Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bəyanatı
27.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu təşkilatın qurucu üzv dövlətlərindən olan Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı 27 yanvar 2023-cü il tarixində törədilmiş terror aktını şiddətlə qınayır.
Fond Səfirliyin mühafizəsini təmin edərkən həlak olan Orxan Əsgərovun ölümündən sarsıldığını bildirir, onun yaxınlarına dərin hüznlə baş sağlığı verir. Qanlı hücum zamanı yaralanan Səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşlarına acil şəfa diləyir.
Müasir dünyanın ən təhlükəli problemlərindən sayılan terrorizmin insan itkisi, maddi-mənəvi dəyərlərin məhv edilməsi, zorakılığın, inamsızlığın və nifrətin yaranmasına səbəb olduğunu nəzərə alaraq, Fond İran İslam Respublikası tərəfindən bu cinayətin ciddi və hərtərəfli araşdırılmasını, günahkarların ən qısa müddət ərzində cəzalandırılmasını tələb edir.
|