Azərbaycan Yazıçılar Birliyinin qurultayı təxirə salınıb
26.09.22
Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayı təxirə salınıb.
AYB-dən bildirilib ki, bununla bağlı Azərbaycan Yazıçılar Birliyində katibliyin geniş tərkibdə toplantısı keçirilib.
Ağsaqqallar Şurasının, Gənclər Şurasının və mətbu orqanların rəhbərlərinin də iştirak etdiyi toplantıda qurultayqabağı hazırlıq işləri müzakirə edilib. Toplantı iştirakçıları təşkilati məsələlərlə bağlı təkliflər səsləndirib. Texniki və təşkilati məsələlərin həlli, yüksək hazırlıq işləri üçün əvvəlcə nəzərdə tutulmuş oktyabrın 5-i tarixinin dəyişdirilməsi, Azərbaycan Yazıçılarının XIII Qurultayının oktyabr ayının sonunadək keçirilməsi qərara alınıb. /Azərtac/
|