Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Qazaxıstanla əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
20.07.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov ilə görüşüb.
Görüşdə Günay Əfəndiyeva rəhbəri olduğu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə təşkilatın qurucu üzv ölkəsi Qazaxıstan arasındakı intensive tərəfdaşlıq münasibətlərinin mövcudluğundan söz açıb. Günay Əfəndiyeva Fond ilə Qazaxıstanın birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək mədəni tədbirlərin əhəmiyyətini vurğulayıb.
Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov Fondun Türk xalqlarının maddi-mədəni irsinin təbliği istiqamətindəki çoxyönlü fəaliyyətinin bütün Türkdünyası üçün önəm daşıdığını bildirib. Səfir Fond tərəfindən həyata keçiriləcək layihələr çərçivəsində Qazaxıstanla əlaqələrin daha da genişlənəcəyinə inandığını deyib.
Görüş tərəflərar asında gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi ilə davam edib.
|