“Mədəni gənclik” layihəsi Musiqili Teatrda
23.05.22
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı “Mədəni gənclik” layihəsinə ev sahibliyi edəcək.
Teatrdan bildirilib ki, bu münasibətlə sənət ocağı tamaşaçılar üçün “Paris Notr Dama ithaf” tamaşasını təqdim edəcək.
Səhnə əsərinin quruluşçu rejissoru və səhnələşdirəni Samir Qulamovdur.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən “Mədəni gənclik” adlı yeni layihə həyata keçirilir.
Məqsəd gənclərin incəsənətə marağının artırılması, onların ölkənin mədəni proseslərinə cəlb edilməsi, Azərbaycan gənci və mədəniyyətimiz arasında körpü salmaq, mədəni dəyərlərimizə sahib çıxacaq nəslin yetişdirilməsinə töhfə verməkdir. /Azərtac/
|