“Azərbaycan-Qazaxıstan ədəbi əlaqələri” mövzusunda seminar keçirilib
01.06.22

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycan-Qazaxıstan ədəbi əlaqələri” mövzusunda seminar keçirilib. Seminarda Qazaxıstandan gəlmiş alimlər, institutun əməkdaşları, Gənc Alimlər və Mütəxəsislər Şurasının üzvləri də iştirak ediblər.

İclası Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli açaraq qonaqları institutun rəhbəri, akademik İsa Həbibbəylinin adından salamlayıb.

Qeyd edib ki, “bugünki görüşdə qazax alimləri filologiya üzrə fəlsəfə doktorları Gülmira Salumbek və Aynur Axmetova məruzə edəcəklər. Onlar Qazaxıstanın Muxtar Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun əməkdaşlarıdır. Azərbaycana elmi ezamiyyətə gəliblər. Azərbaycan ədəbiyyatı, eyni zamanda Azərbaycanda Qazaxıstanla bağlı aparılan tədqiqatlarla maraqlanırlar. Dünən Fəxri xiyabanda olmuşuq, Şəhidlər xiyabanını ziyarət etmişik. Qonaqlar Ədəbiyyat Muzeyi ilə tanış olub, Rəyasət heyətində İsa müəllimin qəbulunda olublar. Bizim Muxtar Auezov və Abayla bağlı nəşrlərimizi onlara təqdim etmişik. Qonaqlara məlumat vermişik ki, Ədəbiyyat İnstitutunda türk xalqları ədəbiyyatı istiqaməti aparıcı xətt olaraq öyrənilir. Bu istiqamətdə iki şöbəmiz fəaliyyət göstərir”.

Sonra Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məmməd Əliyev şöbənin fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, “ilk dəfə Azərbaycanda 2008-ci ildə Türk xalqları ədəbiyyatı şöbəsi yaradıldı. İstər türk xalqları ədəbiyyatı tarixinin öyrənilməsi, istər ədəbi əlaqələrin inkişafı baxımından şöbə xeyli iş görüb. Şöbənin doktorantlarından Turan Teymurov, Nərmin Azadgil, Könül Əliyeva qazax ədəbiyyatı ilə bağlı dissertasiya yazıblar”.

Qazaxıstanlı alimlər, filologiya üzrə fəlsəfə doktorları Gülmira Salumbek və Aynur Axmetova Azərbaycan dilində qazax ədəbiyyatı ilə bağlı məruzə ediblər.

Seminarda İnstititutun Türk xalqları ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Nizami Tağısoy, Azərbaycan - Türkmənistan - Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, Türk xalqları ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Xuraman Hümbətova və aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Fəridə Hicran çıxış edərək, həm ümumi türk xalqları ədəbiyyatının, həm də konkret olaraq Qazaxıstan ədəbiyyatının Azərbaycanda tədqiqi və təbliği istiqamətində görülən işlərdən bəhs ediblər.

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.