Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dövlətləri: Şərq və Qərb arasında körpü” adlı dəyirmi masa keçirilib
20.12.22

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dövlətləri: Şərq və Qərb arasında körpü” adlı dəyirmi masa keçirilib.

Tədbir çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Bakı Dövlət Universitetinin əməkdaşlığı ilə təşkil edilən, universitetin Şərqşünaslıq fakültəsinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan şərqşünaslığı Şərq-Qərb elmi-mədəni və ictimai-siyasi dialoqu kontekstində” mövzusunda beynəlxalq elmi konfransda iştirak edən qonaqlarla görüş təşkil olunub.
Dəyirmi masa Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun  fəaliyyətinin prioritet istiqamətlərini əks etdirən videoçarxın nümayişi ilə başlanıb.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tədbir iştirakçılarına Türk Dünyasının qədim mədəni irsinin öyrənilməsi, qorunması, və dünyada təbliği yönünde təşkilatın fəaliyyəti, həyata keçirdiyi müxtəlif layihələr haqqında məlumat verib. Günay Əfəndiyeva Bakı Dövlət Universitetinin  Azərbaycanın mədəni-mənəvi inkişafına xidmət göstərən qocaman maarif ocaqlarından biri olduğunu vurğulayaraq, universitet ilə əməkdaşlığın önəmindən söz açıb. Fondun prezidenti türk dövlətlərindən olan elm və mədəniyyət xadimlərinin dəyrimi masada bir araya gətirilməsinin türk xalqları arasında mənəvi bağların möhkəmləndirilməsinə, onların daha da yaxınlaşmasına töhfə verdiyini vurğulayıb. Günay Əfəndiyeva dünya tarixinin önəmli bir parçası olan türk xalqlarının Şərq və Qərb sivilizasiyalarının qovuşduğu coğrafiyada məskunlaşmasından bəhs edərək, onların Avropa və Asiya arasında qarşılıqlı elmi-mədəni mübadilələrdə oynadığı rolun əhəmiyyətinə diqqət çəkib.
Dəyirmi masada çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Şərq və Qərb mədəniyyətləri arasında körpü funksiyasını daşıyan türk dövlətlərinin həm fiziki, həm də mənəvi baxımdan böyük bir yol olduğunu vurğulayıb. Rektor müasir dövrdə türk dövlətlərinin bütün sahələrdə münasibətlərinin gücləndirilməsinin türk birliyi ideologiyasının inkişafına təkan verdiyini qeyd edib. Elçin Babayev təşkilat tərəfindən Türk Dünyasının inteqrasiyası yönündə aparılan işləri yüksək qiymətləndirərək, Fond ilə əməkdaşlıqdan məmnunluq duyduğunu dilə gətirib.
Tədbirdə çıxış edən Millət vəkili Jalə Əliyeva eyni soydan gələn, ortaq milli-mədəni dəyərləri bölüşən dost və qardaş xalqlardan olan elm adamlarının görüşünü bayram adlandıraraq, Türk Dünyasının tarixi və mədəni irsinin beynəlxalq miqyasda tanıdılması məqsədi ilə Fond tərəfindən həyata keçirilən layihələri təqdirəlayiq hesab etdiyini bildirib.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Türk xalqlarının məskunlaşdığı coğrafiyanın onların Avropa və Asiya arasında iqtisadi, siyasi, mədəni əlaqələrdə fəal iştirakını şərtləndirdiyini bildirib. Nizami Cəfərov dəyirmi masanın işini türk xalqlarının minilliklər boyu qoruyub saxladığı dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsinə töhfə kimi qiymətləndirib.
Milli Məclisin deputatı Vüqar İskəndərov müasir dövrdə türk dövlətlərinin hərtərəfli münasibətlərin genişləndirilməsinin bütün Türk Dünyasında aktuallığından bəhs edib. Vüqar İskəndərov Fondun fəaliyyətinin türk xalqlarının mədəni cəhətdən inteqrasiyası yönündə böyük əhəmiyyətini vurğulayaraq, təşkilata uğurlar arzulayıb. 
Dəyirmi masada Qazaxıstanın L. Qumilyov adına Avrasiya Milli Universitetinin Türkologiya fakültəsinin professoru Nurila Şahmerdanova, Qırğızıstanın Oş Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin professoru Baybolot Abitov, Ankara Universitetinin elmi işlər üzrə prorektoru Mustafa Fənər, Özbəkistanın Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Ərəb filologiyası kafedrasının müdiri, professor Şarustam Şamusarov, Macarıstanın Eotvos Lorand (ELTE) Universitetinin Şərqşünaslıq  fakültəsinin müəllimi Andras Czentnar, Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, professor Pyotr Taraka çıxış edərək, Türk dövlətlərinin Avrasiya məkanında rolu haqqında  fikir mübadiləsi aparıb, öz sahələri üzrə fəaliyyətləri haqqında məlumat verib və Fondun ümumtürk mədəniyyətinin təbliği yönündə gördüyü işləri yüksək qiymətləndiriblər.
Dəyirmi masanın sonunda iştirakçılara Fondun hədiyyələri təqdim olunub və xatirə şəkilləri çəkilib.
Tədbirin bədii hissəsində türk dövlətlərindən olan sənətçilərin ifasında türk xalqlarına məxsus mahnılar səsləndirilib, milli musiqilər ifa edilib.
Dəyirmi masada Milli Məclisin deputatları, səfirlər, beynəlxalq təşkilatların təmsilçiləri, Fonda üzv və müşahidəçi ölkələrin türkoloq alimləri, tanınmış elm, mədəniyyət və ictimai xadimləri, ziyalılar iştirak edib.

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.