Günay Əfəndiyeva: “Gələcək genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün həvəslə və böyük səylə fəaliyyətimizi davam etdirməkdəyik”.
14.11.22

Günay Əfəndiyeva: “Gələcək genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün həvəslə və böyük səylə fəaliyyətimizi davam etdirməkdəyik”.
Bu sözləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva  Özbəkistanın tarixi Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının IX toplantısında çıxışı zamanı deyib.

“Zirvə çərçivəsində TDT-da sədrlik Özbəkistana təhvil verilir. Bu şərəfli və məsuliyyətli işin yerinə yetirilməsində Özbəkistana uğurlar arzu edirik. Əminik ki, Özbəkistan  bu müddət ərzində həm qardaş türk dövlətləri, həm də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da daxil olmaqla, Türk Əməkdaşlıq Təşkilatları ilə bütün sferalarda əməkdaşlığın inkişafına töhfə verərək, bu vəzifənin öhdəsindən layiqincə gələcəkdir”.

Günay Əfəndiyeva türk xalqlarının qədim mədəni irsini öyrənən, qoruyan, dünya miqyasında təbliğini və təşviqini həyata keçirən rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən danışaraq, bildirib: “Fond gənc olmasına baxmayaraq, yarandığı tarixdən etibarən türk dünyasında mədəni bağların möhkəmləndirilməsi yönündəki müxtəlif layihələri ilə irəliləmiş, fərqli ölkələrdə təşkil etdiyi tədbirlər, konfranslar, dəyirmi masalar, yayımladığı kitablar ilə türk xalqlarının integrasiyası prosesində fəal iştirak etmişdir. Bu il təşkilatın büdcəsi təsdiqlənmiş və üzv ölkələrdən olan əməkdaşların təyin olunması ilə beynəlxalq heyət formalaşmışdır. Fond olaraq, üzv dövlətlər tərəfindən təşkilatın fəaliyyətinin dəstəklənməsi yönündəki bu mühüm addımları yüksək qiymətləndirərək, gələcək genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün həvəslə və böyük səylə fəaliyyətimizi davam etdirməkdəyik”.

Günay Əfəndiyeva Fond tərəfindən  TDT-nın IX Zirvə Görüşü çərçivəsində Səmərqənddə həyata keçirilən layihələrin məqsədinin bu təqdirəlayiq hadisəyə  töhfə vermək olduğunu bildirib: “Biz Səmərqənddə türk dövlətlərinin Böyük İpək Yolu üzərində əməkdaşlığına həsr olunmuş simpozium təşkil etdik. Fondun nəzdində yaradılan və 7 türk ölkəsinin qadın musiqiçilərindən ibarət “Yeddi gözəl” qrupu türk dünyasının əsrarəngiz musiqisini burada ilk dəfə nümayiş etdirir”.

Təşkilat tərəfindən il ərzində həyata keçirilən layihələr haqqında məlumat verən Günay Əfəndiyeva, qeyd edib: “Hər il olduğu kimi, bu il də Türk Dünyasının ümumbəşəri dəyərlərə əvəzsiz töhfələr vermiş böyük mütəfəkkirlərinin, yazıçılarının, musiqiçilərinin beynəlxalq aləmdə, o cümlədən Avropada tanıdılması yönündə Fond tərəfindən müxtəlif tədbirlər, konfranslar həyata keçirildi,  eləcə də  kitablar, poçt markaları və digər nəşrlər çap olundu. Bu çoxsaylı fəaliyyətlərə “Manas” dastanı ilə bağlı geniş araşdırmanın nəşri, Nizami Gəncəvi, Yunus Emre, Jambul Jabayev, Əlişir Nəvai, Ömər Seyfəddin, Mikloş Radnoti, Fikrət Əmirov, Azərbaycanın XII-XX əsrlərdə yaşamış bir çox görkəmi qadın şairələri, o cümlədən bu il 150 illiyi qeyd olunan Xurşidbanu Natəvanın yaradıcılığının təbliği və ildönümlərinin keçirilməsi daxildir.

Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə Sofiyada dahi bəstəkarın məşhur “Min bir gecə” baleti uğurla səhnələşdirildi. Vyanada “Türk dünyasını birləşdirən ədəbi körpü” adı altında silsilə tədbirlərdə Türk Dünyası mədəniyyəti almandilli oxuculara təqdim olundu. Varşavada təşkilatçılarından biri olduğumuz, Türkoloji Konqres çərçivəsində müxtəlif ölkələrdən türkoloq alimlər bir araya toplandı, türk ölkələrinin musiqiləri səsləndirildi”.

Günay Əfəndiyeva  Fondun əsas məqsədləri sırasında türk etnik kökənli azsaylı xalqların tarixinin, mədəniyyətinin mühafizəsinin və təbliğinin yer aldığına toxunaraq, diqqətə çatdırıb: “Bu istiqamətdə biz Litva, Polşa, Rumıniya ilə əlaqələrimizi genişləndirmişik. Bu ilin əvvəlində Litvanın birinci xanımı Diana Nausedienenin iştirakı ilə Litvada yaşayan və ölkənin ən kiçik etnik qrupu olan karaimlərə həsr olunmuş sərgi keçirilmişdir. 2 həftə öncə, Litva karaimlərinin nümayəndələri Fondun tədbirlərində iştirak etmək üçün gəldilər, özünəməxsus zəngin irsini təqdim etdilər”.

Fondun prezidenti Şuşanın 2023-cü il Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilməsini nəzərə çatdıraraq, əlavə edib: “Bununla əlaqədar, biz bu ilin Mədəniyyət Paytaxtı qədim Bursada “Şuşa Günləri”nin keçirilməsini təklif etdik. Bu tədbir mədəniyyət paytaxtı statusunun bir şəhərdən digərinə ötürülməsi üzrə yeni ənənənin başlanğıcı olacaqdır. “Şuşa Günləri”nin təşkili tərəfimizdən ilin sonuna planlaşdırılıb”.

“Ümidvaram ki, Türk Əməkdaşlıq Təşkilatları olaraq, qarşılıqlı işbirliyinə əsaslanan fəaliyyətimizlə Türk dövlətləri arasındakı əlaqələrin genişlənməsinə, türk xalqlarının yaxınlaşmasına öz töhfəmizi verəcəyik” - deyə Günay Əfəndiyeva bildirib.

Çıxışın sonunda Fond tərəfindən nəşr olunan Azərbaycanın gənc şairi Fərid Hüseynin Özbəkistanın Səmərqənd və Xivə şəhərlərinə həsr etdiyi şeirlər kitabı tədbir iştirakçılarına təqdim olunub.

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.