Gülnar Səma -  Dəyanət Osmanlının lirikası
17.06.22

    Dəyanət Osmanlının lirikasını ədəbiyyatşünaslığın ümumi meyarları ilə təhlil etmək çətin olsa da, şairin şeirlərini formal olaraq mövzu əhatəsinə görə sistemləşdirmək mümkündür. Belə ki, türkçülük, turançılıq məfkurəsi onun poeziyasında əsas motivlərdən biridir:

Türk olmaq çox çəkilməz bir dərddi
Tanrı dərdi türkə görə yaratmış.
Və şah tacından şərəflidi
Türk adını savunmaq...

    Bu misraların sözünə qüvvət olaraq əlavə edə bilərik ki, “Türkdən qorxurlar çünki zəfər alın yazısıdı türklərin”. Şair bu hökmündə özünə arxayındır. Yəni türkün zəfər çalması sadəcə alın yazısı olduğuna görə həyata keçmir, ortada min illərin faktları, sübutları vardır. Gerçəklikləri bilən şair özünə inamda daha qətiyyətli olur: “Çarəsizliyin başı üstə qosqoca türk bayrağı, surətini görüncə adamın sözü dilində, dili ağzında titrər al-qumaş kimi”. Bu misralara sondan önə doğru şərh vermək daha məqbul olar. “Al-qumaş kimi” təşbehi əslində al, yəni qırmızı rəngdə olan türk bayrağının qumaşdan olmasına işarədir. Və rənglərin paralelliyi: dilin və bayrağın al rəngdə olması. Eyni zamanda titrəmək felinin hər iki tərəfi özünə bağlaması gözdən yayınmır. Titrəmək felindən əvvəl dil və söz, sonra isə al-qumaş sözünün işlədilməsi, bir sözlə iki anlayışın arasında qurulmuş məntiqi bağdır. Bütün bunlardan sonra hadisənin baş vermə anı yada düşür. Yəni dilində sözünün, ağzında dilinin titrəməsi türk bayrağının surətini gördüyün zaman baş verər. Misraların ümumi əlaqəsindən belə başa düşmək olur ki, titrətməyə düşən başqalarına qarşı haqsızlıq etmiş tərəfdir. Bu haqsızlıq o qədər irəli yeriyib ki, məzlumun çarəsizliyi ilə nəticələnib. Ən əsası odur ki, çarəsizliyin çarəsi türk bayrağının özünü yetirməsindədir. Qosqoca türk bayrağı çarəsizliyə yardım əli uzadırsa, o zaman bu çarəsizliyi yaradanların aqibəti dili ağzında titrəməkdən başqa heç nə ola bilməz. Bənzər fikirlərə şairin başqa şeirlərində də rast gəlirik:

Qiyamətin döşündən basıb,
Tanrı dağlarına çıxan mələk səs
türkün ən qoca nəğməsi,
vətən haqqında azadlıq duası.
Ən qanlı savaşı türkün məzar daşıymış.

    Bu misralarda sanki türk tarixinin bir ümumiləşdirilməsi nəzərə çarpır:

    - türkün səsinin Tanrı dağlarından gəlməsi
    - vətən haqqında azadlıq duasının türkün ən qoca nəğməsi olması
    - türkün ən qanlı savaşının onun məzar daşı olması

    Tanrı dağları ilə bağlılıq türkün ən qədim tarixinə aiddir. Vətənin azadlıq nəğməsini oxuyaraq böyük türk imperiyalarının qurulması dövrü orta əsrləri əhatə edir. Savaşa başladısa, məzar daşına çevrilməyi gözə alaraq vətənini xilas etməsi isə müasir türk tarixində olmuş hadisələrdir. Belə ki, XX əsrin əvvəllərində Çanaqqala zəfərindən keçərək özünə Cümhuriyyət qurmuş Türkiyə ilə yanaşı, XXI əsrin əvvəllərində öz torpaqlarını qəsbkar düşməndən azad etmiş Azərbaycanın gerçəklikləri buna misaldır.
Türkçülük mövzusundan əlavə diqqəti çəkən əsas cəhətlərdən biri də Dəyanət Osmanlının yaratdığı obrazlardır. Məsələn, Dəyanət Osmanlının şeirlərində gecənin öz aləmi var. Şairin yaradıcılığından gecə özünəməxsus keçir. Biz gecəni gah şairin üşüdüyü günün fotosundan, gah da saçlarının qoxusu hopmuş sözlərindən keçərkən görürük. “Külək isə bütün canlıların ahıdır”. Özü cansız kimi qəbul olunmuş küləyin canlıların ahı olaraq obrazlaşdırılması təkrarsızdır. Yaxud da şairin ittiham etdiyi başqa obyektlərə baxaq: arılar və quşlar obrazlarına:

Arılar baharı daşıdı çiçəklərdən,
göyümüzün havasını quşlar apardı.
Arılarla quşlar adamlardan öncə
yaşayıb tükətdi sevgiləri.

Öncə arıların çiçəklərdən baharı daşıması, sonra isə quşların göyün havasını aparması şikayət təsiri bağışlayır. Lakin məlum olanda ki, onların bu hərəkətləri məhz sevgidən imiş o zaman ittihamçı mövqeyindən geri çəkilirsən. Onların sevgini tükətməkdə ittiham olunmasının əsl səbəbini sevgilərinə tamamilə sahib çıxmaları ilə əlaqələndirirsən. Bütöv sevgi daşıyıcıları olduğu üçün haqq verirsən və əslində adamların onlardan nümunə götürməli olduğu qənaətinə gəlirsən. Arılar və quşlar kimi obrazlarla yanaşı, şairin mücərrəd isimlərdən yaratdığı obrazlar da orijinal alınır. Məsələn: sevinc və tənhalıq ismi.
Bildinmi nələr oldu,
sənin ayrılıqdan sonrakı sevincin,
sevginin yasından çıxmış
tənhalığım mənim
bir-birini bağışlayıb, bir-birinə sarıldı.

Öncə bu iki obraz tamamilə fərqli biçimdə gözə dəyir. Hansı sevinc? – ayrılıqdan sonrakı. Hansı tənhalıq? – sevginin yasından çıxmış. Bəli, ilk baxışdan hərəsinin öz bədii təyini olan, hətta bir-birini bağışlayan, bir-birinə sarılan ayrı-ayrı obrazlar. Amma cümlənin başlanğıcındakı suala qayıdaq. Bildinmi? Əslində bilməli olduğumuz budur; nələrin olduğu. Onu bilmək üçün cümlədəki “sənin və mənim” şəxs əvəzliklərinin işlənmə yerinə baxaq. Sənin sevincin və mənim tənhalığım üçüncü növ təyini söz birləşmələri öz aralarına girmiş təyinəbənzər ifadələri (ayrılıqdan sonrakı və sevginin yasından çıxmış) aradan götürür. Yerdə belə bir qrammatik cümlə qalır: Sənin ayrılıqdan sonrakı sevincin mənim sevginin yasından çıxmış tənhalığımdır. Artıq obzarlar arasında bərabərlik, yəni birləşmək işarəsi qoymaq olar. Bir mübtəda və bir xəbərdən ibarət olan sadə cümlə.

Dəyanət Osmanlı da digər şairlərimiz kimi vətənimizin məhkum edildiyi bəlalara biganə qalmamış, müharibə və onun fəsadlarına əsərlərində yer ayırmışdır. Nümunələrə baxaq:

Nəmli divardan yer kürəsi asılıb,
savaşa həsrət torpaqlar
istəyinə çatmış.
Bu qanın rəsmidi, dostum,
seyr edənlər görməz.

Misralar arasında seyrə dalarkən gözdən yayına bilən qəribə bir bağ var. Əvvəl yer kürəsinin asıldığı divarın nəmli olduğundan xəbərdar oluruq. Ardınca bunun səbəbi bəlli olur. Savaşa həsrət torpaqların istəyinə çatması qan bahasına başa gəlir. İlk baxışdan diqqətdən yayınan odur ki, divara qan çilənməyib, o qədər qan axıdılıb ki, divar bundan nəm tutub. Şair “seyr edənlər görməz” - deyəndə əslində buna eyham vurub.

Ulu suların xatirində
ulu yurdun sonuncu ocaq yerləri.
Ulu bir ağacın doqquz budağı,
ulu göyün doqquz işığı
və qaziliyin haqqına
yaşanmış ömrün sümükləri.

Su və ocaq. İkisi bir arada ola bilməyən nəsnələr. Adi hallarda su ocağın ocağını söndürər, ondan əsər-əlamət qoymaz. Lakin o boyda ulu yurddan ulu suların yaddaşında ancaq sonuncu ocaq yerlərinin qalması suyun rəhmə gəlib ocağa yaxşılıq etməsi demək deyil, yadda saxlamağa başqa heç nəyin olmamasının nəticəsidir. Nümunədə nöqtədən sonrakı həmcins təyinli cümləyə belə şərh vermək olar. Ömrün sümükləri(dir) ismi xəbərinin hansı təyinləri olduğuna diqqət edək. Hansı ömrün sümükləri? - ulu bir ağacın doqquz budağı olan, hansı ömrün sümükləri? - ulu göyün doqquz işığı olan və hansı ömrün sümükləri? - qaziliyin haqqına yaşanmış. Təyinlərdən və xəbərdən ibarət olan bu cümləni söz birləşməsi kimi də təsəvvür etmək olar: Ömrün ulu bir ağacın doqquz budağı, ulu göyün doqquz işığı və qaziliyin haqqına yaşanmış sümükləri – üçüncü növ təyini söz birləşməsi. Qaldı ömrün bu sümükləri ilə ulu suların xatirində qalmış ulu yurdun sonuncu ocaq yerləri arasındakı əlaqəni tapmaq.  Bu əlaqədə yalnız qazilərin yox, şəhidlərin də olduğunu görürük:

Həyat bizim könüllü əzabımız.
Əsir anaların qanadlarının altı
ən azad vətən torpağı.
O əziz azadlığa şəhidliyimiz halal.

Könüllü olaraq əzab çəkməyə razı olduğumuz həyatda ən azad vətən torpağının əsir anaların qanadlarının altı olduğunu dərk etmək çox ağrıdıcıdır. Şairin fikrincə həyatda könüllü olaraq əzab çəkməkdənsə, həmin əziz azadlıq uğrunda şəhidlik daha halaldır. Əsir ana və azad vətən torpağı təzad yaratsa da, birinin xilası o birinin xilasına bərabərdir. Buna görə də şair “əziz azadlıq” sözlərini həm ananın, həm vətənin azadlığına aid edir. Bəzən isə özünə də müəmmalı qalan hisslər yaşayır:

Qara taleli torpağın
uğrunda şəhid olanla,
onu məzarlığa çevirənin
fərqində olmadığı
bir günün ortamındayam.

Şərh verdiyimiz nümunələr ümumi müharibə və şəhidlik haqqında olsa da, konkret şairin öz vətəninə də aiddir. Bununla belə yeri gələndə şairin daha konkret hadisələrə münasibətini görmüş oluruq:

Hər axşam bu nimdaş küçədə
Telefon köşkünün rəngi
20 Yanvarın qara qanıtək
Qırmızı günləri yada salır.

İlk baxışdan hədəfin yalnız küçədəki bir telefon köşkü olduğu düşünülə bilər. Amma maraqlısı budur ki, müqayisə üçün niyə məhz 20 Yanvar xatırlanır. Çünki o günü unutmaq olmaz, qarşımıza çıxan hər bir ağrılı tale o günü yaddan çıxmağa qoymur, özündən asılı olmayaraq beynində paralellər aparırsan. Unudulması mümkün olmayan faciələrdən biri də erməni işğalçılarının xalqımıza yaşatdığı faciələrdir:

Adsız məzarlığa dönür torpağı,
cameləri ilan-çayan oylağı,
gümbül-gümbül qan damcılar dodağı,
əsir düşən körpəmizdən utanaq.

Dəyanət Osmanlının həyat haqqındakı qənaətlərinə nümunə olaraq bir neçə misrasına baxa bilərik:

Bir adamlıq
uğursuz ömür,
bir koldibi bahar, bir ağac kölgəsi
yetdi gün görməyimə.

Ömrün biradamlıq olması maraqlı tapıntıdır. Qeyri-həmcins təyinlərin yaratdığı “bir adamlıq uğursuz” bədii təyini ömürdən gileylənmək üçün artıqlaması ilə yetir. Həmişə daha gözəl tərəfləri ilə digər fəsillərə nümünə çəkdiyimiz bahara aid edilmiş koldibi epiteti bənzərsizir. Ağac kölgəsi və gün görmək birləşmələri arasında ilk baxışda gizlənən bir təzad var: kölgə və gün. Düzdür, nümunədə gün görmək frazemi məcazi mənada işlənib, amma onu əvvəlki sətirlə müqayisə edəndə istər-istəməz gün sözünün günəş mənasını da verdiyini görürük. Bu şeirdə bir ağac kölgəsinin bir insan ömrünə yetərli olmasını görürüksə, başqa şeirdə kölgəsiz ağacın acı taleyi ilə qarşılaşırıq.

Zülmətin qorxusundan
ulduz-ulduz titrəyir göy üzü.
İki yol ayrıcında
ürəyim kimi sızlar
kölgəsiz ağaclar.


İlk misralardan bəlli olur ki, ağacın kölgəsiz qalmasına səbəb zülmətin qorxusu, məkan isə yol ayrıcıdır. Göy üzünün ulduz-ulduz titrəməsi isə bir metafora olaraq cəlbedicidir, bu, ulduzların sayrışmağına tamam başqa gözlə baxışdır. Belə bir gecədə ağacın kölgəsiz qalması ürəyin sızıldamasına bənzədilir. Ürək yol ayrıcında və ya seçim qarşısında qalmağa məhkum ediləndə necə sızlayırsa, ağaclar da zülmətin qorxusundan kölgəsiz qalanda o cür sızlayır.

 “Bu qədər düşünməkmi olar ağlımdan çıxırsan, unuduram səni tamam, özünü yetir” - Fasiləsiz düşündüyün birinin ağlından çıxacağının qorxusunu yaşamaq, unutmaq təhlükəsindən xilas olmaq üçün imdad diləmək heyrətamiz şəkildə ifadə olunub. Son qərar isə çox qətiyyətlidir: özünü yetir. Bu çağırış əslində köməyə səsləniş deyil, bu, birliyə çağırışdır. Yəni sənsizlikdə səni bu qədər düşünürəmsə, bir də səninlə olanda səni nə qədər düşündüyümə şahid ol.

“Sənə məktublar yazıram ayrılıq qorxusundan. İnanma, nə də gözləmə” məktubların yazıldığı əvvəlcə etiraf olunur, sonra isə öz tərəddüdünün qarşı tərəfə də sirayət etməsinə cəhd edilir. Bu tərəddüdlər nəyə əsaslanır? – deyə soruşsaq, cavabımız ayrılıq qorxusu olacaq. Misradakı “ayrılıq qorxusundan” birləşməsi səbəb zərfliyidir, yəni məktub yazmağımın səbəbi ayrılıqdan qorxmağımdır. Digər tərəfdən “ayrılıq qorxusundan” birləşməsini tamamlıq kimi də qəbul etmək olur. Nədən yazıram, yazdığım hansı mövzudadır? Başqa şeirində isə oxuyuruq: “Eşqinə gedirdim, yıxıldım, qəzaya düşdüm, duymadın. Qar üstündə qızıl qanım”. Şair hadisənin baş vermə məkanını qeyd etməklə, həm də baş vermə zamanını çatdırmış olur. Məlum olur ki, hadisələr qışda cərəyan edib. Hətta yıxılmağın səbəbini də təxmin etmək olur ki, buzda şürüşüb. Məkan, zaman və səbəb birlikdə məqsədə xidmət edir, o da eşqinə getməkdir. Maneələr məqsədə çatmağa əngəl olmaqla yanaşı, sənin bundan xəbərdar olmağına da əngəl olur.

Bir qəlb yanğısı ilə xatırlayırdı cavanlığını...
Şöhrətin bir addımlığında itirmişdi var yoxunu.
Kazinolarda uduzmuşdu
tablolarının müəlliflik haqqını.

Bu misralar isə böyük bir romanda təsvir edilə biləcək hadisələri ən qısa zaman kəsiyində göz önündə canlandırır. Lirik qəhrəman cavanlığını xatırlayır, lakin qəlb yanğısı ilə. Əvvəl nəticə ilə tanış oluruq: şöhrətin bir addımlığında var-yoxunu itirib. Səbəb daha üzücüdür: öz tablolarının müəlliflik hüququnu kazinolarda uduzmaq qədər üzücü. Beləliklə, məlum olur ki, söhbət səhlənkarlığına qurban getmiş rəssamdan gedir. İstər-istəməz yada Drayzerin “Dahi”si düşür. XIX əsrdə yazılmış irihəcmli roman və XXI əsrdə yazılmış kiçik həcmli şeir. Zaman və forma dəyişib, dəyişməyən isə taleyin acımasız oyunlarıdır. Bir də taleyə öz acımasızlığını ölümsüz etməkdə yardımçı olanlar:

Kor quyunun dibindən
haqqın ac gözü baxır.
Dustaq məmur evindən
Vətən sərvəti çıxır.

Yenililklər
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.