Koreya-Azərbaycan III Humanitar Forumu keçirilib
04.07.22

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Cənubi Koreya Respublikasının Azərbaycandakı Səfirliyi vəKoreya Donqduk Qadınlar Universitetinin Avrasiya Türk Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə Koreya-Azərbaycan III Humanitar Forumunun “Dördüncü Sənaye inqilabı; Koreya və Azərbaycanda yeni humanitar çağırışlar” Beynəlxalq Simpoziumu keçirilib.

Forum Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırlı və Avrasiya Türk Araşdırmalar İnstitutunun əməkdaşı Sunah Choinin moderatorluğu ilə baş tutub.

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, millət vəkili, akademik İsa Həbibbəyli açılış nitqindəforum iştirakçılarını salamlayaraq, bu cür tədbirlərin  iki ölkə arasındakı ədəbi-mədəni əlaqələrin inkişafına bir töhfə olduğunu ifadə edib. Bildirib ki, “Respublikamızın müstəqillik qazanmasından sonra başlamış Azərbaycan-Koreya çoxcəhətli əlaqələri qısa müddətdə böyük məsafə qət etmişdir. Əsası görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulmuş Cənubi Koreya və Azərbaycan əlaqələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində uğurla davam etməkdədir. Bu illər ərzində Azərbaycanla Cənubi Koreya arasında neft sektorunda, informasiya texnologiyaları sahəsində, nəqliyyatistiqamətində, o cümlədən elm, təhsil, mədəniyyət sferalarında çoxlu əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Koreya müstəqil Azərbaycan dövlətinin Asiyadakı əsas tərəfdaşlarından, müttəfiqlərindən birinə çevrilmişdir. Minnətdarlıq hissi ilə qeyd edirik ki, Cənubi Koreya hər zaman beynəlxalq miqyasda Azərbaycanın ərazi bütövlüyünü tanımışdır. Cənubi Koreyanın 44 günlük Vətən Müharibəsində Azərbaycanın ədalətli mübarizəsini müdafiə etməsi də yüksək minnətdarlığa layiqdir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elan etdiyi “Böyük Qayıdış” hərəkatı proqramı çərçivəsində Qarabağın yenidən qurulmasında çox aktiv iştirak edirlər.

Diplomatik münasibətlərimizin 30 illiyi dövründə görülmüş işlərə yekun vurarkən çox böyük və əhəmiyyətli tədbirlərin həyata keçirildiyini xüsusilə qeyd etməliyik. Koreya Azərbaycana dost, qardaş və tərəfdaş ölkədir. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Şərqşünaslıq İnstitutu, Ədəbiyyat İnstitutu, Fəlsəfə İnstitutu, İqtisadiyyat İnstitutu Cənubi Koreya ilə hər biri öz profilinə uyğun olaraq əlaqələr yaratmışdır. Ədəbiyyat İnstitutunda Koreya mərkəzi fəaliyyət göstərir. Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli və həmin şöbənin əməkdaşı Leyla Həsənzadə Cənubi Koreya Mərkəzinin inkişaf etdirilməsi üçün səy göstərirlər. Artıq Cənubi Koreya ədəbiyyatı da tədqiq olunur. 

Mən cənab səfirin burada olmağından istifadə edərək demək istəyirəm ki, bundan sonrakı yeni mərhələdə qarşılıqlı şəkildə Koreya ilə Azərbaycanın elm və ədəbiyyat sahəsindəki əlaqələrinin daha da inkişaf etməsi üçün səy göstərəcəyik. Üçüncü dəfə birgə humanitar forumun təşkili bu inkişafın real göstəricilərindən biridir. Şəxsən sizin iştirakınızla keçirilən bu forum bundan sonrakı əlaqələrimizin hərəkətverici bir qüvvəsinə çevriləcək. Bu əlaqələrin inkişafında bizim tərəfdaşımız Eunkyung OH xanımın və onun rəhbərlik etdiyi institutunun rolunu və münasibətlərin inkişafında SEBA-nın ayrıca xidmətini qeyd etməyi də özümə borc bilirəm.SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərovaya da iştirakı üçün minnətdarıq. Forumun işinə uğurlar arzulayıram”. 

Sonra Koreya Respublikasının Azərbaycandakı səfiri Eun-Yong Lee  çıxışında qeyd edib ki, “Koreya-Azərbaycan Humanitar Forumu iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunub və üçüncü dəfə gerçəkləşib. Humanitar elmlər sahəsində mübadilə uğurla davam edir. Qeyd etmək istəyirəm ki, Koreya-Azərbyacan Humanitar Forumunun keçirildiyi ilk il çox mənalı il idi. İkinci dəfə təşkili onu göstərdi ki, bu forum bir dəfə keçirilib bitən deyil, davamlı olaraq keçirilmə imkanı vardır. Avrasiya Türk Araşdırmalar İnstitutu vəNizami Gəncəvi adına Ədəbiyyat İnstitutu mərkəzdə olmaqla hər iki institutun rəhbərliyi ilə humanitar forum sahəsində gələcəkdə əməkdaşlığımız daha da inkişaf edəcəkdir. 

Xüsusi olaraq Koreya Qarabağın yenidən qurma layihələrində, bərpa olunan enerji sahələrində, ağıllı kənd, həmçinin kənd təsərüfatı sahəsində öz kapitalını sərf edəcək, Azərbaycanın işçi qüvvəsi ilə birlikdə aktiv şəkildə iştirak edəcəkdir. Humanitar sahədə əldə olunmuş nailiyyətlərdən birini xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanın dahi şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması Koreyada koreya dilinə tərcümə olunmuşdur”.

Forumda Avrasiya-Türk Araşdırmaları İnstitutunun rəhbəri, koreyalı professor Eunkyung OH çıxış edib. O vurğulayıb ki, “iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş Koreya-Azərbyacan III Humanitar Forumu Bakıda keçirildiyi üçün çox həyəcanlıyam. Bugünki tədbiri təşkil etdiyinə görəKoreya Respublikasının Azərbaycandakı səfiri Eun-Yong Lee və Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyliyə, həmçinin, SEBA-nın sədri Ruhəngiz xanıma da təşəkkür edirəm. Azərbaycan Koreyanın mühüm iqtisadi əməkdaşı strategiyasının mərkəzində duran tərəfdaş ölkədir. Azərbaycan Koreya ilə dil, mədəniyyət və tarix baxımından sıx əlaqələri olan türk dövlətlərindən biridir. Mən türk dövlətləri içərisində ən son Azərbaycana gəlmişəm. Koreyada bizim İnstitutumuzda Azərbaycan haqqında və Nizami Gəncəviyə həsr olunmuş jurnalın xüsusi buraxılışı çıxıb. Koreya yarımadası ilə Qafqazı birləşdirən mübadilə və tərəfdaşlığa töhfə verən Humanitar Elmlər Bölməsində keçirilən keçənilki forumdan başa düşdüm ki, bu davamlı olmalıdır. Tədbirin keçirilməsində əməyi keçən Bədirxan Əhmədliyə və Ədəbiyyat İnstitutunun digər əməkdaşlarına, səfirimizə və dəstəyini əsirgəməyən hər kəsə təşəkkürlərimi bildirirəm”.

 Açılış mərasimində Koreya Ətraf Mühitin Tədqiqi və Qiymətləndirilməsi İnstitutunun direktoru Lim Sam Jin “Nəqliyyatda humanitar elmlər” ilə açılan Koreya və Azərbaycanın gələcəyi” adlı geniş məruzə ilə çıxış edib.

Humanitar Forum “Dil-Ədəbiyyat” və “Tarix-Mədəniyyət” olmaqla iki sessiyada keçirilib, hər bir sahə üzrə müxtəlif mövzular təqdim və müzakirə edilib.

Yenililklər
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.