Professor Vüqar Əhməd Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib
21.06.22
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar ƏhmədBeynəlxalq Elmlər Akademiyasının akademiki seçilib. Elmi İnkişaf üzrə Beynəlxalq Şura – Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin 18 iyun 2022-ci ildə Baş Assambleyasında BEA-nın yaradılmasının 20 illiyi münasibətilə yubiley yığıncağı baş tutub. İclasda BEA-nın Prezidenti akademik, prof. dr. Valter Kofler (Avstriya) geniş məruzə ilə çıxış edib. Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin Fəxri Prezidenti, akademik, prof. dr. Ziyad Səmədzadə giriş sözü söyləyib.Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Böllməsinin Prezidenti, akad, prof. dr. Elçin Xəlilovun hesabatı dinlənilib. BEA AB-nin 20-illiyinə həsr olunmuş - “Sərhədsiz Elm. Elmi məruzələr” kitabının təqdimat mərasimi gerçəkləşib. BEA AB-nin yeni həqiqi və müxbir üzvləri seçilib. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri Vüqar Əhməd Rəyasət Heyətinin üzvlərinin səs çoxluğu ilə BEA-nın akademiki seçilib. BEA AB-in seçilmiş akademiklərinə və müxbir üzvlərinə diplomlar akad. prof. dr. Valter Kofler tərəfindən təqdim olunub. BEA-ın Azərbaycan Bölməsinin “Qızıl döş nişanları”nın təqdimatı olub. Akad. prof. dr. Valter Kofler elmin və innovativ texnologiyaların inkişafına töhfə verən təşkilatlara BEA AB-nin sertifikatlarını və elmin inkişafında böyük xidmətlərinə görə Elmlər Akademiyasının akademiklərinə - digər ictimai təşkilatların nümayəndələrinə mükafatlar təqdim edib. BEA-ın Azərbaycan Bölməsinin rəhbər orqanlarına seçkilər keçirilib.Akademik.prof. dr. Elçin Xəlilov yenidən BEA-nın Azərbaycan bölməsinin Prezidenti seçilib.
|