AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsi fəaliyyətini uğurla davam etdirir

25.05.22

Tarix boyu təhsil insanların həyatında mühüm əhəmiyyət kəsb etmişdir. Müasir dövrün qlobal çağırışları bu əhəmiyyəti daha da artıraraq sahənin həlli vacib olan əksər məsələlərini dövlətin və cəmiyyətin bir nömrəli prioritetinə çevirir. Çünki müasir dövrdə təhsilin inkişafı istənilən ölkədə əhalinin rifahının yaxşılaşdırılmasının təminatıdır və günümüzün dinamik iqtisadiyyatı elm, təhsil və innovasiya transferi üzərində öz yüksək inkişaf mərhələsinə çatmışdır.

Təhsilin inkişafı həm də onun keyfiyyəti ilə xarakterizə olunur. Təhsilin keyfiyyəti isə öz növbəsində müəllimin bilik və təcrübəsindən asılıdır. Bu iki istiqamət AMEA-nın alimlərində bir-birini tamamlayır. Məhz bunu AMEA-nın doktorant və magistrantlarının timsalında göstərmək olar. Onlar yüksəkixtisaslı alimlərdən təhsil alır, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda təcrübə keçirlər.

Elm və təhsilin inteqrasiyasını əsas prioritet kimi qəbul edən Azərbaycan Milli Elmlər Akademiyası, bildiyimiz kimi, elm ocağı olmaqla yanaşı, təhsil sahəsində də öz töhfəsini verir. Buna görə də AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsi əsas və vacib şöbələrdən biri kimi qiymətləndirilir. AMEA-nın təhsil ilə bağlı mühüm işləri bu şöbə tərəfindən həyata keçirilir.

AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsi AMEA-nın elmi müəssisələrində tədris prosesinin təşkili, bu sahədə uğurlu nəticələrin əldə olunması, AMEA-nın doktorantura və dissertanturasına, həmçinin magistraturasına qəbul prosesi, yay və qış imtahan sessiyasına hazırlıq işləri, bu işlərlə bağlı məsələlərin icrası ilə məşğuldur.

Hazırda doktoranturada ixtisas imtahanlarının qəbulu yüksək səviyyədə davam edir. AMEA-nın müvafiq elmi müəssisələrində təşkil edilmiş fəlsəfə və elmlər doktoru üzrə doktorluq imtahanlarında AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin əməkdaşları da müşahidəçi qismində iştirak edirlər. Sentyabr ayında isə tərəfimizdən təşkil olunacaq “Fəlsəfə” fənni imtahanında fəlsəfə doktoru üzrə doktoranturaya sənəd verən iddiaçılar (iyun ayında xarici dil üzrə imtahanın nəticəsindən asılı olaraq iddiaçıların dəqiq sayı bəlli olacaq) iştirak edəcəklər.

Bunlarla yanaşı, dissertasiya şuralarına təqdim olunması üçün doktorant və dissertantların doktorluq imtahanlarının nəticələrini əks etdirən “Doktorluq imtahanlarının verilməsi haqqında” vəsiqələrin hazırlanması işi də mütəmadi olaraq davam edir.

AMEA-nın magistraturasında da gərgin iş rejimi davam edir. Hazırda yaz semestrinin yekunlarına dair sənədlər, yəni müəllimlərin saathesabı dərs yükünün hesablanıb Maliyyə şöbəsinə təhvil verilməsi, II kurs magistrantların elmi-tədqiqat və elmi pedaqoji təcrübələrdə aldıqları qiymətlərin ümumiləşdirilərək hazırlanmaqda olan diplom əlavələrinə daxil edilməsi, yay imtahan sessiyasına hazırlıq sahəsində işlər-seçmə və ümumi fənlərdən imtahanların tərəfimizdən təşkili, ixtisas fənləri üzrə imtahanların yekun cədvəlinin tərtib olunması, “Məzun günü”nə hazırlıq və s. işlər yerinə yetirilir. /science.gov.az/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.