“Mirzə Ələkbər Sabirin sənəti və müasir dövr” adlı elmi sessiya keçirilib
21.06.22

Azərbaycan Milli Elmlər Akademiyası  Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 160 illik yubileyinə həsr olunmuş Mirzə Ələkbər Sabirin sənəti və müasir dövr” adlı elmi sessiya keçirilib.

Sessiyanı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açıb. Bildirib ki, “bu konfrans Humanitar Elmlər Bölməsi ilə institutların birgə konfransıdır. BuradaƏdəbiyyat İnstitutu, Dilçilik İnstitutu, Memarlıq və İncəsənət İnstitutu iştirak edir, Özbəkistandan məruzəçilər qatılıb.Eyni zamanda daha bir qonağımız var. Dünya Söz Akademiyasının başqanı, qardaş Türkiyə Cümhuriyyətindən gəlmiş Xeyrəddin İvgin də bizimlə birgədir. 

Xeyrəddin İvgin Türkiyədəki tanınmış aydınlardan biridir, çoxcəhətli fəaliyyətlə məşğuldur. Türk Dünyası Beynəlxalq Akademiyasının Ankara bölümünün başqanıdır. “Kültür çağlayanı” və “Kültür Evreni” dərgilərinin redaksiya heyətinin üzvüdür.

Onun rəhbərlik etdiyi akademiya bizim institutumuzun əməkdaşı, Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, professor Vüqar Əhmədi üzvlüyə qəbul edib. Xeyrəddin İvgin onun mükafatlarını burada təqdim edəcək. Vüqar Əhmədin mükafata layiq görülməsi Ədəbiyyat İnstitutunun dünyada tanınması üçün atılmış addımlardan biridir”. 

Sonra Mərkəzi Ankarada yerləşən Toplumsal Eğitim Akademiyasının Akademik Yürütmə Kurulu üzvü Xeyrəddin İvginçıxış edib. Vurğulayıb ki, “bizim İsa müəllimlə tanışlığımız iyirmi ildən artıqdır. Vüqar Əhmədə akademiyanın qərarı ilə təyin etdiyimiz üzvlük gərəkcəsini və diplomunu təqdim etmək üçün burdayam. Qərar may ayında verilsə də, təqdim etmə bu günə təsadüf etdi. Eyni zamanda akademiyanın andacını (plaket) təqim etmək istəyirəm”.Qonaq Sabirin Türkiyədə təbliği ilə bağlı lazımi köməklik göstərəcəyini də diqqətə çatdırıb.

Vüqar Əhməd isə çıxışında ona verilən yüksək dəyərə görə minnətdarlığını ifadə edib.

Konfarnsın mövzusu haqqında giriş sözü söyləyən akademik İsa Həbibbəyliqeyd edib ki, “Sabirin anadan olmasının 160 illiyi ölkə başçısının müvafiq Sərəncamı ilə ölkəmizdə qeyd edilir. Sabir satirik şeir məktəbi yaratmışdır. Qırxa yaxın mərsiyə yazıb, onlardan təxmini iyirmisi bizə çatıb. Cəmi on iki qəzəli məlumdur. Əslində “Molla Nəsrəddin”ə qədər satira az yazıb. Biz o fikirdəyik ki, “Molla Nəsrəddin” böyük ədəbi məktəbdir, onun içində məktəblər də var. “Molla Nəsrəddin” nəsr məktəbi, satirik publisistika məktəbi, karikatura məktəbi, o cümlədən satirik şeir məktəbi var. “Molla Nəsrəddin”satirik şeir məktəbinin banisi Mirzə Ələkbər Sabirdir.

Sabirin yaradıcılığında iki böyük istiqamət var: Sabir insanlığın şairidir və Sabir hürriyyət şairidir. Sabirlərin arzusu milli müstəqillik dövlətçilik uğrunda mübarizə idi. Bu arzu 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti ilə yerinə yetirildi. Sabirlərin arzusunu ulu öndər Heydər Əliyev, bu gün Azərbaycan Prezidenti İlham Əliyev müstəqil Azərbaycanı addım-addım irəli aparmaqla həyata keçirmiş olur. 

Bu elmi konfransdır, Sabir yaradıcılığının problemlərini əks etdirən konfransdır. Bu sessiyanın bir böyük məqsədi də Sabiri elmi gündəmə yenidən gətirməkdir”. 

SessiyadaƏdəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz Babayeva “Molla Nəsrəddin” jurnalı və Mirzə Ələkbər Sabir, Özbəkistan Milli Universitetinin professoru, filologiya elmləri doktoru Bahadır Kərimov “Mirzə Ələkbər Sabir və özbək ədəbiyyatı”, Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fəridə Quliyeva “Mirzə Ələkbər Sabir təsviri sənətdə”, Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Abid Tahirli “Mirzə Ələkbər Sabir Azərbaycan mühacirət mətbuatında”, Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zamiq Təhməzov “Mirzə Ələkbər Sabirin dili” və Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Yaşar Qasımbəyli “Mirzə Ələkbər Sabir yaradıcılığı və Türk xalqları poeziyasında yenilənmə mərhələsi” adlı məruzələrlə çıxış ediblər.

Sessiyada Sabir fondunun təsisçisi və prezidenti Sevda Tahirliçıxış edərək, böyük şairə verilən elmi dəyər üçün minnətdarlığını bildirib.

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.