Azad Qaradərəli - Yoxdan var və vardan yox olmağın poetik izləri

09.10.22

 (Bir şeirin və bir şairin öcü haqqında yarımçıq esse)



Çoxdandı inzivaya çəkilmişdim. Heç nə oxumurdum...    

…Və bu gün bir şeir oxudum, geri qaytardı məni…

 (Müəllifin internet statuslarından)

 


Əziz dostum Eldar Baxışın 75 illiyinə həsr olunmuş tədbiri acılar içində təxirə saldıq. Bir yandan igidlərimizin şəhid edilməsi, anaların göz yaşları, torpağımızın qan ağlaması, bir yandan da aylardır hazırlaşdığın tədbirin təxirə salınmaq məcburiyyəti… (Nə gizlədim, özümə yaraşdırmasam da, ürəyimdən bədgüman şeylər də keçdi: ağlımız və bəxtimiz olsaydı, biz də başqaları kimi vəzifələrdə olardıq, deputat-filan olardıq… Yanımızda sürüynən müxbir-filan dolanardı, yüksək səviyyədə ad günləri, yubileylər, pullar havada oynaşardı… Amma… Amma qardaşım, biz özümüz bunlardan könüllü imtina etmədikmi?! Biz özümüz bu ağrılı-acılı yolu seçmədikmi?! Eldar da, mən də istəsəydik… Fəqət, biz istəmədik! Biz istəyə bilməzdik!.. Kim harda olur-olsun, biz burdayıq! Bəs siz hardasınız?!)

            …Və bu kimi günlərdə ölkədə kitab sərgiləri, hay-küylü tədbirlər belə diqqətimi çəkmir.

            …Və belə gündə heç nə yazmadığım, heç nə oxumadığım çağlarda bir şeir hardansa, elə bil quş dimdiyində gəlib qondu ağıllı telefonumun ekranına və dedi: oxu məni!

            Bir-iki cəhddən sonar şeiri oxuya bildim. O qədər ilgimi çəkdi ki, bir neçə dəfə oxudum. Elə ilk misralardan anladım ki, qayıdıram. Paralel dünyadakı zamanım başa çatır. Nədən bildim, ondan ki, artıq təkcə şeir haqqında deyil, şair haqqında da düşünməyə başlamışdım…

            Əvvəl şeir haqqında.

            Ənənəvi formada və elə ənənəvi üslubda yazılsa da, şeirdə bir ritm və axsaqlıq duyurdum. Əcaba, ritnm hara, axsaqlıq hara?!

            Ritmə baxın:   

 

Ölməyə nə var ki, gözünü yum, get…

Burax dünyanı da, qayğıları da.

Gələrlər, gedərlər, yolu ot basar,

bir gün tərgidərlər darıxmağı da…

 

            Ölüm. Gözün yumulması. Dünyaya əlvida demək. Qayğıların yox olması. Qəbrin üstünə gəlib-gedənlərin sırası seyrələr. Yolu ot basar. Sənin üçün darıxan yoxdur daha…

            Hamısı təbiidir. Ən dəhşətlisi sonuncudur: sənin üçün darıxan yoxdur! Səni xatırlamırlar. Sən axı onlara nə vermisən ki?! İztirab, ağrı…

            (Axsaqlığa qalanda… Bu da bir cür ritmdir, yaxud ritmsizlikdir. Axsaq yeriş o bəd gedişatı gecikdirmək, ölümdən yan keçməyə cəhddir. Cavid əfəndi necə deyirdi: “Rəqsi təlim ediyor axsaqlar…”)

            Hə, indi aydın oldu bu şeirin mənə bu qədər doğma olması. Bizlər, o vəzifələrə, o kürsülərə meyl etməyənlər övladlarımıza quruca addan və ağrı-acıdan başqa bir şey qoyub getmirik axı… Onlar isə… Onlar isə… Villalar, maşın kolleksiyaları, adalar, milyonlar… Və yanlarındakı müxbir sürüsü, gənc ədiblər dəstəsi…

            Hələ ikinci bənd?!      

 

Sonrasın düşünmə, geyimlərini,

verərlər yoxsulun biri geyinsin.

Ya suya atarlar, ya basdırarlar,

insan qoxusuna torpaq sevinsin!

 

            Bizdən sonra, sən deyən, elə çox geyim də qalmaz ki! “Soyxa” adlı hekayəm var. Qəhrəmanım ölüb, el adətincən, araya açıb ağlamağa bir abır paltarı yox. Gedib kənd mağazasından üstü etiketli kostyum və ayaqqabını prokata götürürlər, gətirib mərhumun paltarı kimi araya açıb ağlayır qadınlar… Qızı da qışqıra-qışqıra deyir, ay allah bu paltarlardan dədəmin iyi gəlir…

            Bənddəki son iki misranın azı beş min il yaşı var:”Ya suya atarlar, ya basdırarlar/İnsan qoxusuna torpaq sevinsin…”

            Məni bu an tamam ayrı bir səs çağırır. O paltarın sahibi, daha doğrusu, saxta sahibi əlini hülqumuna aparıb, sanki “Bu çarığın olsun, məni biabır eləmə” deyir, sonra palratı suya atılan, yaxud yerə basdırılan adam xəfifcə başını aşağı salıb büzüşür, lap uzaqlardan, zülmət qaranlıqlar içərisindən, Cəhənnəmdən bir səs də eşidilir:

 

            Mən özüm də bu sayaq – canda qorxu və həyəcan,

            Bu ölümə aparan yolları görüm deyə,

            Çevrilib ehtiyatla geri baxdım bircə an…

 

            (Qəribə də olsa, bu Dantenin səsidir. Bir essemdə adını çəkdiyim axşam yuxuma gəlmişdi, əl verib dostlaşmışıq. İndi xəbərim olmadan “İlahi komediya”sının misraları bu esseyə də daxil oldu…)

            “Cevrilib ehtiyatla geri baxdım bircə an…” Yox, bu mövzumuz olan şeirdən deyil… Bu Dantedəndir… Eeeee… Qarışdı ki, aləm… Nə bilim, bundan sonrasını özünüz yerbəyer edərsiniz…

 

Bir gün dəyişərlər yataq yerini,

yığarlar paketə qalan nə varsa.

Atarlar çardağın tozlu küncünə,

ya da daş qəlblisi vurub yandırsa…

 

            Hə… Ən müdhiş səhnə burasıdır. Demişdim axı. Bu şeirdə bir gözəgörünməz ritm var. Şüur axını elə sürətlə baş verir ki, nəyin nə olduğunu araşdırıncan iş işdən keçir. Əvvəl sənin o isti yatağını yığışdırarlar (sən orda ömrünün ən mənalı çağlarını keçirmişdin: uzanıb fikrə dalmışdın, sevgilinlə sevişmişdin, yeni doğulan körpənizi oxşamışdın, uzun-uzun rəngli-rəngsiz yuxular görmüşdün…), elə belə yığışdırmazlar, necəgəldi büküb, bir paketə, torbaya yığar (aman allah, o yatağın istisi hələ çəkilməyib, sevgilimlə sevişəndə çıxardığımız intim səslər hələ o yatağın yaddaşındaıdır axı!), tozlu bir çardağın kümcünə atarlar (toz basmış xatirələr bu cür olurmuş, ilahi?!), ya da… ya da… ən dəhşətlisi budur: yandırarlar o yatağı – bu daha sondur, sevginin də, sevişmələrin də, intim hıçqırıqların da sonu… Dünyanın sonu… “Çevrilib ehtiyatla geri baxdım bircə an…” O dahi buna görə gəlibmiş essemizə - çatışmayanları yerbəyer eləməyə…

 

Bir göz qırpımında yaşandı, bitdi,

seyr etdin illərə sığışmağını…

İndi anladınmı doğulanların

dünyaya gələndə ağlamağını?!

            Bu bənddəki sonuncu misralar başqa bir dahiyə götürəcək bizi. Dante bizi 700 il əvvələ aparmışdısa, aşağıdakı misralar düz 500 il əvvəlin məhkum Şərqinə aparacaq. Ki, orada insan doğulan gündən ölənəcən zülm və istibdad içərisindədir. Bunu görübən zar-zar ağlayır yeni doğulan:

 

Ol dəm ki, bu xakdanə düşdü,

Halını bilib fəğanə düşdü.

Axır günün əvvəl eyləyib yad,

Axıtdı sirişkü qıldı fəryad,

Yə'ni ki: "Vücud dami-qəmdir;

Azadələrin yeri ədəmdir…”

 

            Bəs niyə ağlayır? Çünki bilir ki, “azadələrin yeri ədəmdir…” – azadlıq aşiqlərinin yeri yoxluqdur, cəhənnəmdir… Yenə yoxluq… Yenə cəhənnəm… Bu şeir əhlini cəhənnəmə dartan nədir, əcaba?! “Yoxdan var olanlar”ın yeri sonda yenə yoxluqmu olur?

           

Torpağın üstündə daşdan baş daşı,

torpağın altında bir qucaq sümük!

Bir neçə xatirə…yadlara düşsə,

bir də arxivlərə atılmış kimlik…

 

            Bu da son. Bir qara baş daşı, bir qucaq sümük, yada düşsə, bir xatirə… bir də ələ gəlsə, arxivlərdə qalası kimliyin…

            Buna görəmi bir-birinizi qırırsınız?

            Buna görəmi xalqın var-dövlətini talayıb xarici banklara daşıyırsınız?

            Buna görəmi Azərbaycan torpaqlarına hücum çəkirsiniz?

            Buna görəmi Ukraynanı parçlamağa çalışırsınız?

            Buna görəmi dünyaya diş qıcardıb, atom bombası ilə hədələyirsiniz?

            Eheyyyy! Bir qucaq sümüklər?!

            Gerisini şair xanım Aida Adıgözəldən soruşun.

            Zatən bu boyda hay-həşiri onun misraları çıxartmışdı.

            Əcaba, bu şair xanımın o biri şeirləri də bu gücdəmi?

            Yaşayarıq, oxuyarıq, görərik…

            Qarşıdan isə azman şairimiz Eldar Baxışın 75 illik yubileyi gəlir…

            Az qaldı…

 

                                                                                                                      08.10.2022

Yenililklər
21.03.23
Azad Qaradərəli - Şeirimizin Tərlanı
20.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasını təbrik etdi
15.03.23
"Türkiye cocuklarına sevgi ile" adlı beynəlxalq sənət aksiyasına start verilib
14.03.23
Rza Nuri - Səsim azad sulara dağılan adalar
14.03.23
Xalq yazıçısı Rüstəm İbrahimbəyova həsr olunmuş jurnal nəşr edilib
14.03.23
I Lənkəran Kitab Sərgisi anşlaqla yadda qaldı
14.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Litvada görüşləri davam edir
14.03.23
Yaponiyanın ədəbiyyat üzrə Nobel mükafatçısı vəfat edib
13.03.23
İradə Musayeva - Qorxumuzun 80 yaşı
13.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Litvaya səfər edib
10.03.23
“Ustad”ın yubiley sayı nəşr edilib
10.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Manas Günü”nü keçirib
07.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Taalatbek Masadıkovilə görüşüb
04.03.23
Məhəmməd Baharlının 75 illik yubileyi qeyd ediləcək
03.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Kubanıçbek Ömüraliyev ilə görüşüb
03.03.23
Bədirxan Əhmədli - Şəms Təbrizi və onun mənalar dünyasının bədii dərki
03.03.23
I Lənkəran Kitab Sərgisi keçiriləcək
02.03.23
Günay Əfəndiyeva Kanat Tumışla görüşüb
27.02.23
"Özbəkcə-Azərbaycanca frazeologizimlər lüğəti"nin təqdimatı
24.02.23
Qətibə Vaqifqızı - “Saz götürüb dastan yazan” Aşıq Şakir
24.02.23

Qardaş Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri bir araya gəlib

17.02.23
“Şərq araşdırmaları” jurnalının növbəti nömrəsi çap olunub
17.02.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Manas” dastanına həsr olunan nəşri işıq üzü görüb
10.02.23
Günay Əfəndiyeva Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyini ziyarət edib
08.02.23
Cavanşir Yusifli - Tale kimi doğulan mətnlər
08.02.23
Kino Məktəbinin tələbələrinə diplomlar təqdim olunub
08.02.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda bayraqlar yarıya endirildi
08.02.23
Xətai Sənət Mərkəzində “Hisslər və rəsmlər” adlı sərgi açılacaq
06.02.23
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Gülnar Səma alimlik dərəcəsi alıb
31.01.23
“Eurovision 2023” beynəlxalq mahnı müsabiqəsinin loqo və şüarı təqdim olunub
31.01.23
Günay Əfəndiyeva türk dövlətlərinin gənc şair və yazarları ilə görüşüb
31.01.23
Kinoteatrlarda “Qarabağ hekayələri: Dünən, bu gün, sabah” kinoalmanaxının nümayişinə başlanacaq
30.01.23
Bakı Atatürk Mərkəzində “Türkologiyanın aktual problemləri” mövzusunda elmi-praktik seminar keçirilib
30.01.23
Günay Əfəndiyeva “2023-cü il Avropanın Mədəniyyət Paytaxtı” Veszpremdə keçirilən rəsmi açılış mərasimində iştirak edib
30.01.23
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından yeni kitab nəşr edilib
27.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bəyanatı
27.01.23
Vaqif Bayatlı Odər: "Qarabağdan ancaq Azərbaycanın Türk və Şərəf Damarını keçirməklə nəyəsə nail olmaq olar"
27.01.23
Günay Əfəndiyeva TDT-nin Macarıstandakı Nümayəndəliyini ziyarət edib
26.01.23
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
24.01.23
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanacaq
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.