Polşada VI Beynəlxalq Türkologiya Konqresi başlayıb
21.09.22

Polşanın paytaxtı Varşavada VI Beynəlxalq Türkologiya Konqresi öz işinə başlayıb. 
Varşava Universitetinin ev sahibliyində keçirilən Konqresdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycanın, Türkiyənin, Qazaxıstanın və  Özbəkistanın Polşadakı Səfirlikləri, eləcə də Yunus Əmrə İnstitutu, Karaim İrsi Fondu əsas tərəfdaş qismində çıxış ediblər.
 “Türk Dünyası Araşdırmaları – Multidissiplinar Perspektivlər” adı altında təşkil olunan Konqresdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva fəxri qonaq qismində iştirak edib. 
Tədbiri giriş sözü ilə açan Varşava Universitetinin prorektoru Zigmunt Lalak, artıq 6-cı dəfədir ki, Polşada təşkil olunan Konqresin əhəmiyyətindən danışaraq, tədbirin  türk xalqlarının zəngin keçmişinin, tarixinin, dilinin, mədəniyyətinin Avropa və bütün dünyada təbliğ edilməsi istiqamətində böyük rol oynadığını qeyd edib. Bu xüsusda, Z.Lalak Varşavada toplaşmış türkoloqların xidmətlərini yüksək qiymətləndirirək, Konqresin fəaliyyətinə uğurlar arzu edib.  
Tədbirdə çıxış edən Türkiyə Respublikasının Polşa Respublikasındakı səfiri Cengiz Kamil Fırat, Kongresin müzakirə platforması kimi vacibliyindən söz açıb. Səfir hər bir türkün keçmişlə gələcək arasında körpü qurmasında Türkologiya elminin önəminə toxunaraq, Türkiyənin Türk Dünyasının qədim irsinin təbliği ilə bağlı layihələrə hər zaman dəstək verdiyini bildirib.
Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva müasir dövrdə Türk mədəni irsinin elmi konseptual səviyyədə araşdırılmasının və bu işə dünya türkoloqlarının cəlb edilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Türk Dünyası dedikdə əlbəttə, yalnız türk xalqlarının yaşadığı geniş coğrafiya nəzərdə tutulmur. Türk Dünyası özlüyündə türk xalqlarının sahib olduğu ortaq tarix, mədəniyyət, ədəbiyyat, dil, adət-ənənələri ehtiva edir. Bunların hər biri türk kimliyini formalaşdıran və onun sütununu təşkil edən amillərdir.”                            
Türk Dünyası və Polşa arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinin qədim tarixə, dərin köklərə söykəndiyinə toxunan Fondun prezidenti, Polyak xalqının Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun hər bir üzv ölkəsi ilə bağlılığının olduğunu qeyd edib. O, Polşada türk əsilli milli azlıqlar olan tatarların və karaimlərin yaşadığını vurğulayaraq, onların irsinin qorunmasının təşkilatın maraq dairəsində olduğunu bildirib. 
Günay Əfəndiyeva Türkologiya elminin inkişafından söz açıb: “Bu gün artıq Avropanın 30-a qədər ölkəsində Türkologiya müstəqil elm kimi öyrənilir. Bu elm sadəcə Şərqşünaslığın bir bölməsi kimi deyil, ayrıca elm kimi qəbul edilir.” 
Eyni soydan gələn Türk xalqlarının zaman-zaman çətin günlərin sınağından keçdiyini qeyd edən Fondun prezidenti, buna baxmayaraq, xalqlar arasındakı birliyin indiyədək davam etdiyini və günü gündən daha da gücləndiyini vurğulayıb: “Biz bunun 2 il öncə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək, tarixi Qarabağ torpaqlarını qaytardığı zaman Türkiyənin göstərdiyi mənəvi dəstəyin nümunəsində bir daha şahidi olduq.”
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfiri Nərgiz Qurbanova, Azərbaycan xalqının türk dünyasına qazandırdığı böyük elmi nailiyyətlərdən bəhs edərək, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay haqqında məlumat verib. 
Səfir, hər bir xalqın dilinin onun milli varlığını təsdiq etdiyini söyləyib: “Azərbaycan dili də xalqımızın milli mənsubiyyətini müəyyən edən başlıca amillərdən biridir. Tarix boyu türk dilləri içərisində Azərbaycan dilinin özünəməxsus yeri olmuşdur. XVI əsrdə Azərbaycan dili Səfəvilər dövlətinin rəsmi dövlət dili səviyyəsinə yüksəlmişdir. Türk dünyası və müsəlman şərqində ilk dünyəvi demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə Azərbaycan dilini dövlət dili elan etmişdir.”
Türk xalqları arasında həmrəyliyin gücləndirilməsində Türk Əməkdaşlıq Təşkilatlarının önəmini vurğulayan səfir, TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının qərarı ilə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçildiyini diqqətə çatdırıb.
Qazaxıstan Respublikasının Polşa Respublikasındakı səfiri Alim Kirabayev Türk xalqlarının tarixinin, mədəniyyətinin, dilinin, ədəbiyyatının, siyasətinin Avropada araşdırılmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Səfir Qazaxıstanın və ümumilikdə bütün Türk dövlətlərinin çoxəsrlik dəyərlərinin beynəlxalq miqyasda tanıdılmasının önəmindən söz açıb.  O, Konqresin Türk xalqları ilə Avropa xalqları arasında qarşılıqlı əlaqələrin inkişafına töhfə verdiyini qeyd edib. Səfir, bu il UNESCO səviyyəsində 150 illik yubileyi qeyd olunan qazax türkoloqu, şair və siyasətçi Ahmet Baytursınulının Qazaxıstanın elmi və mədəni irsinin inkişafındakı xidmətlərindən danışıb.
Konqresin açılış mərasimində Varşava Universitetin professoru Tadeusz Majda türkologiya elmi üzrə göstərdiyi xidmətlərinə görə fəxri fərman ilə təltif olunub.
Konqres çərçivəsində keçirilən çoxsaylı panellərdə Türkologiyaya həsr olunan müxtəlif mövzular müzakirə olunur.

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.