“Mifoloji lüğət” kitabı işıq üzü görüb
20.12.22
Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – klassik ədəbiyyatlarda, qədim yunan əsatirlərində yer alan söz və ifadələrin, məkan, tanrı və bədii əsər qəhrəmanı adlarının toplandığı irihəcmli “Mifoloji lüğət” kitabı işıq üzü görüb.
Kitabın tərtibçiləri – Mərkəzin dil və tərcümə mütəxəssisləri Bəhlul Abbasov, Mahir Qarayev, Nəriman Əbdülrəhmanlı, redaktorları – Rəbiqə Nazimqızı və Şəfiqə Quliyeva, Ön sözünün müəllifi – Etimad Başkeçiddir.
Qeyd edək ki, lüğət – humanitar sahələrdə çalışan elm adamları, müəllimlər, bilavasitə əlaqədar ədəbiyyatların tədrisi və tədqiqatı ilə məşğul olan mütəxəssislər və geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulub.
Kitabı yaxın günlərdə aşağıdakı kitab evləri və mağazalarından əldə etmək olar:
“Libraff” “Kitabevim.az” “Akademkitab” “Akademiya” kitab evi “Baku Book Center” “Çıraq” kitab evi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitab Evi Azərbaycan Dillər Universitetinin satış köşkü.
|