Gülnar Səma - Fərid Hüseyn “Təkrarın tənhalığı”nda
07.06.22

“Mənim ömrüm bir Füzuli qəzəlinin ardıymış, həyata bəhanəymiş elə-belə” - misraları Fərid Hüseynin “Təkrarın tənhalığı” kitabındandır. Füzulinin qəzəlləri nəinki Azərbaycan, hətta dünya ədəbiyyatının qəzəl zirvəsidir. Deməli, müəllifin söylədiyi “...həyata bəhanəymiş elə-belə” - sətirləri sadəcə gözdən pərdə asmaq üçünmüş. Qısacası, bənzətmə çox müdrikcəsinə seçilib. Fərid Hüseyn ömrü Füzuli qəzəlləri kimi bütün ölçü-biçimləri yerində olan ömürdür...

Bu ömrün müəyyən epizodlarına da şeirlərində yer ayrılıb. “Anam xörəklər kimi ömrünü də ədalətlə bölüşür”, “mən “rəhmətliyin oğlu” və “bacım “rəhmətliyin qızı”dı” - sətirlərində ata adı çəkilmir, lakin ilk baxışdan ana, qardaş, bacı üçbucağı təsiri bağışlayan bu cümlənin məntiqi vurğusu ata sözünün üzərinə düşür. Və müxtəlif misralarda müxtəlif üsullarla özünütəqdimin cizgilərini görürük: “İnsanı öz taleyi qədər heç nə təəccübləndirmir, bu xəbərsizlikdən doğur min dona girmiş arzular”, “yaşadıqca insan ömür sarvanından günah karvanının dəvəsinə çevrilir”, “Özümdən böyük qablarla su daşıyıram, bədənimin bütün xəritəsindən tər axır”, “Sən paklığına qovuşacağını düşünürsən, ancaq insanlar inanmır sənin dəyişəcəyinə”...

“Ürəyim yaralar muzeyidi”, “ayaqlarım gəzdiyimiz yerlərdən izlərini gəmirir” - Ürək Azərbaycan dilində sinonimi olan bədən üzvüdür. Ayaq isə əllə əl-ələ verib mürəkkəb söz yaradır, ancaq ona yaraşan antonim başdır. Doğrudan da, bəzi sözlərin gizli sövdələşməsi çox başayaq olur. Fərid isə ürək və ayaq sözlərindən həm təzad, həm də doğmalıq yaradıb. Öncə yaralar muzeyi olan ürək, sonralar “qəfəsə bülbülün xatirəsini danışır ürəyim” – misraları ilə başqa bir görəvdə xidmətini davam etdirir. Ürək işləri sevgisiz alınmır.

Fəridin sevgili misraları da bənzərsizdir. “Qəhrəmanları sevməyən qadınlar qəhrəmandı, sağ ol, sən də məni sevdin” – unutmaq olmaz ki, bu eşqin qəhrəmanı da sən özünsən. Lirik qəhrəman həm də öz sevdiyinin qəhrəmanlığını vəsf edir. Başqa seçimi yox, “gözümün görməyə alışmadığı qədər gözəlsən” – etirafında gözlər gözəllik görməyə alışdırılır. “Mən səni ərəb çöllərində təs quruyanacan sevdim, ancaq dəniz buxarlananacan unuda bilmərəm” – misraları isə zaman məhfumuna münasibətdə ədalətli olmağa çalışır, sevməyin zaman kəsiyi ilə unutmağın zaman kəsiyi arasındakı təzad mübarizə aparır. Unutmaq feili öz hərəkətlərinə belə haqq qazandırır: “onlu günlərin təqvimini düzəldəndən sonra bilir illərdə nə az gün varmış”. Yəni hər yaşadım dediyimiz gün ömürdən sayılmaz. Günlərimizi ömrümüzə hesablayanı isə qiymətləndirməyi bacarmalıyıq:
Sənsiz sevinclərim də
ələmimdir, yasımdır.
Tapdım sevgi yolumu –
Gözlərin kompasımdır.
     - bəndi sevdiyini heca vəznində də mükəmməl etiraf etməyin sübutudur. Bu sevginin bəhrəsi olaraq “Səniz qaldı məndən sonra səni bütün sevənlər”.  Sonra qoşması cümləyə bir neçə məna verə bilər; Səni məndən sonra sevənləri sənsiz qoydum və ya mən bütün sevənlərindən qabağa düşdüm.
Sevməyin gözəl tərəfləri kimi gözəlliyə qənim tərəfləri də var: “İlahi, çox ağırdı, bir ayrı cür zülmdü sevdiyin insanları günahından tanımaq”. Zülmün qələbəsinin bu cür ifadəsi ağlasığmazdır. “Tribuna kimi bezmisən məndən, həqiqəti içinə qısıb, səsini yayıram” sətirləri isə lirika ilə ictimai problemlərin sintezini görüntüləyir. Oxşar ictimai mahiyyətli nümunələrə yetərincə rast gəlmək olur: “gecə öz kəfən pulunu qaranlığın döş cibində gizlədib, istəmir əcəl ayağında ondan ötəri kimsə səhərin qapısına minnətçi düşsün”, “qəbirqazanın rəhimsiz təpiyindən içi çevrilən torpaq kimiyəm – bir üzümdə həyata, bir üzümdə ölümə yer verirəm”, “doğru sözləri höccələmə, səni rahat başa düşürlər – axı əzəldən yalan dilində danışırsan”.

Fəridin şeirlərində tarixlə çağımız arasındakı bağlantıları da müşahidə edirik.  “İndi qızıllarla bəzədilmiş saraylarda, ötən əsrlərin laylasının şirinliyindən yeni əsrin vicdanı məst olur” və ya “Üzüm gəlmədi, Topqapıda qılınclardan qanları soruşum, İstanbul” sətirləri ədəbiyyatda məskunlaşmış mövzulardandır. Fikrin ifadə tərzini isə özünüz görürsünüz. Həm də ötənlərə ötkəm qiymət: “görünür, keçmişin vəzifəsi həm də olanları gözümüzdə kiçiltməkdi...” Keçmiş hər zaman qalib gələ bilmir. Bəzən elə fəlakətlər olur ki, günü-gündən yenilənir. Onu keçmiş insanlar icad etsə də, keçmişə gömmək olmur. Tarix tarixliyində qalmır, bu günümüzə pərçimlənir. Olanlar gözümüzdə kiçilməsin deyə onu özümüzlə bərabər müasirləşdiririk. Bəs söhbət nədən gedir?! “Müharibədir: Əsgər ağzında evlərindəki çörəyin xəyalını çeynəyir” – bəli, müharibənin bu daşlaşmış qanunu eradan əvvəlki kimi günümüzə də keçərlidir. “Ayağını itirmiş əlillərin addım səsləri duyulurdu dünən – o səslərdən bildim ki, sevgi itmir” – tarixin sıradan çıxara bilmədiyi, heç müharibənin də yenə bilmədiyi sevgi. Qədim yunan əsatirlərində çox zaman müharibələrin sevgi üstündə başladığını da oxumuşuq. Buna baxmayaraq hələ də, sevginin müharibəyə qalib gələcəyi günə pənah gətiririk. Əslində tarixə gömülməli olan və insan adına ləkə gətirən şey müharibədir. “İnsanları gerçəklər yox, xəyallar yaşadır, odur ki, ilk insan qatilini ustufca unutmuşuq” və günümüzün muzdlu qatilləri də vaxt gələcək heç nə olmamış (əslində heç nə etməmiş) kimi unudulacaq. Çünki “İndi yaşadığım anlar səbəblərə gözünün ucuyla da baxmır...” İndi indidir. Onun mühakimə obyektləri özünəgörədir. Səbəb nəticənin keçmişidir: “Bülbül kababı yeyənə gül alıram, mənə bu da azdır hələ”.
 
Gülnar Səma

Yenililklər
27.09.23
Türk xalqları tərəfindən latın əlifbasının qəbulu vahid türk dilinin inkişafı üçün olduqca vacibdir
26.09.23
Səxavət Sahil - Ölüm nəğmələri - Şeirlər
26.09.23
Mahir Qarayev: “Yesenin, Axmatova bu imiş? Bəs deyirlər, Svetayeva...” - MÜSAHİBƏ
26.09.23
“DokuBaku” VII Beynəlxalq Sənədli Filmlər Festivalı başlayıb
26.09.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qırğızıstan Milli Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
24.09.23
Azad Qaradərəlinin əsərlərinin III cildliyinin təqdimat və müzakirəsi olub
23.09.23
Zərdüşt Əlizadə - Mütləq kamillik həsrəti
21.09.23
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
21.09.23
“Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa” kitabı çap olunub
21.09.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Polşa ilə əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib
19.09.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Amsterdamda qədim türk yazılarına dair yeni sərgi açıb
29.08.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qazaxıstanda beynəlxalq sərgi keçirib
13.08.23
Azad Qaradərəli - Vay-vayımız, Türkmənçayımız
13.08.23
Azad Qaradrəlinin əsərlərinin cildlər üzrə nəşrinə başlanıb
04.08.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla işbirliyi əlaqələrini daha da gücləndirir
30.07.23
Azad Qaradərli - Dekadansmı, renessansmı?
22.07.23
“Ədəbi Proses – 10 il” elmi-yaradıcılıq müşavirəsinin yubiley tədbiri keçirilib
18.07.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Vaqif Poeziya Günləri çərçivəsində yeni kitabını təqdim edib
12.07.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni nəşri Molla Pənah Vaqifə həsr olunub
08.07.23
Günay Əfəndiyeva Qoşulmama Hərəkatının Nazirlər görüşündə çıxış edib
05.07.23
Günay Əfəndiyeva Türkiyənin İseveçrədəki səfiri ilə görüşüb
03.07.23
 “Kitabqurdu” I Yay Oxu Marafonuna start verilib
03.07.23
Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə İsveçrə Konfederasiyasında konsert təşkil olunub
25.06.23
Diplomatik korpusun səfir və nümayəndələri Laçına səfər edib
19.06.23
“Qədim Türk yazı mədəniyyəti” adlı beynəlxalq konfrans keçirilib
19.06.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun mükafatlandırılma mərasimi keçirilib
16.06.23
“Mikloş Radnoti və macar poeziyası” adlı tədbir keçirildi
16.06.23
Türkiyədə “Elçinə ərməğan” adlı kitab nəşr edildi
16.06.23
I Yay Oxu Marafonu keçiriləcək
14.06.23
Süleyman Çələbinin “Mövlud” kitabınınm təqdimat mərasimi keçirilib
14.06.23
“Hüseyn Cavid və Azərbaycan ədəbiyyatşünaslığı” kitabı işıq üzü görüb
06.06.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında təmsil olunur
06.06.23
Günay Əfəndiyeva 21-ci Alanya Beynəlxalq Turizm və İncəsənət Festivalında iştirak edib
06.06.23
Vüqar Əhməd - Ədəbiyyatşünaslığımızın parlaq siması - Şirindil Alışanlı
01.06.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Polşadakı Səfirliyimiz Varşava Beynəlxalq Kitab Sərgisində təmsil olunub
31.05.23
XI ANAİB Kitab Sərgisi keçiriləcək
31.05.23
Günay Əfəndiyeva Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi ilə görüşüb
28.05.23
Gülşən Behbud - Sözü yaşayan və sözüylə yaşadan xanım
28.05.23
Hökumə Billuri (Həkimə İbrahim qızı Billuri) “Xalq Əmanəti” layihəsinin 23-cü nəşrində
26.05.23
Macarıstanda Xurşidbanu Natəvana həsr olunmuş “Şuşanın tək incisi” filmi nümayiş olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.