Habil Yaşar -  “CinemaPlus”da
22.04.22

(Gənc yazar Ayxanın müəmmalı sərgüzəştləri davam etməkdədir)

  28 Mallda gəzinərkən maraqlı bir afişa ilə qarşılaşdım.

“28 sentyabr 19:00 da “CinemaPlus”da “Qayıdış” adlı filmin premyerası baş tutacaqdır. Maraqlananlar dəvətlidir”

  Filmin adı onun olduqca maraqlı olacağından xəbər verirdi. Etiraf etməliyəm ki, çox az sayda filmin adı məni bu qədər cəlb etməkdədir. Biletlər bitməmiş bir an öncə bileti əldə etmək məqsədilə “play market”dən “CinemaPlus” proqramını yükləyərək biletimi sifariş verdim. Ürəyim xeyli rahatlansa da artıq indidən filmi seyr etmək üçün səbrsizlənirdim. Filmlə məni ayıran 28 saatlıq zaman məsafəsi əbədiyyət qədər uzun görünürdü.

  Və budur kinoteatra daxil olmaqdayam. Nəzarətçi xanım dərhal mənə yaxınlaşıb biletimə baxdıqdan sonra məni təyin olunmuş yerə istiqamətləndirdi. Bir neçə saniyə sonra kresloya əyləşib saatıma nəzər yetirirəm. Artıq  saat 18:57-ni göstərməkdədir. Bəlkə də üç saata bərabər son üç dəqiqə...Son dəfə “Mobil telefonların söndürülməsi” xahiş edildikdən sonra zala sükut çökdü. Ətrafa nəzər yetirərkən demək olar bütün yerlərin (bir-iki yerdən başqa) tutulduğunun şahidi oldum. Belə maraqlı adı olan filmə kimlər biganə qala bilərdi ki...

    
   "Biz nə qədər günah edirik, nə qədər aldadırıq və bütün bunlar nə üçündür?
                      Hərb və Sülh, Lev Nikolayeviç Tolstoy

 Film bu hikmətli sözlərlə başlayırdı. Bir anlıq filmin bəlkə də dahi Tolstoydan bəhs edəcəyi qənaətinə gəldim. Bu sözlərdən sonra arxa fondan mükəmməl bir səsin (səhv etmirəmsə kinomuzun ulduzu Rasim Balayevin səsi idi)  “Ucar rayon, Əlikənd kəndi. İl 2022” dediyi eşidildi. Bu sözləri eşidər-eşitməz sanki məni tok vurdu. Filmdə keçən rayon və kənd adı məhz mənim rayonum və kəndimin adları idi. Axı bu qədər təsadüf necə ola bilərdi? Azərbaycanımızın onlarla rayonu arasından nədən məhz Ucar, minlərlə kəndi arasından nədən məhz Əlikənd seçilməli idi. Tutaq ki, Ucar adını normal olaraq qarşılaya bilərdim. Bəs o zaman bir sual meydana çıxır. Nədən məhz Əlikənd kəndi? Axı bu kəndin adını öz rayonumuzun sakinlərindən başqa çox az insan eşitmiş olardı. Necə deyərlər sıradan bir kəndin adı bu filmdə necə mühüm məkan kimi göstərilə bilərdi. Amma hər şeyə rəğmən bu bir həyatdır və həyat daima gözlənilməzlikləri ilə bizləri heyrətləndirməkdədir...
   Bir neçə dəqiqə düşüncələrə qərq olsam da özümü toparlayıb diqqətimi yenidən filmə cəmləşdirdim. Deyəsən kəndimizə dünya tarixinə əbədi olaraq öz möhrünü vuran bir insan gələcəkdi və bu səbəblə bir neçə ay öncədən mühüm abadlıq işlərinə başlanılmışdı. Dronla yuxarıdan çəkilən fraqmentlərə əsasən o daşlı-kəsəkli yolların müasir standartlara uyğun çəkildiyini, evlərin təmir olunaraq eyni rənglə boyalandığını, həmçinin bir neçə ildir tikilməsinə baxmayaraq məktəbin də yenidən təmir olunduğunu görmək olardı. Amma daha bir şey məni öz qəribəlikləri ilə cəlb elədi. Mən beş gün öncə kənddən Bakıya qayıtmışdım, yəni beş gün ərzində bu qədər abadlıq işləri görülə bilməzdi. Digər tərəfdən də elmi-texniki tərəqqinin canı sağ olsun deyib, yəqin hər hansı bir proqramla kəndimiz yüksəkcəsinə dizayn edilmişdi. Bir neçə dəqiqə sonra arxa fondan yenidən o mükəmməl səs eşidildi: “Xahiş edirik, o, möhtərəm zat təşrif buyurduğu zaman sakitliyə tamamilə riayət edəsiniz. Əks halda müəyyən inzibati tədbirlər görüləcəkdir”. Bütün qəribəlliklərə baxmayaraq hər şey bura qədər bəlkə də bir az normal görünürdü. Filmdəki o şəxsi görənə kimi...
   Aman Allahım...Bu ki mənəm. Təpədən-dırnağa kimi mən.  Bəli, mən Ayxan. Axı bu qədər təsadüf ola bilərmi? Heç əkizlər belə bu qədər bir-birinə bənzəyə bilməzkən o sanki mən, mən sanki o idim. Dilim-dodağım qurumuş, saçlarım biz-biz olmuşdu. Zal qaranlıq olmasa bəlkə də bir çoxları məni görərək sanki bu filmdə çəkilən aktyorun mən olduğunu düşünərdi. Belə düşünməyə haqları da vardı. Halbuki mən nə aktyor idim, nə də ki, hər hansı bir filmdə yer alacaq qədər də aktyorluq qabiliyyətinə malik deyildim. Yenə də təsadüfdür deyib keçmək istərkən:
-Ayxan, bu gələn zatın kim olduğundan bəlkə sənin xəbərin ola?- deyə bir səs eşitdim. Öncə nə qulaqlarıma, nə də gözlərimə inana bilməyib ətrafa boylandım. Sanki bu səs filmdən deyil ətrafımdan məni çağırmaqda idi. Bu hal ekrandan gələn səs eşidilincəyə qədər, təxmini dörd-beş saniyə davam etdi.
-Yox, Ramin. Mən də sənin kimi onun kim olmasından xəbərsizəm. Amma hər kim olur-olsun yaxşı birinin olmasını hər kəs kimi mən də arzulayıram.
-Kaş ki, müsəlman ola...
-Hər kim olur-olsun təki insan olsun-deyə Ayxan cavabladı.
  Öncə rayon, kənd, daha sonra mənə oxşar, hətta mənəm deyə biləcəyim biri və ən nəhayətində adıma kimi eyni olan biri. Yox bu heç bir təsadüfə oxşamır. Bəlkə də filmdəki bu mən başqa bir aləmin Ayxanıdır. Və bəlkə də mən hal-hazırda sadəcə bir yuxu görürəm. Eyni zamanda mən heç bir vaxt amnestik xəstəliklərlə üzləşməmişəm ki, nə zamansa bir filmə çəkildiyimi bu qədər tez unudam. Nəticə etibarı ilə sonsuz sayda aləmlər varkən sonsuz sayda mənlərin olması da heç bir məntiqsizliyə sığmaz deyə düşünərkən anidən çiyinlərimi əsdirərək qəflət yuxusundan oyandım.
  Yenə kəndimiz yuxarıdan göstərilirdi. Bu dəfə minlərlə bəlkə də yüz minlərlə insan selindən yollar belə görünmürdü. “Beton arx” dediyimiz yerdən Ayxanın evinə olan istiqamətdə izdiham addımlayırdı. Burada başda müxtəlif ölkələrdən dövlət başçıları olmaqla bərabər müxtəlif xalqların ziyalıları, mədəniyyət və sənət xadimləri, hərbçiləri və s təbəqədən insanları görmək olardı. İzdihamın tam ortasında adətən cənazə daşımaq üçün istifadə olunan “mercedes” markalı avtomobil asta-asta irəliləyirdi. Hərbçilər nizamlı addımlarla avtomobili müşayiət edirdi. Bəzi məqamlarda yaxından göstərilən insanların üz cizgilərindən məyusluq ifadəsi oxunurdu. Çox güman ki, onlar ölmüş birinin cənazəsinin kəndə gətiriləcəyini heç gözləmirdilər. Həmçinin bir neçə ay öncədən öləcək birinin dəfni haqda kim məlumat verə bilərdi ki... Eyni zamanda bəlkə də bu mötəbər zatın xəstəlik səbəbiylə öləcəyi də ehtimal oluna bilərdi. Bütün hallarda kəndin dünyaya səs salmış heç bir nümayəndəsi yox idi ki, onun nə dirisini, nə də cənazəsini bu qədər yüksək səviyyədə, böyük ehtiramla qarşılayaydılar. Onlarla belə ehtimal varkən ən doğrusunu kim bilə bilərdi ki...
  Müəmma davam etməkdəydi...
  Və nəhayət təyin olunmuş məntəqəyə çatarkən ilk olaraq avtomobil daha sonra isə izdiham dayandı. Ayxan həyətlərinin qapısı ağzında Raminlə birgə hər kəs kimi təəccüblü baxışlarla olacaqları izləyirdi. Qısa müddət sonra avtomobildəkinin kimliyi müəyyən olunacaqdı.
  Filmdə göstərilənlərə əsasən Ayxanın gözlərində avtomobilin açılmamış baqaj qapısının üzərində bir neçə dövlət başçısının kabusları əks olunurdu. Bunların arasında;-Stalin, Con Kennedi, Səddam Hüseyn, Qəddafi və s var idi.
    Bir neçə saniyə sonra baqaj qapısı açılmaqda olarkən o mükəmməl səs yenidən eşidilməyə başladı:

    “Hər birinizin gözlədiyi o an nəhayət ki, gəlib çatdı”

  Bununla paralel Ayxanın gözlərində bir anlıq yaşamaqda olan dövlət başçılarından sadəcə Zelenski canlanmağa başladı. Elə bu məqamda cənazə avtomobildən çölə çıxardılaraq üst örtüyü açılmağa başladı. Hər kəs gözlərini bərəldərək yerindəcə donub qalmışdı.  O ona bənzəmirdi, o onun özü idi.  O deyilən şəxsin  Lenin olduğuna heç bir şübhə yox idi. Lenin aramla cənazədən ayağa qalxaraq bir qədər izdihama nəzər yetirdikdən sonra ona təqdim edilən mikrofonu götürərək filmin başlığında qeyd olunan Tolstoyun sözlərini sitat gətirdi:
 
                 "Biz nə qədər günah edirik, nə qədər aldadırıq və bütün bunlar nə üçündür?  
                                       Hərb və Sülh, Lev Nikolayeviç Tolstoy

  Bu sözlər Ayxanın qulaqlarında əks-səda verməklə yanaşı gördüyü hər şey gözlərində dumanlanmağa başladı. Özünü ələ ala bilməyən Ayxan  camaatı agah etmək üçün qışqıraraq bu sözləri deməyə başladı:
  “Bu o deyil. Bu Lenin deyil. O bir saxtakardır. O müəyyən texnika ilə süni olaraq yaradılmış Leninin bənzəridir. Ölülər dirilə bilməz. Xahiş edirəm, hətta sizə yalvarıram bu cəfəngiyyata əsla inanmayın, əsla aldanmayın. O, dəccalın nümayəndələrindən biridir...”
   Filmin bu məqamında filmdəki epizodlar qeyri-ixtiyari olaraq mənə də öz təsirini göstərməyə başladı. Bir anlıq ətrafa boylanarkən ən yuxarıda mərkəzi kresloların birində gözlərini mənə zilləyən birini gördüm. Siması olduqca tanış gəlirdi. Film başlayandan indiyədək məni izləyən müəmmalar səbəbiylə bu dəfə də özümü ələ almağı bacararaq heç bir səs-küy salmadım. Hətta bu müəmmaların ən müəmmalısı idi. Həmçinin bu hər hansı bir filmdən deyil, tamamilə reallığın özü idi. Bir neçə saniyə sonra o buxarlanaraq qeybə çəkildi. Bu filmin başlanğıcında, eyni zamanda saxta Lenin tərəfindən sözlərindən sitat gətirilən dahi Tolstoyun özü idi. Bəli, səhv eşitmirsiniz. Tolstoyun özü idi ki, var. O, özünü yalnız mənə göstərməklə (təbii ki, digərləri onu və buxarlanaraq qeyb olduğunu  görsəydi ya qorxularından, ya da heyrətlərindən hay-küy salardı)  hələ də yaşadığını, bir sıra liderlərdən fərqli olaraq əbədi sonsuzluğunu nümayiş etdirmək istədi. Bəli, o, yaşayır və əbədi olaraq da yaşayacaqdır...
  Bəs o, nədən  məhz mənim gözlərimə göründü?  Amma bütün bunları düşünərkən bir müddət öncə dahi Nizaminin sözləri qulaqlarımda əks-səda verdi;-“Siz buna layiqsiniz”. Hər şeyi anlamış, bir daha sevinc göz yaşlarına sahib ola bilməmişdim.
  Film davam etməkdəydi...

Yenililklər
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.