AMEA-da “Akademiyanın Şuşanaməsi” ədəbi-tarixi ənənə və gələcəyə baxış” adlı konfrans keçirilib
16.12.22

Azərbaycan Milli Elmlər Akademiyasında “Akademiyanın Şuşanaməsi” ədəbi-tarixi ənənə və gələcəyə baxış” adlı konfrans keçirilib. Konfransın plenar iclası Akademiya binasının Dairəvi zalında baş tutub. Tədbiri giriş sözü ilə açan AMEA prezidenti akademik İsa Həbibbəyli konfrans iştirakçılarını salamalayıb və “Şuşa ili” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasında görülən işlər, çap olunan kitab və məqalələr, keçirilən konfranslar barədə məlumat verib. Daha sonra AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, akademik Zemfira Səfərova “Şuşa Azərbaycan musiqi məbədidir” adlı məruzə ilə çıxış edib. Alim Şuşanın Azərbaycan musiqi tarixində oynadığı roldan, bu şəhərdə yetişən dahi musiqiçilərdən söz açıb. Sonra çıxış üçün söz konfransa qonaq qismində dəvət olunan millət vəkili Zahid Oruca verilib. Natiq belə bir mötəbər tədbiri həyata keçirdiyi üçün AMEA prezidenti, akademik İsa Həbibbəyliyə təşəkkür edib, II Qarabağ müharibəsinin xalqımızın zəfəri ilə başa çatmasında alimlərimizin rolundan bəhs edib. Digər millət vəkili Tural Gəncəliyev də çıxışı zamanı “Şuşa ili” çərçivəsində AMEA-da görülən işləri təqdir edib və uşaqlıq illərinin keçdiyi Şuşa ilə bağlı xatirələrini bölüşüb.Daha sonra plenar iclasda AMEA Tarix İnstitutunun baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Kifayət İmamquliyeva çıxış edib. Plenar iclasın sonunda “Şuşa ili”ndə fəallığı və elmi fəaliyyəti ilə seçilən AMEA əməkdaşları fəxri fərmanlarla təltif olunublar. Fasilədən sonra beynəlxalq konfrans öz işini bölmə iclasları ilə davam etdirib.
    Üç bölmə üzrə məruzələr dinlənilib. Birinci bölmənin iclası akademiya binasının Kiçik akt zalında keçirilib. Bölmənin sədri filologiya elmləri doktoru Əlizadə Əsgərli, katibi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi Orxan İsayev, ikinci bölmənin sədri filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, katibi Ədəbiyyat İnstitutunun əməkdaşı Pərvanə Kərimova, üçüncü bölmənin sədri filologiya elmləri doktoru Elnarə Akimova, katibi filologiya üzrə fəlsəfə doktoru Gülnar Qəmbərova  olub. Bölmədə filologiya elmləri doktoru Salidə Şərifovanın “Poeziya və nəsrimizdə Şuşanın bədii təsiri”, filologiya elmləri doktoru Elçin Mehrəliyevin “ Qarabağ mövzusunda yazılmış əsərlərdə yurd-yuddaş birliyinin bədii təcəssümü”, filologiya elmləri doktoru İlham Cəfərsoyun “Şuşa qartal deməkdir”, filologiya elmləri doktoru Raqub Kərimovun “Xurşidbanu Natəvan və Şuşa ədəbi mühiti”, filologiya elmləri doktoru İslam Sadığın “Elamın paytaxtı Şuşa şəhəri”, filologiya elmləri doktoru Yaşar Qasımbəylinin “Azərbaycan poeziyasının Şuşa güvənci və sevinci”, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırovun “Şuşa şairləri təzkirələrdə”, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözovanın “Tarixi romanlarda Şuşa obrazı” və filologiya üzrə fəlsəfə doktoru Lalə Həsənovanın “Narahat ruhumuzun oylağı Şuşa və ya müasir tariximizin təcəssüm olunduğu əsər” adlı məruzələr dinlənilib. Çıxış edən alimlər Şuşa şəhərini həm bədii, həm də tarixi aspektdən araşdırıb təhlil ediblər. Məruzəçilər daha çox Şuşa obrazının bədii ədəbiyyat təcəssümü, Şuşa və Qarabağda ədəbi mühit, Şuşanın tarixi, eləcə də Şuşa toponiminin qədim türk dillərində necə əks olunması ilə bağlı fikirlər irəli sürüblər. Məruzələr yekulaşdıqdan sonra elmi diskussiya, fikir mübadiləsi aparılıb. Sonda çıxışçıların hər birinə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən nəşr edilən “Akademiyanın Şuşanaməsi: ədəbi-tarixi ənənə və gələcəyə baxış” beynəlxalq elmi konfransın materialları və təşəkkürnamələr təqdim edilib.

Yenililklər
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.