“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
06.07.22
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin elmi jurnalı olan “Filologiya və sənətşünaslıq” dərgisinin 2022-ci ilə aid birinci sayı nəşr olunub.Jurnalın təsisçisiAzərbaycan Milli Elmlər Akademiyasıdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 30.05.2019-cu ildə qeydiyyata alınıb. Jurnal 2019-cu ilə qədər “Xəbərlər” (Humanitar elmlər seriyası) adı ilə çap olunub.
“Filologiya və sənətşünaslıq” elmi jurnalının baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir. Jurnalın bu sayı akademik İsa Həbibbəylinin “Eynəli bəy Sultanovun həyatı və yaradıcılığı” məqaləsi ilə açılır.
Jurnalınməsul katibi Həlimə Mehdiyeva, məsul redaktoru Maral Poladova, baş redaktorun müavinləri AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və filologiya elmləri doktoru Əlizadə Əsgərlidir. Redaksiya heyətinə bir sıra akademiklər və AMEA-nın müxbir üzvləri daxildir.
“Elm” nəşriyyatında çap olunan jurnalın bu sayı “Ədəbiyyatşünaslıq”“Dilçilik”, “Sənətşünaslıq”, “Resenziya” və“Yubileylər” bölmələrindən ibarətdir. “Bələdçi” Azərbaycan, ingilis və rus dillərindədir.
“Filologiya və sənətşünaslıq” jurnalının beynəlxalq redaksiya heyətinə Türkiyə, Rusiya, Belarus, Polşa və Gürcüstanın alimləri daxildir.
Jurnalda humanitar elmlər istiqaməti üzrə ədəbiyyatşünaslıq, Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi,müqayisəli ədəbiyyatşünaslıq, folklorşünaslıq, dilçilik, sənətşünaslıq, mətbuat tarixi və publisistika sahələri üzrə elmi-tədqiqat əsərləri nəşr olunur.
|