"Ulduz" jurnalının may sayı işıq üzü görüb
03.06.22

"Ulduz" jurnalının may sayı işıq üzü görüb. Dərginin sözügedən sayında ilk olaraq Ay Bəniz Əliyarın "Özüylə söhbəti və şeirləri" təqdim edilir.

Hacı Firudin Qurbansoyun  "Gülüş və Sabirin qəhqəsi" sərlöhvəli yazısında Mirzə Ələkbər Sabir satirasının timsalında bütövlükdə satira və gülüş məfhumu geniş təhlil edilir. "Şeir vaxtı" rubrikasında Müşfiqə Baləddinqızı, Aypara Ayxan, Mənsur Həsənzadə, Əlirza Həsrət, Fərqanə Yusifqızı, eləcə də Elçin İsgəndərzadənin poeziya nümunələri yer alıb. Seymur Atilla, Fazil Sənan, Mübariz Cəfərli, Zaur Bayramoğlu, Mahir Rəsuloğlu,  İradə Əlili və Aygün Yaşarın fərqli mövzularda qələmə aldıqları hekayə və esseləri "Nəsr" rubrikasını təşkil edir.

Qulu Ağsəsin "Vasif Əlihüseynin özüylə söhbəti" başlıqlı yazısında gənc yazarın bir müddət öncə "Ulduz" jurnalı və "Mücrü" nəşriyyatının ortaq layihəsi çərçivəsində işıq üzü görmüş "Azmış kimi" kitabının ümumi məziyyətlərinə nəzər yetirilir.

Dərginin əməkdaşı Hicran Hüseynovanın  "Yaddaş kartı" adlı yazısında müəllifin jurnalla və jurnalın keçmiş əməkdaşları ilə bağlı xatirələri yer alıb. "Qısa fikirlər xəzinəsi" rubrikasında Cəbran Xəlil Cəbran, Tomas Elot, Fridrix Nitsşe, Albert Eynşteyn və başqalarının kəlamlarını oxumaq imkanı əldə edəcəksiniz. Dramaturq Əli Əmirlinin sayca yeddinci ustad dərsinin mövzusu "Tamaşa və Tamaşaçı. Dramaturq ustalığı"dır. Gülnar Səmanın "Fərid Hüseyn "Təkrarın tənhalığı"nda" tənqidi yazısı adından göründüyü kimi, Fərid Hüseynin eyniadlı şeirlər kitabına həsr edilib.

Taleh Mansurun "Rənglərin taleyi" reportaj-yazısında gənc rəssam Tünzalə Ağabalayevanın həyat və yaradıcılığına işıq tutulur.  "Türk eli" rubrikasında yer alan Ənvər Aykolun hekayələrini Eyvaz Zeynalovun uyğunlaşmasında oxuya biləcəksiniz.

Nəhayət, "Dərgidə kitab"da Valeh Qocanın şeirləri, "Dərgidə sərgi" rubrikasında isə gənc rəssam Nəsibə Quliyevanın rəsm əsərləri yer alıb.

Yenililklər
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.