına start verilib
14.03.23
Rza Nuri - Səsim azad sulara dağılan adalar
14.03.23
Xalq yazıçısı Rüstəm İbrahimbəyova həsr olunmuş jurnal nəşr edilib
14.03.23
I Lənkəran Kitab Sərgisi anşlaqla yadda qaldı
14.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Litvada görüşləri davam edir
14.03.23
Yaponiyanın ədəbiyyat üzrə Nobel mükafatçısı vəfat edib
13.03.23
İradə Musayeva - Qorxumuzun 80 yaşı
13.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Litvaya səfər edib
10.03.23
“Ustad”ın yubiley sayı nəşr edilib
10.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Manas Günü”nü keçirib
07.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Taalatbek Masadıkovilə görüşüb
04.03.23
Məhəmməd Baharlının 75 illik yubileyi qeyd ediləcək
03.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Kubanıçbek Ömüraliyev ilə görüşüb
03.03.23
Bədirxan Əhmədli - Şəms Təbrizi və onun mənalar dünyasının bədii dərki
03.03.23
I Lənkəran Kitab Sərgisi keçiriləcək
02.03.23
Günay Əfəndiyeva Kanat Tumışla görüşüb
27.02.23
"Özbəkcə-Azərbaycanca frazeologizimlər lüğəti"nin təqdimatı
24.02.23
Qətibə Vaqifqızı - “Saz götürüb dastan yazan” Aşıq Şakir
24.02.23

Qardaş Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri bir araya gəlib

17.02.23
“Şərq araşdırmaları” jurnalının növbəti nömrəsi çap olunub
17.02.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Manas” dastanına həsr olunan nəşri işıq üzü görüb
10.02.23
Günay Əfəndiyeva Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyini ziyarət edib
08.02.23
Cavanşir Yusifli - Tale kimi doğulan mətnlər
08.02.23
Kino Məktəbinin tələbələrinə diplomlar təqdim olunub
08.02.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda bayraqlar yarıya endirildi
08.02.23
Xətai Sənət Mərkəzində “Hisslər və rəsmlər” adlı sərgi açılacaq
06.02.23
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Gülnar Səma alimlik dərəcəsi alıb
31.01.23
“Eurovision 2023” beynəlxalq mahnı müsabiqəsinin loqo və şüarı təqdim olunub
31.01.23
Günay Əfəndiyeva türk dövlətlərinin gənc şair və yazarları ilə görüşüb
31.01.23
Kinoteatrlarda “Qarabağ hekayələri: Dünən, bu gün, sabah” kinoalmanaxının nümayişinə başlanacaq
30.01.23
Bakı Atatürk Mərkəzində “Türkologiyanın aktual problemləri” mövzusunda elmi-praktik seminar keçirilib
30.01.23
Günay Əfəndiyeva “2023-cü il Avropanın Mədəniyyət Paytaxtı” Veszpremdə keçirilən rəsmi açılış mərasimində iştirak edib
30.01.23
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından yeni kitab nəşr edilib
27.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bəyanatı
27.01.23
Vaqif Bayatlı Odər: "Qarabağdan ancaq Azərbaycanın Türk və Şərəf Damarını keçirməklə nəyəsə nail olmaq olar"
27.01.23
Günay Əfəndiyeva TDT-nin Macarıstandakı Nümayəndəliyini ziyarət edib
26.01.23
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
24.01.23
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanacaq
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.