Günay Əfəndiyeva “Dayanıqlı sülhün təməli - mədəni irs” adlı paneldə çıxış edib
26.05.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Şuşada keçirilən “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusundakı beynəlxalq konfransda iştirak edib. Konfrans Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin ev sahibliyində həyata keçirilib.
Fondun prezidenti Günay Əfəndiyeva konfransda “Dayanıqlı sülhün təməli - mədəni irs” adlı paneldə çıxış edib.
Konfransda Azərbaycan Respublikası Mədəniyyət naziri Anar Kərimov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, ISESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreev, TÜRKSOY-un Baş katibi Sultan Rayev və digər beynəlxalq təşkilatların rəhbərləri, səfirlər, mütəxəssislər iştirak ediblər.
Konfransda mədəniyyətlərarası dialoqun əhəmiyyəti, tarixi, mədəni irsin qorunması, post münaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində memarlıq abidələrinin bərpası və digər məsələlərlə bağlı fikirlər müzakirə olunub.
|